Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel / Slayd / Redaktor seçimi (13-06-2020, 16:30)
Jurnalist Milli Məclisinin sədrinə müraciət etdi

 


 
Təxminən bir il bundan əvvəl Masallının İstisu sanatoriyasında maşını qarət olunan, jurnalist fəaliyyətinə görə Masallı rayon Polis şöbəsinin və Masallı rayon Məhkəməsinin hakimi tərəfindən təzyiqlərə məruz qalan Əfqan Bəhlul oğlu Quliyev spikerdən kömək istədi                   
 Hörmətli Sahibə xanım Qafarova!
Bir vətəndaş və qələm adamı olaraq Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevi Azərbaycanda söz, mətbuat azadlığının və fikir plüralizminin ən böyük qarantı hesab edirəm, onun medianın inkişafına, jurnalistlərin sosial rifahının yaxşılaşdırılmasına yönəlik təşəbbüsünü və bu təşəbbüsün gerçəkləşdirilməsi yolundakı addımlarını alqışlayıram. Bir yazar olaraq dövlət başçısının xarici və daxili siyasət sahəsindəki uğurlarını, Vitse-Prezident Mehriban Əliyevanın dünyamızda və regionda sülh və əmin-amanlıq yaratmaq istiqamətindəki fəaliyyətini təbliğ etməyə, respublikamızın ayrı-ayrı bölgələrində baş verənləri (həm müsbət, həm mənfi) vaxtında və obyektiv şəkildə işıqlandırmaqla cəmiyyətimizi informasiya ilə təmin etməyə çalışıram. Yaxşı bilirəm ki, mətbuat ilk növbədə dövlətçiliyin keşiyində durmalıdır,  dövlət rəhbərliyinin yaradıcı, qurucu əməllərini dəstəkləməlidir. Azərbaycan dövlətinin uğurlarına sevinən, möhtərəm Prezidentimizin fəaliyyətini hər zaman yüksək qiymətləndirən Mediatv.az İnformasiya Portalının baş redaktoru olaraq Sizə müraciət etməyimin səbəbi mənə qarşı olan qərəz və haqsızlıqdır.
Belə ki, 2019-cu il iyul ayının 24-də ailəmlə birlikdə Masallı rayonunda yerləşən İstisu sanatoriyasına istirahətə getmişdim. Evimizdə siqnalizasiya sistemi olmadığından və gedişimizin uzumüddətli olacağını düşündüyümüz üçün istirahətə gedən zaman valideynlərimdən qalan, ailə quran vaxt hədiyyə edilmiş, övladlarımın ad günlərində yaxın qohumlar tərəfindən bağışlanmış qızıl-zinyət əşyalarını, özümün, yoldaşımın, oğlumun ümumvətəndaşlıq pasportunu və digər lazımi əşyaları özümüzlə götürmüşdük.
Ailəmlə birlikdə İstisu sanatoriyasında dincələn zaman İstisu “Fatimeyi-Zəhra” sanatoriyasının sahibi, iş adamı İldırım Allahyarov mənə yaxınlaşaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları və polis rəisi tərəfindən təzyiqlərə məruz qaldığını, onun sahibkar kimi fəaliyyətinə maneçilik törədildiyini və ondan aylıq haqq tələb edildiyini bildirdi. Mən də bir jurnalist olaraq sahibkarın şikayəti əsasında redaktoru olduğum Mediatv.az informasiya portalında 26.07.2019-cu il tarixində  “AQTA-nın əməkdaşları sahibkarı təhqir edir – rüşvət tələbinə boyun əymədiyinə görə” (http://mediatv.az/sosial/55891-aqta-nin-emekdaslari-sahibkari-tehqir-edir-rusvet-telebine-boyun-eymediyine-gore.html) və 28.07.2019-cu il tarixdə  “Tanınmış cənublu iş adamı Masallının polis rəisindən şikayət etdi” (http://mediatv.az/sosial/55927-tannms-cenublu-s-adam-masallnn-pols-resn-skayet-etd-prezdente-bas-prokurora-ve-daxl-sler-nazrne.html) sərlövhəli məqalələr dərc etdim. Dərc etdiyim məqalələri həm sosial şəbəkələrdə paylaşdım, həm də ki, aidiyyatı təşkilatların elektron poçtuna ünvanladım.
