Cəmiyyət (22-08-2023, 09:15)
Ermənilərin sui-qəsd çağırışı: diplomatlarımız təhlükədıdir

Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə ermənilərin sosial şəbəkələrdəki çağırışlara münasibət bildirərkən deyib.
Erməni diasporu tərəfindən formalaşdırılan terrorçu qrupların hazırda gizli şəkildə fəaliyyət göstərdiyini deyən politoloq bildirib ki, sosial şəbəkələrdə müzakirə olunan sui-qəsd çağırışlarına ciddi yanaşmaq lazımdır:
“Erməni diasporu tərəfindən mütəşəkkil surətdə təşkil olunmuş müəyyən qruplar var. Onlar müxtəlif ölkələrdə fəaliyyət göstərirlər. Sadəcə olaraq, latent şəkildədir və fəaliyyətləri bir o qədər də gözə çarpmır. Bu bizə məlumdur. O təşkilatlar hamısı məxfi və qeyri-qanunidir. Onlar lazımi vaxtda, müəyyən siqnaldan sonra hərəkətə keçə bilərlər. Sosial şəbəkələrdə yayılan hədə-qorxular ondan xəbər verir ki, qruplar aktivləşir. Bu da müəyyən təhlükə törədir. Bu ilin əvvəllərində Fransada yerləşən diplomatik nümayəndəliyə olan hücumda, müxtəlif dövrlərdə Azərbaycanın ictimai-siyasi şəxslərinə qarşı aksiyalarda, xaricdə yaşayan vətəndaşlara qarşı törədilən xəsarətlərdə bu cür destruktiv qüvvələrin əli olub”.
O, erməni qrupların həyata keçirdiyi cinayət əməllərinə qarşı sərt reaksiya verilmədiyini bildirib:
“Bununla bağlı araşdırmalar aparılıb, cinayət işi qaldırılıb. Təəssüflər olsun ki, təsirli reaksiya yoxdur. Odur ki, biz diqqətli olmalıyıq. Vətəndaşlarımız ayıq-sayıq davranmalıdır. Təhlükəsizlik işləri aparılmalıdır ki, bizim diplomatik nümayəndələrimizə və xaricdə yaşayan soydaşlarımıza qarşı cinayətlər törədilməsin”.
Qeyd edək ki, son günlər ermənilərin sosial mediada azərbaycanlı dövlət nümayəndələrinin və diplomatların hədəfə alınmasına dair çağırışları ciddi narahatlıq yaradıb. Bununla bağlı Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili bəyanat yayıb. Bildirib ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı nifrətə yol açan siyasətindən əl çəkməli, həmçinin, aidiyyəti beynəlxalq təşkilatlar insan hüquqlarına zidd olan bu əməllərin qarşısının alınması üçün zəruri tədbirləri görməlidirlər.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025