Cəmiyyət (19-05-2023, 10:11)
Qarabağdakı ermənilərin sosial şəbəkələrə çıxışı BLOKLANDI - KİV
Dünən axşam saatlarında Yuxarı Qarabağın haykların məskunlaşdırıldığı hissəsində "Telegram"dan başqa bütün sosial şəbəkələr bloklanıb. Onlar yalnız "VPN" vasitəsilə istifadə edilə bilər. Bloklanmanın səbəbi hələlik məlum deyil.Mediatv.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda məlumat sosial şəbəkələrin erməni seqmentində(Ermənistan vasitəsilə) paylaşılıb.
"Rusiyada da eyni şey baş verir, bu təsadüfdürmü?" deyə paylaşımlarda sual edilir.
Zəruri şərh:
Xatırladaq ki, son günlər Xankəndindəki separatçılar arasında hakimiyyət davası gərginləşib. Mayın 16-dq Paşinyanın "adamı" sayılan general Samvel Babayan mitinq keçirib və özünün "dövlət katibi" təyin olunmasını tələb edib. Həmin mitinqdə iştirak etmiş və Babayanın tələbini baş separatçı Arayikə çatdırmış qondarma "parlament" "spikeri" Artur Tovmasyan isə dünən -mayın 18-də Arayikdən "ya müdafiə komitəsi yaratmağa və Samvel Babayanla Ruben Vardanyanı oraya daxil etməyə, ya da etimad referendumu keçirərək istefaya getməyə çağırıb".
Azərbaycanın haykların məskunlaşdırıldığı hissəsində sosial şəbəkələrdə problem yaranmasının da məhz bu gərginliklə bağlı olduğu və bunun ermənilərin ssenaridən kənar hansısa kütləvi aksiyaya əl atmasının qarşısını almaq məqsədi ilə əraziyə faktiki nəzarət edən Kreml tərəfindən törədildiyi də istisna edilmir...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024