Cəmiyyət (22-12-2023, 08:27)
SOS: Elşad Hacıyev ilin sonuna qalmış az müddət ərzində iş görmədən dövlət vəsaitini silmək istəyir?
Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətinin direktoru vəzifəsini daşıyan Elşad Hacıyev rəhbər vəzifəyə gəldiyi gündən bu müəssisəni özünün "xüsusi şirkəti" kimi işlətməyə başlayıb.
Bu günlərdə “Mediatv.az” portalı redaksiyasına etibarlı mənbədən məlumat daxil olmuşdur. Məlumatda bildirilir ki, Elşad Hacıyev Səhiyyə Nazirliyi ilə müqavilə bağlayaraq, dövlətin ayırdığı büdcə vəsaitini öz mənafeyinə xərcləməklə məşğuldur: “Halbuki, bu müəssisə yaranan vaxtdan Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət gösdərib, vəsait Səhiyyə Nazirliyinə köçürülüb, oradan 1% Nazirliyin büdcəsinə ödənilib. Lakin, Elşad Hacıyev ayrılan vəsaiti səhiyyə nazirinin müavini Rasim İsmayılovla "əlbir olaraq", birbaşa Tikilməkdə Olan Müəssisələr Müdriyyətinin hesabına köçürtdürür. İndi Elşad Hacıyev bütün tenderləri Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti adından keçirir və tenderlərdə “Satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununa tabe olmadan özünə yaxın şirkətləri qalib elan edir. Çünki, bu müəssisədə tender komissiyasının sədri, müəssisənin baş mühasibi, birbaşa Elşad Hacıyevin “sağ əli” hesab olunan Turan Şabanovdur. Bu, hansı qanuna uyğundur? Elşad Hacıyev özü ilə müəssisəyə gətirdiyi işçiləri - Ümumi şöbəsinin rəisi Cabir Muradovu, Layihə - smeta şöbəsinin müdiri Elçin Paşayevi tender komissiyasına üzv edib. Halbuki, onların başda Elşad Hacıyev olmaqla tikinti işlərindən heç bir xəbəri yoxdur. Bu gün direktorun işə götürdüyü işçilərin çoxu Gürcüstan Respublikasının Rusiya bazarlarında meyvə satan vətəndaşlarıdır. Onlar Dövlət Miqrasiya Xidmətində qeydiyyata düşdükdən sonra işə qəbul edilirlər. Bəlkə də bu işçilərin bəzilərinin miqrasiya qeydiyyat müddəti başa çatıb. Bu işçiləri çünki Turan işə qəbul edib. Elşad Hacıyev işə gələn gündən tikinti işini bilən işçiləri qovaraq, bazar alverçilərini işə qəbul edib. Köhnə işçilərdən bir-iki nəfəri işi bilən kimi saxlayaraq onlardan istifadə etməklə bütün işləri onlara gördürür. Sadəcə olaraq onları istismar edərək 500-600 manat əmək haqqı verdiyi halda, ancaq bazar alverçilərinə bunlardan 2 dəfə artıq maaş ödətdirir. Bu nə deməkdir? Bu baş verən qanunsuzluğa Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyinin əməkdaşları niyə göz yumur?”
İnformator qeyd edir ki, Elşad Hacıyev tenderlərdə qiymətləri “şişirdir”: “Sonra tender iştirakçılarından hansı qiymət yazmaqlarının ona deyilməsini və gələcəkdə onlara başqa tikinti işləri verəcəyini söz verir. Tenderin sonunda 35, 40, 50% ehtimal qiymətindən aşağı özünə aid olan şirkətlər qalib elan edilir. Bu direktora sual olunur: Əgər hər şey qanuna uyğundursa, ehtimal olunan qiymətdən bu qədər aşağı rəqəmlə bu işi necə yerinə yetirmək olar?”