Adını çəkdiyim iki məqalə dərc olunduqdan sonra, yəni 28.07.2019-cu il tarixdə gündüz saat 14:20-16:30 arasında mənə məxsus Mersedes-Benz markalı 99EM320 qeydiyyat nişanlı avtomobilim qarət olundu. Avtomobilin arxa yan şüşəsi sındırılaraq, yoldaşımın əl çantası aparılmışdı. Həmin çantadan mənim, onun və oğlumun ümumvətəndaşlıq pasportu, bugünkü qiymətlərlə təqribən 20 min manatlıq qızıl-zinət əşyaları və digər dəyərli əşyalar oğurlanmışdı. Hadisə yerindən dərhal DİN-nin “102” xidmətini məlumatlandırdım.
Təqriban 25 dəqiqədən sonra Masallı RPŞ-nin əməkdaşları hadisə yerinə gəldilər və əl izlərini götürdülər. 04.08.2019 tarixdə Masallı RPŞ-dən mənə zəng olunaraq avtomobilimi qarət edən şəxsin saxlanıldığını bildirdilər. Dərhal Masallı rayonuna yola düşdüm. Şikayətim əsasında əməliyyat - axtarış tədbirlərinə başlayan Masallı polisi tanımadığım Nurlan Səmədov adlı bir şəxsi saxlamışdı. Təcili şəkildə məhkəməyə ötürülən cinayət işi qeyri-obyektiv, qərəzli, birtərəfli qaydada və heç bir maddi sübut olmadan aparılmışdı. Hadisə baş verən günü götürülmüş əl izlərinin ekspertizası oğurluğu Nurlan Səmədovun törətdiyini təsdiqlənməmişdi. Polis cinayət işinin istintaqını prosessual nəzarətin olmaması səbəbindən istədiyi kimi aparmışdı.
İbtidai istintaqa prokuror nəzarətinin zəif olması, işin polis tərəfindən tələm-tələsik məhkəməyə ötürülməsi cəhdi, istintaq dövründə çoxlu qanunsuzluqlara yol verilməsi ilə bağlı dəfələrlə yuxarı instansiyalara çoxsaylı müraciətlər etmişəm. KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirməyə çalışmışam.
Hal-hazırda məhkəmə gedir. Masallı rayon məhkəməsinin hakimi Habil Bəhmənov məhkəmə işini qərəzli aparır, verdiyim vəsatətlərin demək olar ki heç birini təmin etməyib.
Avtomobil qarətini, üstündə başqa oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polisin sadəcə işi "bağlamaq" və cinayətin açılma faizini qaldırmaq istədiyi aydın görünür. Masallı rayon polis şöbəsi rəisinin yerli sahibkarı incitməsi barədə əvvəllər yazdığım tənqidi məqalələrə görə tənqid olunan vəzifəli şəxs bu yolla məndəm qisas alır.
Hakim Habil Bəhmənov da polisin hərəkətlərinə qanuni don geyindirmək yolunu tutub. 18.02.2020-ci il tarixdə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Nurlan Səmədov ifadə verərək bildirmişdi ki, Əfqan Quliyevə məxsus avtomobili qarət etdiyini istintaqa zamanı polis onun boynuna zorla qoyub, ümumiyyətlə, onun həmin hadisədən xəbəri olmayıb. Təqsirləndirilən N.Səmədov polis işçisi Tərlan adlı şəxsin üzünə duraraq onun bu işi boynunu götürməsən, səni pis günə salacağıq deməsini məhkəmənin diqqətinə çatdırdı. Sonra məhkəmədə iştirak edən polis müstəntiqi İqbal Rəhimli təqsirləndirilən şəxsin onun üzünə duraraq söylədiyi: “Məni aldadıb demədinizmi ki, bu işi öz üstünə götür, sənə köməklik göstəriləcək? Altı aydan çox vaxt keçib sizdən heç bir kömək yoxdur” - sözlərindən sonra müstəntiq ona ünvanlanan suallardan məharətlə yayınmağa çalışsa da, qeyri-səmimiliyi diqqətdən yayınmadı. Müstəntiqin təqsirləndirilən şəxsə kömək etməyə söz verməsi, müstəntiq İqbal Rəhimlinin ifadəsində iki dəfə  “mən orda yazmamışam qızıl səndədir”  cümləsini təkrarlamasından aydın görünür ki, təqsirləndirilən şəxslə müstəntiq arasında sövdələşmə olub. Təqsirləndirilən şəxsin “eləmədiyim cinayət işini niyə boynuma götürməliyəm,  qızıl- zinət əşyaları axı məndə deyil” deməsi və müstəntiqlə sövdələşməyə tez-tez işarə vurması Masallı polisinin işi ört-basdır etmək istəməsindən xəbər verir. Bu məsələdə Masallı rayon məhkəməsinin hakiminin də polislə yaxın mövqedən çıxış etməsi aydın görünür. O, təqsirləndirilən şəxsin ifadəsini nəzərə almır, məhkəmə istintaqı aparmaqda maraqlı görünmür və cinayəti N.Səmədovun boynuna qoymağa cəhd edir. Hakim N.Səmədovun ifadəsini “dəyişməsini” onun özünümüdafiə cəhdi kimi dəyərləndirib.
