Cəmiyyət (22-11-2023, 08:49)
22 noyabr - Ədliyyə işçilərinin peşə bayramı günüdür
Noyabr ayının 22-də yaranmasının 105-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan ədliyyəsi şanlı tarixi inkişaf yolu keçmişdir. Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu gündə -1918-ci ilin 28 mayında Ədliyyə Nazirliyi təsis edilmiş və ona rəhbərlik Xəlil bəy Xasməmmədova tapşırılmışdır. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının, 22-də isə Ədliyyə Nazirliyinin əsasnamələri təsdiq olunmuşdur.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-2003-cü illərdə Ədliyyə Nazirliyinin strukturu təkmilləşdirilmişdir. Bu illərdə vətəndaşların ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması, hüquqi şəxslərin və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, habelə notariat sahəsində göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin fəaliyyətinin yeni dövrün tələblərinə uyğun təşkili, məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında davam etdirilən müvafiq islahatlar yeni tarixi şəaitdə Ədliyyə Nazirliyini dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevirmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin 26 may 2006-cı ildə qəbul etdiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda isə ədliyyə sistemində və onun strukturlarında qulluqkeçmə qaydaları və şərtləri, ədliyyə qulluqçularının hüquqi vəziyyətinin əsasları müəyyən edilmişdir. Qanunda ədliyyə işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi təminatının möhkəmləndirilməsi kimi vacib məqamlar da əksini tapmışdır.
Ədliyyə orqanlarını sağlam mənəviyyata, yüksək peşə hazırlığına malik kadrlarla möhkəmləndirmək məqsədilə 2006-cı ildə dövlət qulluğunun xüsusi növü olan ədliyyə orqanlarına qulluğa qəbulun müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınmış, həmin il dekabrın 9-da Azərbaycan ədliyyəsinin tarixində ilk dəfə olaraq ədliyyə orqanlarında işləmək istəyən namizədlər şəffaflıq və aşkarlıq şəraitində test imtahanından keçmişlər.
Son illərdə Ədliyyə Nazirliyi ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, habelə vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının yaradılması məqsədilə Əhalinin Dövlət Reyestrini də formalaşdırmışdır. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat- informasiya sistemi qurulmuşdur.
Hər bir insan həyatı boyunca vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı qeydiyyat şöbələrinə müraciət edir. Doğumun, nikahın qeydə alınması və pozulması, atalığın müəyyənləşdirilməsi, övladlığa götürülmə, ad, soyad, ata adının dəyişdirilməsi, ölümün dövlət qeydiyyatı və sair əməliyyatlar Ədliyyə Nazirliyinin müvafiq qeydiyyat şöbələri tərəfindən həyata keçirilir.
Ədliyyə sahəsində həyata keçirilən islahatların davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin daha da təkmilləşdirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün” Dövlət Proqramı qəbul edilmişdir. Həmin proqramda ədliyyə və məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, ədliyyə orqanlarının fəaliyyətində insan hüquq və azadlıqlarının, şəffaflıq prinsiplərinin təmin olunması, beynəlxalq təsisatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, ədliyyə sahəsində vətəndaş məmnunluğunun yüksəldilməsi və bu sahədə İKT-nin tətbiqinin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri olaraq təsbit olunmuşdur. Həmçinin proqramda ədliyyə sistemində kadr potensialının gücləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırıması, o cümlədən, onların mənzilə olan ehtiyacının güzəştli şərtlərlə təmin edilməsi və yaşayış şəraitinin yaxşılaşdırılması, vəzifələrinin nümunəvi icrasının qiymətləndirilməsi və fəaliyyətinin stimullaşdırılmasına dair tədbirlər planı öz əksini tapmışdır.
Elektron texnologiyaların tətbiqi ilə ədliyyə xidmətlərindən istifadə artıq digər ölkələr tərəfindən nümunə olaraq qəbul edilərək həyata keçirilmişdir. Bütün bunlar respublikamızda hərtərəfli tərəqqinin və yüksəlişin bariz nümunəsi olmaqla xalqımızda yüksək iftixar hissi doğurur. 23.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanlarında aparılan islahatlar vətəndaşların hüquq və mənafelərinin təminatına xidmət edir.
2023-ci il ədliyyə qulluqçularının peşə bayramı dövlətimiz və xalqımız üçün şanlı tarixi dövrə təsadüf etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər. 19 sentyabrda uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Biz bir daha sübut etdik ki, qədim tarixi ənənəyə malik, torpağına və Vətəninə bağlı, öz torpaqlarının hər qarışı uğrunda şəhid olmağa hazır olan millətik. Xalqımızın birliyi sarsılmazdır. Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Vətənimizi mənfur düşməndən azad edə bildik.
Peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini təbrik edir, öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi həssas fəaliyyətlərində uğurlar arzu edirəm.
İlham Həsənov
Binəqədi rayon İcra şöbəsinin rəisi
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024