“Bu gün dilənçiliyin forması dəyişib, yəni formanın özü bir qədər yaxşılaşıb”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin komitə iclasında çıxış edən deputat Elman Nəsirov deyib.

“Belə ki, əvvəl dilənçilər insana yaxınlaşıb pul istəyirdilərsə, indi yolla keçəndə görürsən ki, əlində salfet tutub 10 qəpiyə satır. Həmin salfeti təqdim edir və qarşılığında pulunu istəyir. Bu, bir qədər dilənçiliyin fərqli yanaşmasıdır. Başqa bir növ isə maşın sürərkən müxtəlif istiqamətlərdən uşaqlar hücuma keçir. Şüşələrin təmizlənməsi və s. Bu da təhlükəsizlik baxımından müəyyən problemlər yaradır”, - deyə E.Nəsirov bildirib.