Cəmiyyət (5-03-2014, 11:39)
Universitetə dəyən ziyanı kim ödəyəcək?
Martın 1-də yanğının baş verdiyi Azərbaycan Tibb Universitetinin (ATU) tələbə yataqxanası sığortalanmayıbmış.
Bu barədə fins.az-a ATU-nun inzibati və təsərrüfat işləri üzrə prorektoru Aydın Vəliyev bildirib.
Qeyd edək ki, “İcbari sığortalar haqqında" qanunun 35.3 maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının yanğından və digər risklərdən sığortası məcburidir. İstisna hal olaraq yalnız sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmamış,qəzalı və ziyətdə olan və özbaşına tikililər icbari sığortaya cəlb olunmurlar.
Başqa sözlə, qanunun tələbinə əsasən ATU-nun yataqxanası da sığorta edilməli idi. Bu halda baş verən hadisəyə görə zərəri sığorta şirkəti ödəməliydi.
A.Vəliyev universitet yataqxanasının indiyədək sığortalanmamasının səbəbi və dəymiş zərərlə bağlı məlumat verməkdən imtina edib.
Xatırladaq ki, martın 1-ində Azərbaycan Tibb Universitetinin yataqxanasının 4-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Fövqəladə Hallar Nazirlinin yaydığı məlumata görə, otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024