Karusel / Slayd (9-05-2022, 11:43)
Tikilməkdə olan müəssisələri yıxan direktorun 100 günü
Azərbaycanda uzun onilliklərdir ki, cəmiyyət şüurunda belə bir stereotip formalaşıb ki, hər hansı yüksək vəzifəyə təyin olunan vəzifəli şəxs özünəməxsus kadr siyasəti yürüdərək yeni komanda formalaşdırır.Bəzən, məsələn, korrupsiyaya qurşanmış məmurların işdən azad edilməsi baxımından bu yenilənmə işin xeyrinə olur. Lakin, sadə, zəhmətkeş, təcrübəli, uzun illər boyu qüsursuz xidmət edənlərin əsassız olaraq işdən azad edilmələrini də “yuxarıdan” verilmiş tapşırıqla əlaqələndirmək təbii ki ədalətsizlikdir.
Keçən ilin aprel ayında tibb elmləri namizədi Teymur Musayevin de-fakto Səhiyyə naziri vəzifəsinə irəli çəkilməsinin ardından onun əmri ilə reallaşan səs-küylü təyinatlardan biri də Elşad İbrahim oğlu Hacıyevin 2021-ci ilin noyabr ayında Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru vəzifəsinə keçirilməsi oldu.Mediatv.az-a verilən məlumata görə bu təyinat səhiyyə ictimaiyyəti, xüsusən də sözügedən idarənin kollektivi tərəfindən birmənalı qarşılanmadı. Sözün açığı, təzə vəzifədə fəaliyyətə başlamasından çox keçməmiş E.Hacıyevin idarəçilik siyasətindən narazılıq edənlərin etiraz səsləri KİV tribunasından eşidilməyə başladı. Həmin narazılıq nidaları Mediatv.az redaksiyasına da daxil olurdu. Amma redaksiya olaraq həmin şikayətləri ictimailəşdirməyə tələsmirdik, çünki fikirləşirdik ki, vəzifəli şəxsin fəaliyyəti barədə nəticə çıxarmaq üçün heç olmasa, bir-iki ay sınaq müddəti keçməlidir. İndi isə hesab edirik ki, artıq E.Hacıyevin direktor kimi fəaliyyətinin 100 gününün tamamında həmin məlumatları bölüşməyə haqqımız çatır.
Redaksiyamıza daxil olan məlumatlara görə, E.Hacıyev bu vəzifəyə təyin olunandan sonra idarənin tənəzzülü başlayıb. Narazılıq edənlər isə təkcə özlərinə qarşı olan haqsızlıqlardan deyil, həm də dövlət büdcəsinin talanmasından, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovurulmasından narahatdırlar.
İddia olunur ki, E.Hacıyev tikinti maxinasiyaları qurmaqda fərasətli olsa da, ixtisasca inşaat mütəxəssisi deyil və müəssisəyə ayaq basan gündən bütün işçiləri qorxu altında saxlamağa, insanlar arasında nifaq yaratmağa çalışıb. İlk işə başlayanda idarənin giriş qapısına qiyməti 15 min manat civarında olan video-müşahidə kamerası qoydurub, lakin bu təyinatla özünə yaxın firmaya müqavilə ilə 60 min manatdan cox vəsait ayırıb. Növbəti addımda müəssisənin 3 nəfər cavan sürücüsünü və 6 nəfər təcrübəli işçisini qovub. Həmin işçilər Hacıyevlə görüşüb dərdlərini demək istəyəndə onları qapıdan içəri buraxmayaraq, yeni işə götürülən baş mühasibə yönəldib. İxtisasca hüquqşünas olan baş mühasib isə onlara “Elşad müəllimlik bir iş yoxdur, tapşırıq “yuxarıdan” belədir” deyib.
Təbii ki, “yuxarı” deyəndə ağıla ilk növbədə Səhiyyə naziri cənab Teymur Musayev gəlir. Bununla belə nəinki işdən azad edilənlərdə, elə müşahidəli oxucuda da belə bir sual yaranır: “Nazirin adi sürücü ilə nə şəxsi qərəzi ola bilər ki?” Deməli, E.Hacıyev T.Musayevin özünün də yüksək vəzifədə təzə olmasını (T.Musayev 2022-ci ilin yanvar ayında o vaxtadək müvəqqəti icra etdiyi nazir vəzifəsinə təsdiqlənib-red.) işarə edərək, öz qanunsuz, çirkin əməllərini nazirin adına yazmağa çalışır.E.Hacıyev bu yolla onun əməllərindən narazı olan vətəndaşları digər istiqamətə yönəltmək isdəyir.İllərin təcrübəsini qazanmış işçiləri kənarlaşdırmaqla E.Hacıyev,işçiləri nazirdən narazı salmaqla bərabər, həm də sanki nazirliyin planda nəzərdə tutulmuş işini ləngiidir.E.Hacıyevin bu qanunazidd əməllərini görüb narazılıqlarını bildirən işçilərə isə hədə-qorxu gəldiyi deyilir. Mediatv.az redaksiyası E.Hacıyevin bu müstəvidə rəvac verdiyi çoxsaylı qanun pozuntularına dair xeyli informasiyaya malikdir. Oxucularımızı irəliləyən görüşlərimizdə həmin məlumatlarla ətraflı tanış edəcəyik.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024