Cəmiyyət (27-10-2023, 17:18)
Azərbaycan alimlərinin palçıq vulkanlarının qazlarının mənşəyinə həsr olunan məqaləsi ABŞ-ın nüfuzlu jurnalında nəşr olunub
AR Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutunun alimləri - geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov və Elnur Baloğlanovun ABŞ və Çin həmkarları ilə birlikdə palçıq vulkanlarının qazlarının mənşəyinə həsr olunan məqaləsi Amerika Geoloqlar Cəmiyyətinin nüfuzlu dərgisi olan “Geologiya” jurnalında nəşr olunb.
Sözügedən tədqiqat işi, Azərbaycanın palçıq vulkanlarının atmosferə xaric etdikləri metan qazının əmələ gəlməsində termogen və biodeqradasiya proseslərinin öyrənilməsinə həsr edilib. Bunun üçün qeyri-ənənəvi yanaşmalardan fərqli olaraq, ilk dəfə olaraq qruplaşmış izotopoloq (13CH3D və 12CH2D2) analizlərinin nəticələrinə istinad edilib. Alınan yeni elmi nəticələr metanın mənşəyi haqqında daha dəqiq məlumatların əldə olunmasında məhz izotopoloqların öyrənilməsinin zərurətini aşkarlayıb. Bu, əvvəlki tədqiqatlarda geniş istifadə olunan metanın və karbonun izotop məlumatlarının bir sıra geokimyəvi amillərdən təsirlənərək, ənənəvi istifadə olunan izotop göstəricilərinin süni şəkildə dəyişilməsi ilə sübut olunub.
Qeyd edək ki, “Geologiya” jurnalı uzun illərdir ki, “Web of Sciences” bazasında indeksləşən gelogiya istiqamətli nəşrlər sırasında birinci yerdə qərarlaşır. H indeksi 205 olan jurnal dünya elmi üçün böyük önəm kəsb edən, məhdud həcmdə (dörd səhifəlik) təqdim olunmuş tədqiqat nəticələrini iki dəfə resenziya etməklə nəşr edir.
https://pubs.geoscienceworld.org/gsa/geology/article-abstract/doi/10.1130/G51667.1/628839/Clumped-isotope-evidence-for-microbial-alteration?redirectedFrom=fulltext&fbclid=IwAR21xpoQW33GS3o6K1baryJPZL4gZqG3HX5IhnuLMrk9e8dzEw8nEOdpL_M
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024