Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-09-2023, 09:16)
Ermənistan sərhədimizə bu raketləri gətirib - Ekspert

 Ermənistanın sərhədlərimizə yaxın ərazilərə silah və sursat yerləşdirməsi prosesi son günlər də davam edir. Yerləşdirilən silahlar arasında Hindistandan aldığı artilleriya qurğuları da ola bilər.
Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusunun sərhədimizə yaxın bölgələrə yerləşdirdiyi silah növləri və onların təyinatı haqqında danışarkən deyib.
O bildirib ki, silah-sursat arasında uzaqmənzilli raket sistemləri gözə dəyib:
“Görüntülərdə daha çox “Smerç” reaktiv yaylım atəşi sistemlərini gördük. Bu silahların dəqiqliyi bir qədər şübhələr doğursa da, öldürücü gücü mövcuddur. Effektivliyi isə onları tətbiq edən heyətin peşəkarlığından asılıdır. Uzaqmənzilli raketlərdir. Bu silahlardan ermənilər daha çox İkinci Qarabağ savaşında, həm də Gəncə və digər rayonlarımızın mülki əhalisini atəşə tutmaq üçün istifadə edib. Əgər həmin silahları şərti sərhədimizə yaxınlaşdırıblarsa, demək, onlardan təkrar daha uzaq məsafədə yerləşən Azərbaycanın yaşayış məntəqələrinə, obyektlərinə və s. zərbələr endirilə bilər. Bunu mütləq nəzərə almalıyıq”.
Hərbi ekspert qeyd edib ki, Ermənistan gərginliyə nail olarsa, Azərbaycanın peşəkar ordusu düşmən ordusunun silah növlərini zərərsizləşdirmək əzmindədir:
“Düşmənin silahlarını zərərsizləşdirmək üçün onların Azərbaycan Ordusunun mövqelərinə yaxınlaşmasını qadağan edən preventiv zərbələrdən istifadə etməliyik. Yəni sərhəd bölgəsinə yaxınlaşan silahların Azərbaycan Ordusunun şəxsi heyətinə qarşı tətbiq məsafəsini nəzərə almalı, bu məsafənin təhlükəli bir səviyyəyə qədər yaxınlaşmasına imkan verməməliyik. Biz 44 günlük müharibə vaxtı kifayət qədər dəqiq zərbələrlə düşmənə qarşı döyüşmüşük. Nöqtə atışları həyata keçirən çox sayda idarə olunan raket və digər silah sistemlərimiz mövcuddur. Daha çox PUA-lar vasitəsi ilə düşmənin zirehli vasitələrini, sığınacaq və artilleriya qurğularını məhv etmişik. Bu istiqamətdə bizim kifayət qədər təcrübəmiz var. Odur ki, düşünmürəm, Azərbaycan Ordusuna qarşı Ermənistanın müqavimət potensialı lazımı səviyyəyə çatıb. Əgər əməliyyatlar başlasa, İrəvan təxribatlarına davam edərsə, eskalasiyaya səbəb olarsa, o zaman Ermənistan tərəfi keçən ilin sentyabrında olduğu kimi ciddi şəkildə cəzalandırılacaq”.шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024