Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-04-2023, 11:25)
Əmircanlı yəhudi balası Albert

 Bu gün Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı, fədakar, vətənpərvər insan Albert Aqarunovun doğum günüdür.
Kult.az Milli Qəhrəmanla bağlı 12 faktı təqdim edir:
1. Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Albert evin 10 uşağı arasında sonbeşik idi.
2. Orta təhsilini Suraxanı rayonu 154 saylı məktəbdə alıb. Hazırda məktəb onun adını daşıyır.
3. Dərs oxumağı sevməsə də, ailəsi uşaqlıqdan musiqiyə olan sevgisini görür və Alberti musiqi məktəbinə qoyur. O, nəfəs alətlərindən truba sinfində təhsil alır. Amma bu sənətlə məşğul olmur. Albert zabit olmağı arzulayırdı.
4. 1989-cu ildə Gürcüstanda sovet ordusu tərkibində keçirdiyi hərbi xidməti tamamlayıb Bakıya qayıdır. Suraxanıda Maşınqayırma zavodunda işləməyə başlayır.
5. Müharibədən əvvəl İsrailə getmək üçün vizası olsa da, o, vətən torpağını müdafiə etmək üçün cəbhəyə yollanır.
6. 1991-ci ilin oktyabrında Albert "Səbail” tank taboruna könüllü yazılır. Taborda yalnız 3 tank var idi. 533, 534, 535-ci heyətlər bölüşdürülərkən Albert 534-cü ekipaja düşür, amma o, israrla 533-ü istəyir. Səbəbini soruşarkən komandirinə, “533 yəhudilərin uğurlu rəqəmidir” deyir. Hazırda həmin tank Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankla yanaşı dayanıb.
7. Şuşaya daxil olmağa cəhd edən ilk erməni tankına "flaqman tank” kimi şəhərə asılacaq "fəxri” erməni bayrağı verilmişdi. Tankın komandiri isə Qagik Avşaryan idi. Lakin 442 nömrəli erməni tankı Şuşaya girməyə cəhd etdiyi anda Albertin idarə etdiyi 533 nömrəli tank tərəfindən vurulur və tankın bütün heyəti məhv edilir. Həmin tankı sonradan ermənilər rəngləyib, Şuşaya tuşlanmış vəziyyətdə təpədə yerləşdirilmişdi.
8. Şuşa–Laçın yoluna doğru irəliləyən Aqarunov, burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmışdı. Ona yol göstərmək üçün tankdan endiyi zaman erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
9. Kapitan Albert Aqarunov 1992-ci il 11 mayda Şəhidlər Xiyabanında dəfn olunub. Dəfni zamanı bir tərəfdə molla Quran, o biri tərəfdə isə ravvin Tövrat oxuyub.
10. Albertin ölümündən bir il sonra atası dünyasını dəyişir. Hazırda ailə üzvlərinin çoxu İsraildə yaşayırlar.
11. Ölümündən sonra 7 iyun 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı alır. O, bu ada layiq görülən ilk əsgərlərdən biridir. Medal bacısı Sofiya Məmmədovaya 1998-ci ildə Heydər Əliyev tərəfindən təqdim edilib. O, həmçinin, 2014-cü ildə "Vətən Övladı", 2016-cı ildə isə "Həzi Aslanov" ordenləri ilə təltif olunub.
12. Milli qürur simvollarımızdan birinə çevrilmiş Aqarunov, irsi ən çox yad olunan müharibə qəhrəmanlarındandır. Azərbaycanda onun şərəfinə xatirə lövhələri, büst, küçə və 2019-cu ildə həmin küçədə qəhrəmanın 50 illik yubileyinə həsr olunan heykəl ucaldılmışdır. Heykəl Ömər Eldarovun rəhbərliyi ilə Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024