Aktual (7-07-2021, 22:46)
İcra Hakimiyyətində 131 min manatlıq şübhəli tender – FAKTLAR
Füzuli rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “Mantı LM Group” MMC (VÖEN- 1505345531) olub.
Tender müsabiqəsinin şərtlərinə əsasən “Mantı LM Group” MMC Füzuli rayon İcra Hakimiyyətinə 130 min 777 manat dəyərində mal-material satacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin adına açıq internet resurslarda rast gəlmək mümkün deyil. Şirkətin daha əvvəl hansı işlərlə məşğul olduğu barədə heç bir yerdə məlumat yoxdur.
Məlum olan yalnız odur ki, “Mantı LM Group” MMC bir ay əvvəl keçirilən tenderin nəticəsinə görə Penitensiar xidmətin Bakı İstintaq Təcridxanasında və 11 saylı cəzaçəkmə müəssisəsində abadlaşdırma işləri görəcək və görülən işlərin qarşılığında 46 min 191 manat alacaq.
Rəsmi məlumatlarda “Mantı LM Group” MMC -nin tender müsabiqəsindən (elan 26.05.2021-ci ildə açıqlanıb) cəmi 3 ay əvvəl - 27.01.2021-cı ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının isə cəmi 2 manat olduğu qeyd olunub. Hüquqi ünvanı Nərimanov rayonu, E.İsakzadə, ev 10/8-də yerləşən şirkətin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.
Tenderlə bağlı diqqət çəkən məqamlardan biri odur ki, təxminən eyni tarixdə, fərqli ünvanlarda Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi daha 4 şirkət dövlət qeydiyyatına alınıb.
Rzaquliyev İrşad Elham oğlunun rəhbərlik etdiyi şirkətlər bunlardır:
Şirkətin adı | VÖENİ-i | Hüquqi ünvanı | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
"MANTI LM GROUP" | 1505345531 | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 27 Yanvar 2021 |
"MADAGAR RF" | 1306982751 | YASAMAL RAYONU, ALATAVA 1 ev.145 | 2 manat | 27 Yanvar 2021 |
"SEMRA SNG" | 1405407581 | NƏSİMİ RAYONU, HÜSEYNBALA ƏLİYEV 2 MK ev.9 m.4. | 2 manat | 27 Yanvar 2021 |
"LALENDE FM GROUP" | 2006559021 | XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, ELÇİN ƏLİYEV ev.4 | 2 manat | 27 Yanvar 2021 |
"NGN GROUP" | 1006848981 | BİNƏQƏDİ RAYONU, M.RƏSULZADƏ ŞTQ, Z.QƏMBƏROV DÖN. ev.2 m.2. | 2 manat | 28 Yanvar 2021 |
Tenderin qalibi olan olan Rzaquliyev İrşad Elham oğlu ilə narkotik və avtomobil oğurluğuna görə saxlanılan Rzaquliyev İrşad Elham oğlunun eyni şəxs olub-olmadığını öyrənmək üçün daha əvvəl Pentensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqovla əlaqı saxlasaq da, qurum rəsmisi bu bardə onda heç bir məlumatın olmadığını bildirib.
Onu da qeyd edək ki, tenderin qalibi olan “Mantı LM Group” MMC-nin qeydiyatda olduğu ünvanda da qısa müddət ərzində bir neçə şirkət qeydiyyata alınıb:
Şirkətin adı | Qanuni Təmsilçisi | Hüquqi ünvanı | Nizamnamə kapitalı | Qeydiyyat tarixi |
"MANTI LM GROUP" | Rzaquliyev İrşad Elham | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 27 Yanvar 2021 |
"KODAG" | Vəliyev Şahin Nazim | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 1 Dekabr 2020 |
"NOEL MK" | Məmmədov Coşqun Mayıl | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 2 Dekabr 2020 |
"ZEFER 2020" | Məmmədov Coşqun Mayıl | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 4 Dekabr 2020 |
"LAÇIN ZƏFƏR" | Dadaşov Tural Balaqardaş | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 7 Dekabr 2020 |
"LİMPART 2021" | Salmanov Elvin Süleyman | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 14 Dekabr 2020 |
"ADOBE" | Zeynalov Mehman Mürsəl | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 14 Dekabr 2020 |
"ŞUŞA HOLDİNG LMN" | Qurbanov Vüqar Süleyman | NƏRİMANOV RAYONU, E.İSAKZADƏ ev.10/8 | 2 manat | 11 Yanvar 2021 |
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024