Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-01-2015, 14:38)
Ağdamda nə baş verib?

Doğurdanmı Ağdam 6 saylı köçkün orta məktəbin direktoru Ağdam Təhsil Şöbəsinin binasını və şöbə müdirini yandırmağa cəhd edib?

 

 
Elmira Şükürova ötən həftəninin şənbə və bazar günü Ağdam məktəblərinin direktorlarını çağıraraq onların hər birindən izahat alıb. Həmin izahatda məktəb direktorları yazıblar ki, Elmira Şükürova onlardan pul almayıb.
Şənbə günü dövrü mətbuatda Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürova ilə bağlı sensasion xarakterli məlumatlar yayımlanıb. Yayımlanan məlumatdma göstərilirdi ki, Bərdənin Xanərəb Kəndində yerləşən Ağdam Köçkün Orta məktəbinin direktoru Qaratel Əliyeva bu gün saat 12 radələrində bir əlində benzin, bir əlində kibrit Rayon Təhsil Şöbəsinin Rəhbəri Elmira Şükürovanın otağına daxil olub. Ondan külli miqdarda pul aldığı halda nə üçün məktəbini bağlatdırdığını deyib. Tərəflər arasında dava düşüb, Qaratel Əliyeva gətirdiyi benzini həm öz üstünə, həm Elmira Şükürovanın, həm də katibəsi Gülnaz Qəhrəmanovanın üstünə töküb, od vurub. Otaqda yanğın çıxdığını görən Təhsil Şöbəsinin Təchizat rəhbəri Mədəd Hüseynov və E.Şükürovanın müavini Rahil Allahverdiyev gödəkcəsini Şükürovanın üstünə ataraq öncə onun yanan ayağını söndürüb və otaqdan çıxardıblar. Qaratel Əliyeva isə yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. 
Qeyd olunurdu ki, Qaratel Əliyevanın bu üsula əl atmasına səbəb, E.Şükürovanın Şagird Şəbəkəsinin Təsdiqi OŞ-1 forması üçün ondan 8 000 manat aldığı halda məktəbini bağlaması olub. Halbuki, Şükürova Əliyevaya, məktəbinin fəaliyyətinin davam edəcəyinə söz verib. Şükürova noyabr ayında Maliyyə Nazirliyinin yoxlaması üçün bütün məktəb direktorları ilə yanaşı, Q.Əliyevadan yenidən 7 000 manat pul alıb. Bayram tətilindən qayıtdıqdan sonra isə Q.Əliyevayanın məktəbinin bağlayanması xəbərini alıb. Dəfələrlə Şükürovadan pulunu geri istəyib, lakin ala bilməyib. 
Baş verən hadisə ilə bağlı PİA.AZ Ağdamdakı qaynaqları vasitəsi ilə araşdırma aparıb. PİA.AZ-a  hadisəninin tam təfsilatı ilə bağlı daxil olan məlumatda bildirilir ki, həqiqətən də Ağdam Təhsil Şöbəsinin müdiri Elmira Şükürova ilə 6 saylı köçkün orta məktəbin direktoru Qaratel Əliyeva arasında baş vermiş insident yaşanıb. Belə ki, Elmira Şükürova dekabr ayında rayon təhsil şöbəsinə gələn yoxlamaya görə bütün məktəb direktorlarından pul toplayıb. Qaratel Əliyeva ilə Elmira Şükürovanın arasında baş vermiş insdentin yaranmasının səbəbi isə şöbə müdirinin məktəb direktorundan əlavə pul istəməsi olub. 
Mənbə bildirir ki, Elmira Şükürova bir neçə ay öncə məhz Qaratel Əliyevanın direktor olduğu 6 saylı orta məktəbin adına cari təmir və başqa mal matrealların alınması adı altında vəsait silərək özünə götürüb. Dekabrın 10-da Qaratel Əliyeva Quzanlı qəəsbəsindəki Ağdam Təhsil Şöbəsinə gələrərək Elmira Şükürovanın otağına daxil olaraq ona pul istəməyinə görə etiraz edib.Tərəflər bir birini təhqir etdikdən sonra Qaratel Əliyeva üstündəki benzin butulkasını çıxardaraq Elmira Şükürovanın üstünə atmaq qistəyib. Ancaq şöbə müdirinin və müavinin müdaxiləsi nəticəsində Qaratel Əliyevanın Elmira Üşkürovanı və özünü yandırma cəhdinin qarşısı alınıb. Qaratel Əliyeva təhsil şöbəsinin qarşısında deyib ki, Elmira Şükürova məndən hesab istəyib və mən ona 10 min manat pul vermişəm. Onu qaytarmasa bu şöbəni də, özünü də yandıracaq.
PİA.AZ-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, Elmira Şükürova ötən həftəninin şənbə və bazar günü Ağdam məktəblərinin direktorlarını çağıraraq onların hər birindən izahat alıb. Həmin izahatda məktəb direktorları yazıblar ki, Elmira Şükürova onlardan pul almayıb.
Bildirilir ki, Elmira Şükürova Qaratel Əliyeva ilə münasibətlərini normallaşdırmağa cəhd etsə də, 6 saylı köçkün orta məktəbin direktoru ondan şikayətçi olacağını bildirib. Elə bu üzdəndə Elmira Şükürova işini sağlam tutmaq üçün bütün məktəb direktorlarından yazılı izahat alıb ki, şöbə müdiri heç bir direktlordan pul istəməyib.
Xatırladaq ki, Elmira Şükürova “Azəryolservis” rəhbəri Cavid Qurbanovla qohum olması və millət vəkilinin himayəsi altında olduğu bildirilir. Elmira Şükürovanın qanundankənar əməlləri barədə dövrü mətbuatda davamlı olaraq məlumatlar yayımlanır.
Qeyd edək ki, Qarael Əliyeva ilə əlaqə yaratmağa çalışırıq. Əlavə məlumatları oxucularımızın diqqətinə cəlb edəcəyik. 
Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024