Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-12-2020, 13:05)
Dünən əsir götürüldüyü deyilən ermənilər də İrəvana qaytarılacaqmı?

 "Birmənalı şəkildə bəyanatda göstərilən ərazilər tamamilə təmizlənib Azərbaycan ordusuna təhvil verilməyənə qədər bu əməliyyatlar dayandırılmayacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Şuşa inzibati rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçunun Azərbaycan ordusu tərəfindən əsir götürülməsindən danışarkən deyib. O bildirib ki, Zəngilan və Qubadlı istiqamətində də erməni terrorçu dəstələrin olması gözləniləndir:
"Ermənilərin Şuşanın Qaladərəsi ərazisində əsir düşməsi isə normal proseslərdir. Bunu biz Zəngilan və Qubadlı istiqamətində də gözləyirik. Çünki orada atəşin dayandırılması anında bəzi kəndlər Azərbaycan ordusu tərəfindən azad edilməsinə dair məlumatlar yox idi. Çünki atəş dayandırıldı deyə Araz boyu bəzi kəndlər hələ də erməni işğalçılarının nəzarətində qaldı. İndi görünür ki, bu istiqamət də həmin anti-terror əməliyyatları davam etdiriləcək. Əgər həmin ərazilərdən erməni silahlıları çıxmazsa və yaxud da onların çıxarılmasını Rusiya sülhməramlıları təmin etməzsə, ordumuz və Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq orqanları, güc strukturları bu əməliyyatları gələcəkdə də davam etdirəcək". Ədalət Verdiyev qeyd edib ki, əsir götürülən erməni terrorçu silahlıları "Hamının-hamıya" prinsipi ilə dəyişdirilə bilməz:
""Hamının-hamıya" dəyişməsi atəşin dayandırılması anına qədər əldə olunmuş razılıq idi. Bu razılıqda da göstərilirdi ki, erməni silahlı qüvvələri həmin əraziləri dərhal tərk etməlidir. Lakin onlar deyilən vaxtda ərazini tərk etmədiyinə görə həmin razılaşmanın ilkin bəyanatının təsiri altına düşmür. Görünür ki, bu barədə ayrıca bir qərar qəbul edilməlidir".
Qeyd edək ki, Azərbaycan ordusunun 160 erməni silahlısını əsir götürməsi ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, Şuşa inzibati rayonunun Qaladərəsi istiqamətində bir qrup erməni terrorçu Azərbaycan ordusu tərəfindən tərksilah edilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024