Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-03-2023, 08:42)
Böyük ehtimalla Fərid Səfərlini İran girov götürüb - Başqa cür ola da bilməz...

 



Fevralın 20-də Almaniyadan İrana səfər edən və sonra barəsində məlumat olmayan Fərid Səfərlinin anası Dilarə Əsgərova son günlər oğlunun axtarışını İranda davam etdirir. O, oğlunun taleyi barəsində hələ hər hansı məlumat əldə edə bilməyib. Dilarə Əsgərova "Amerikanın Səsi"nə bildirib ki, Almaniyada Fəridin yaşadığı Yena şəhər polisi oğlunun Tehrandan heç yerə uçmadığını bildirib: “Polis dedi ki, təyyarə şirkətindən Fərid Səfərlinin Tehrandan heç yerə uçmaması ilə bağlı məlumat alıb.

Bu səbəbdən Fəridlə bağlı İranın Almaniyadakı səfirliyinə məktub göndəriblər. Amma İran səfirliyi polisə hələ cavab verməyib”. Dilarə Əsgərova oğlunun Yena şəhərində yaşadığı evdə olub: “Fəridin evindən kompüterini, şəxsi əşyalarını götürdüm. Kompüterin kodunu polis açdı. Kompüterdən Fəridin dostu olan qızın telefon nömrələrini, şəklini, adını, familyasının bir hissəsini, iş yerini, yəni bir xeyli məlumat öyrəndilər. Mən bundan sonra İrana gəldim və hazırda İrandayam. Fəridin dostu olan qızın iki telefon nömrəsi mənə məlum idi. Hər iki telefon nömrəsi bağlıdır. Telefon nömrələri satılan yerdən qızın ünvanını öyrənməyə cəhd etdim. Onun ünvanını vermədilər. Qız Tehranda Tibb Universitetinin sonuncu kursunda oxuyur. Qumda xəstəxanalarda inerna keçir. Qabaqcadan inerna keçdiyi xəstəxanalardan birinə zəng etdim. Dedilər həmin qız iyirmi gündür işə gəlmir, icazə alıb. Həmin 20 gün oğlumun itkin düşdüyü günlə eynilik təşkil edir. Amma biz həmin xəstəxanaya çatanda vəziyyət dəyişdi. Dedilər ki, ümumiyyətlə, bu qız orada işləməyib. Təxmin etdiyim digər xəstəxanalara da getdim. Qızın adını, fotosunu, telefon nömrələrini polis mənə verib. Şəkillərini göstərdim. Dedim qızı tanımırsınız, amma fotoda onunla birgə xəstəxananın digər həkimlərinin də şəkilləri var. Onları da tanımırsınız? Elə bil məlumatlı idilər. Bizi xəstəxanaların qapısından qaytarırdılar. Sanki bizi qovmaq istəyirdilər. Heç bir məlumat vermədilər”.
O, İranda vəkil tutaraq onunla birgə hüquq-mühafizə orqanlarına müraciət edib.
“Hüquq-mühafizə orqanlarının sistemində Fəridlə bağlı məlumat çıxmadı. Bəzi orqanlar isə sistemə baxmaqdan imtina etdi. Dedilər ki, Fərid yüngül cəza alsa idi sistemdə onun barəsində məlumat olardı. Ağır cinayətlər sistemdə görünmür. Mən soruşdum ki, ağır cinayət nədir? Dedilər ki, casusluq və sair cinayətlərdir. Bir sözlə, indiyədək Fəridlə bağlı hər hansı məlumat ala bilməmişik”, o deyib.
Dilarə Əsgərova Azərbaycanın Təbrizdəki konsulluğuna da müraciət edib: “Onlar da bildirdilər ki, məktub göndəriblər, İran tərəfi hələ cavab verməyib, gözləyirlər. Mən onlardan xahiş etdim ki, oğlumun tez bir zamanda tapılması üçün hərəkət etsinlər. Oğlum 26 gündür yoxa çıxıb. Hər dəqiqənin ana üçün nə demək olduğunu bilsinlər. Oğlumun tapılması üçün kömək etsinlər”.
Fərid Səfərlinin anası həm də Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət ünvanlayıb: “Mən sizin mətbuat vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyindən xahiş edirəm ki, notalarına cavab istəsinlər. Yaxud başqa ölkələrin vasitəçiliyindən istifadə etsinlər. Beynəlxalq təşkilatlara müraciət etsinlər. Bəlkə İran sonsuza qədər susacaq. Biz də sonsuza qədər oturub onun cavabını gözləyəcəyik? Mən ana kimi oğlumun taleyindən çox narahatam. Hədsiz dərəcədə narahatam. Bəlkə də burada Tehranda məndən yüz metr aralıda oğlum həbsxanadadır. Amma mən ondan hər hansı məlumat ala bilmirəm. Heç bir yer mənə məlumat vermir”, D. Əsgərova qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi Fərid Səfərli ilə bağlı İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb. Nazirliyin notasına hələ cavab verilməyib.

DİA.AZ-ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan isə “Şərq”ə açıqlamasında deyib ki, böyük ehtimalla o gənci özləri girov götürüb. Ona görə də İran polisi axtarış aparmır:

“İran rejimi nə din qaydalarına, nə qanuna, nə də beynəlxalq hüquqa riayət edir. Rejimin polis sistemi artıq tamamilə terror qruplaşmaları kimi fəaliyyət göstərir. Siyasi gərginliyə səbəb olan İran rejimi bu cür addımları çox atıb. Səfirliyimizə hücum da bu qəbildəndir. Qəhrəmanımız Vasif Tağıyev o terrorçunun qarşısını almasaydı, səfirliyimizdə daha çox insan tələfatı olacaqdı. Məhz İranın məqsədi daha çox tələfat törətməklə, guya, Azərbaycana göz dağı vermək istəyirdi. Yaxın günlərdə İran kəşfiyyatı tərəfindən ələ alınan agentlərin DTX tərəfindən həbsi baş verdi. O şəxslər ölkəmizdə nüfuzlu şəxsi qətlə yetirmək, yaxud ziyan vurmaqla gözdağı vermək tapşırığı aldığını etiraf etdi.
Paralel apardıqda həm səfirliyə hücum, həm də bu gəncin İranda girov götürülməsi ehtimalının eyni hədəfə xidmət etdiyini düşünməmək mümkün deyil”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024