18.02.2020-ci il tarixdə keçirilən məhkəmə prosesindən sonra təqsirləndirilən Nurlan Səmədova polis tərəfindən ciddi təzyiqlər edilməyə başlanılıb və 18.03.2020-ci il tarixdə keçirilən məhkəmə prosesində Nurlan Səmədov ifadəsini yenidən dəyişmişdir.
Hörmətli Sahibə xanım! 
Təqdim etdiyim vəsatətlər müstəntiq tərəfindən vaxtında araşdırılmayıb, indi isə hakim Habil Bəhmənov bunları araşdırmaqda maraqlı deyil. Məhkəmə proseslərindən aydın görünür ki, hakim polisin aparmış olduğu qeyri-obyektiv, ədalətsiz istintaqa qanunilik “donu geyindirmək” yolunu tutub.
Bir daha təkrar edrəm, bütün bu işlərin başıma gəlməsinin səbəbi mənim jurnalist fəaliyyətimdir. Habil Bəhmənovun qanunazidd əməllərindən şikayət etdikdən sonra hakim məhkəmə prosesini tələsik tamamlamaq isdəyir. Hakim Habil Bəhmənov açıq şəkildə bildirir ki,  hara şikayət etsən də bizim özümüzə qaytaracaqlar və mən istintaqı aparmış polisin əlehinə gedə bilmərəm, hər gün yuxarı instansiyalara yüzlərlə belə şikayətlər yazılır.
Hörmətli Sahibə xanım!
Cənab Prezidentin çağırışına hay verərək gördüyüm neqativ halları, bir sahibkarın polis tərəfindən incidilməsini işıqlandırdığım üçün başıma gələn bu oyunlar barədə müraciət etmədiyim ünvan qalmayıb. İstintaqın gedişi və aparılan məhkəmə prosesi onu deməyə əsas verir ki, qızıl-zinət əşyalarımın tapılmamasının səbəbi polis rəisini yazılarımda tənqid etdiyimdir. Bir ilə yaxındır ki, Masallı rayonun polis və məhkəmə sistemindəki haqsızlıqlarla üz-üzə qalmışam, bir ilə yaxındır ki, günüm Bakı-Masallı yolunda keçir. Cənab Prezidentin dediyi kimi, bunlar nə dövlətdən, nə də ki, Allahdan qorxmurlar. Tam əminliklə deyərəm ki, Masallı rayonunda Azərbaycanın dövlət qanunları işləmir. Əminəm ki, müraciətnamələrim cənab Prezidentə yetişməyib, əks halda, haqq çoxdan yerini tapardı. Axı Cənab Prezident özü dəfələrlə vurğulayıb ki, Azərbaycan jurnalistləri mənim ən yaxın köməkçilərimdir. Belə çıxır ki, bu adamlar Prezidentin köməkçilərini sıradan çıxarmağa və bu yolla qanunsuzluqlarını sərbəst şəkildə davam etməyə çalışırlar.
Hörmətli Sahibə xanım,  xahiş edirəm ki, bu işin qısa vaxtda və obyektiv araşdırılmasına yardım edəsiniz. Çünki hakim Habil Bəhmənov 18.06.2020-ci il tarixdə(YƏNİ 6 GÜNDƏN SONRA) hökmü elan etmək istəyir. Avtomobilimin qarəti zamanı götürülmüş qızıl zinət əşyalarının tapılması, mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsi, insanların mənaviyyatıyla oynayan polis işçilərinin  və qanunsuzluğa qanunu don geyindirməyə çalışan hakim haqqında qanunamüvafiq ölçü götürülməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.
Hörmətlə,
Əfqan Bəhlul oğlu Quliyev
68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa keçmiş namizəd,
Mediatv.az İnformasiya Portalının Baş redaktoruшаблоны для dle 11.2

Xəbər lenti
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
28 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020
27 10 2020