Məlumatda Səhiyyə Nazirliyində dövlət idarəsini "xüsusi mülkiyyətə çevirən" direktor Elşad Hacıyevə dolayısı ilə aid olan şirkətlərin adı sadalanır: ““PRO CONSTRUCTION COMPANY” MMC (VÖEN: 1202974901); “UNİ KO” MMC (VÖEN: 1001142901); “SMCS” MMC (VÖEN: 1404327661). Götürək “PRO CONSTRUCTION COMPANY” MMC-ni və soruşaq: Bu MMC Elşad Hacıyev həmin müəssisəyə gələnə qədər hansı işləri görüb? Çünki, o, həmişə deyir ki, “mənim İqtisadiyyat Nazirliyində Əli müəllim kimi yaxınım var. Nə olursa – olsun, Əli müəllim mənə kömək edəcək və qalib şirkət mənim şirkətim olacaq”. Çünki tenderdə lazım olan avadanlıqları xarici istehsal qiyməti ilə yazdırır, sonda ucuz qiymətli mallardan istifadə edir. Hər dəfə ondan soruşanda bu müəssisə kimə məxsusdur, deyir ki, bu müəssisələr yuxarı aparat işçilərinə aiddir. Görəsən, “PRO CONSTRUCTION COMPANY” MMC kimə məxsusdur, niyə tenderdə qalib olmuş müəssisələrdən Elşad Hacıyev özünə çatacaq vəsaiti “Pro Construction Company” MMC -yə köçürtdürür? Səhiyyə Nazirliyinin tenderlərində ehtimal qiymətdən çox aşağı qiymətlə qalib olan “Uni Ko” MMC şirkəti bu qiymətlə həmin tikinti işlərini necə yerinə yetirəcək? “PRO CONSTRUCTION COMPANY” MMC nə vaxt tikinti işi yerinə yetirib? Axı bu MMC layihə işləri ilə məşğul olub. Onu necə tikinti işlərinə qalib elan edirlər?
Xüsusi ixtisas və təcrübə tələb edən bu işləri görmək üçün bir neçə ildə yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.“Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununda açıq, aşkar qeyd olunur ki, iddiaçının son 1 (bir) ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış; İddiaçının son 3 (üç) illik iş təcrübəsi, yerinə yetirdiyi işlər və müqavilələr barədə məlumatlar; İddiaçılar müvafiq satınalma müqaviləsini təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, işçi qüvvəsinin (cəlb olunacaq mütəxəssislərin peşə səviyyəsini təsdiq edən sənəd əlavə edilməlidir), texniki imkanlarının olması barədə məlumatlar mütləq olmalıdır. Bunlar olmadıqda iddiaçı tender müsabiqəsinə buraxılmamalıdır. Tenderdə iştirak üçün sənədlər təqdim olunarkən Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti Tender Komissiyasının üzvləri məgər bunları görməyib? Yəqin, Elşad Hacıyevin güvəndiyi Əli müəllim kömək edir. Dövlət satınalma portalına istinadən “PRO CONSTRUCTION COMPANY” MMC-nin ilk tenderin qalibi olduğu iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin səhiyyə müəssisələrində cari təmir işlərinin satınalınması olub, onun tender qiyməti 2.314.200 (iki milyon üç yüz on dörd min iki yüz) manatdır. Bundan sonra Cəlilabad rayon Göytəpə şəhərində 60 çarpayılıq xəstəxananın tikintisi və avadanlıqla təchizatı işləri üzrə (I mərhələ) tenderində 4370000 (dörd milyon üç yüz yetmiş min) manat qalib elan edilmişdir. Tenderin şərtlər toplusuna əsasən bu MMC hal-hazırda heç bir tikinti işləri yerinə yetirməmişdir. Bu MMC hansı qanunla qalib elan edilmişdir? Qayıdaq “UNİ KO” MMC-yə. Sabunçu rayon Maştağa qəsəbəsində İxtisaslaşmış Narkoloji Tibb Müəssisəsinin tikintisi (I mərhələ) üzrə 7.379.965,68 (yeddi milyon üç yüz yetmiş doqquz min doqquz yüz altmış bes manat altmış səkkiz qəpik) manatla müqavilə bağlanmışdır. Görək bu işləri necə yerinə yetirə biləcək? 210 çarpayılıq Ağdam Rayon Məkəzi Xəstəxanasının (I mərhələ) üzrə tikintisinin yenə qalibi “UNİ KO” MMC-ni elan etmək üçün Əli müəllimə göndərib. “UNİ KO” MMC-nin tender təklifinin qiyməti 4915253,88 (dörd milyon doqquz yüz on beş min iki yüz əlli üç manat səksən səkkiz qəpik) manatdır. Bu ehtimal qiymətindən 50% aşağıdır. Ağdamda bu işləri bu qiymətlə necə görəcək? Elşad Hacıyev bunların hamısını bu tenderlərin II mərhələsində nəzərə alaraq düzəldəcəyini söz verib”.
Eyni zamanda vurğulanır ki, Elşad Hacıyevin tenderlərdə haqsız olaraq uduzdurduğu podratçı təşkilatlar bu işlərin sonuna qədər biz getmək və görülən işləri dövlət orqanlarının iştirakı ilə axıra qədər yoxlatdırmaq niyyətindəirlər: “İlin sonuna az qalmasına baxmayaraq, onlar bu vəsaiti iş görmədən mənimsəmək istəyirlər. “UNİ KO” MMC-nin 2020-ci ildən sonra hansı işləri gördüyü barədə heç bır məlumat yoxdur”.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024