Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (3-02-2015, 20:21)
ASC sədru Qusardakı obyektlərini satır

 

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin başının üstünü qara buludlar alıb. Son günlər adı tez-tez mətbuatın gündəminə gələn məmurun yaxın vaxtlarda vəzifədən çıxarılacağı ilə bağlı maraqlı iddialar ortaya atılıb.

Buna səbəb kimi, "Azərenerji" ASC-nin dövlətə külli miqdarda borcunun yaranması, həmçinin yol verilən maliyyə israfçılığıdır. Qeyd edək ki, Etibar Pirverdiyev də aktiv biznes fəaliyyəti ilə məşğul olan məmurların arasında göstərilir, hətta ön sıralarda yer alır. Mətbuatda yazılan çoxsaylı məqalələrdən onun biznesinin əsas hissəsini şimal bölgəsində qurduğu aydın şəkildə görünür.

Xatırladaq ki, bir müddət əvvəl Etibar Pirverdiyevlə Elbrus Məmmədov adlı iş adamı arasında 2,4 milyon manatlıq əmlak məsələsi gündəmə gəlmiş, həmin vaxt ASC sədrinin karyerası üçün ciddi təhlükə yaranmışdı. Yayılan məlumata görə, Elbrus Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədov küçəsində yerləşən dörd mərtəbəli mülk 2011-ci ildə ASC sədrinə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. E.Məmmədovun hüquqi nümayəndəsi Fəqan Nəsibov bildirib ki, müvəkkilinə məxsus olan mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi yazıb ki, alqı-satqı müqaviləsinə görə mülkiyyət real qiymətindən aşağı - 800 min manata göstərilib və səbəbini də "vergidən yayınma məqsədi" ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş "Azərenerji" sədrinin qaynı Hikməti də günahlandırıb. Etibar Pirverdiyevin adı həmçinin digər qanun pozuntularında da hallandırılıb. Belə ki, bir müddət öncə mətbuatın yazdığına əsasən, ASC sədri tender keçirmədən, yalnız müqavilə ilə "Azərenerji"nin bütün layihələrini "Azenco"ya verir və bu məqsədlə də milyonlarla manatı ASC-nin hesabına köçürür: "Maraqlı məqamlardan biri də budur ki, həmin ASC də təmir-tikinti, həmçinin, enerji layihələrində istifadə olunan bütün mal-materiallar, həmçinin sayğaclar, Etibar Pirverdiyevin nəzarətində olan özəl firmalardan alınır. Bu firmaların əsasən Çin Xalq Respublikası ilə əlaqələri var. Bəzi materialları, əsasən kabelləri isə yaxın aylara qədər Rusiyadan gətirirdilər. Lakin Sumqayıtda "Texnopark" istifadəyə verildikdən sonra oranın istehsal etdiyi nisbətən keyfiyyətsiz kabelləri alırlar. Bununla yanaşı, sözügedən firmalar vasitəsi ilə "Azenco"ya satılan bütün mal-materiallar və aksessuarların qiyməti sənədlərdə dəfələrlə şişirdilir. Çindən alınan məhsulların bir qismi, xüsusilə "Smartkart" tipli sayğaclar Etibar Pirverdiyevin tələbə yoldaşı və hazırda "Azenco"nun Aşağı Gərginlikli Elektrik Verilişi Xətlərinin Çəkilişi, Yarımstansiyaların Tikintisi və Sayğacların Quraşdırılması İdarəsinin rəisi Əbülfət Kamilov tərəfindən ölkəmizə gətirilir. Təsəvvür edin ki, Çindən gətirilən sayğacların hər biri "Azenco"ya 350-400 manata başa gəlir. Əgər bu gün Azərbaycanın, Bakı istisna olmaqla, bütün rayonlarının sayğaclaşdırma işinin Əbülfət Kamilovun rəhbərlik etdiyi idarənin sərəncamında olduğunu, həmçinin, 5-6 milyon abonentin sayğacla təmin olunduğunu nəzərə alsaq, ortada artıq milyonların deyil, milyardlarla vəsaitin dövr etdiyi məlum olar". Yazının əvvəlində qeyd etdiyimiz kimi, məmur biznesinin demək olar ki, tamamını şimal bölgəsində, xüsusilə Qusar rayonunda yaradıb.

Bizə çatan məlumatlara əsasən, Etibar Pirverdiyevin heyvandarlıq sahəsi üzrə böyük biznesi var. Məlumata görə, qışda Aranda, yayda isə yaylaqlarda saxlanılan bu sürülərdə saxlanılan qoyunların sayı 100 min başdan çoxdur. Amma heyvanların sayı artdıqca, onların saxlanılmasında da problem yaranır. Elə bu sbəbdən də Qusarda Etibar Pirverdiyevin adamları ilə yerli sakinlər arasında narazılıq baş qaldırıb. "Problem rayonun Ləzə kəndi yaxınlığında yerləşən "Govdan dərə" adlı yay otlaq sahələri ilə bağlı olub. Belə ki, uzun illərdir yerli camaat həmin ərazidən özü üçün otlaq kimi istifadə etsə də, ötən ildən etibarən "Govdan dərə" yaylağı onların əlindən alınıb. Üstəlik, yerli sakinlərin əraziyə girişinə qadağa qoyulub", deyə məlumatda vurğulanıb. Lakin son vaxtlar "Azərenerji" ASC-nin rəhbərinin dəyişdiriləcəyi ilə bağlı xəbərlərin ortaya çıxması adıçəkilən məmurun biznesinə ciddi mənada təsir edib. Qusardakı mənbələrdən aldığımız ən son məlumatlara görə, Etibar Pirverdiyev rayondakı obyektlərinin bir neçəsini satışa çıxarıb: "Bura "Şahdağ" istirahət kompleksinə gedən yolun üstündə yerləşən "Qusar" restoranı, kafelər, marketlər və avtomobil təmiri sexləri daxildir. Etibar müəllimin həmin obyektləri hansı səbəbdən satışa çıxarması barədə dəqiq bir söz deyilmir". Görünür, ASC sədri vəzifəsini itirəcəyi təqdirdə biznes obyektlərinin əlindən çıxacağından ehtiyat edir.
 \\ GünBakı \\ 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024