Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (4-11-2016, 16:48)
“AzGerneft”in direktorundan şikayət VAR - Etiraz

“AzGerneft”in direktorundan şikayət VAR
Suraxanı rayonunun bir qrup sakini “AzGerneft”in rəhbərliyinin əsassız və qanunsuz hərəkətindən Prezident İlham Əliyevə şikayət ediblər...

Mediatv.az:  Surəti "Təzadlar"a daxil olan şikayətdə deyilir:
Cənab Prezident!
“AzGerneft” MMC rəhbərliyi, başda baş direktor Çingiz Həsənov olmaqla yenidən biz Azərbaycan vətəndaşlarına verilmiş ərazini neft hasil etmək adı altında zəbt edərək gələcəkdə nə qədər qazanc əldə edə bilmələri üçün müstəqil dövlətimizə və ictimaiyyətə qarşı təxribatçı işlərlə məşğuldurlar. Görünən budur ki, “AzGerneft” MMC hazırda ölkədə baş verən ağır iqtisadi-sosial durumudan istifadə etməklə yenidən ərazi iddiasını ortalığa qoymaqla 37.5 ha ərazidə 16 ildir ki, məskunlaşmış 4000 insanı dövlətə qarşı nifrət hissi aşılamaqla zonada xaos yaratmaq istəyirlər ki, sonda çirkin niyyətlərinə çata bilsinlər. “AzGerneft” MMC nin guya biz insanların topaq sahəsinin zəbt edilməsi və qanunsuz tikintinin qarşısının alınması barədə Suraxanı rayonu 31-ci Polis Bölməsinə etdiyi şikayətlə pois mayoru Araz Osmanov tərəfindən araşdırlımış və 06 oktyabr 2016-cı il tarixli (Cinayət işinin başlanmasının rədd edilməsi barədə ) QƏRAR qəbul edilmişdir. Qərarda araşdırma zamanı müəyyən edilmişdir ki, “AzGerneft” MMC-nin məktubu əsasında toplanmış materialda heç bir cinayət hadisəsi yoxdur. “AzGerneft” MMC haqqında internet resurslarda yerləşdirilmiş məlumatdan aydın olur ki, “Azgerneft” MMC iddiada yazıldığı kimi heç də 60 %-lik paya sahib olan Almaniyanın “Qrünvald” şirkətinə deyil, Sinqapur Respublikasının "Union Grand Enerji PTE Ltd" şirkətinə məxsusdur. Və beləliklə “AzGerneft” MMC öz tərəfdaşının həqiqətdə hansı təşkilata məxsusluğunu gizlədərək verdiyi şikayətlərdə yalan və əsassız məlumatlar təqdim etmişdir. Belə olan halda “AzGerneft” MMC ilk öncə hüquqi statusunu yeniləməli, loqosunu dəyişməlidir. Hazırda Almaniya şirkətinin “AzGerneft” MMC-ilə hər hansı əlaqəsi və işbirliyi yoxdur. Odur ki, hesab edirik “AzGerneft” MMC-nin Almaniyanın “Qrünveld” şirkəti adından hər hansı formada çıxış etməsi saxtakarlıqdir və cinayət məsuliyyəti yaradır. Ümumiyyətlə, “AzGerneft” MMC əsassız olaraq biz vətəndaşlara qarşı torpaq iddiasında olmasında dələduzluq əməli vardır Və bu məsələ hüquq mühafizə orqanları tərəfindən dərhal araşdırlaraq hüquqi qiymətini almalıdır.
Cənab Prezident! Yuxarıda göstərilənləri nəzərə almaqla yenicə düzüb qoşduqları saxta sənədlərlə biz sakinlərin qanuni formada yaşadığımız ərazini erməni təcavüzkarlarından fərqli davranmayaraq zəbt etməyə çalışan və törətdikləri qanunazidd əməllərə görə məsuliyyət daşıyan “AzGerneft” MMC rəhbərliyinin əməlləri barədə təcili olaraq hüquq-mühafizə orqanları tərəfindən yenidən araşdırmaya başlanması barədə göstəriş verməyiniz xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk.
Sevil Baxşəliyeva və başqaları
Redaksiyadan: şikayətlə bağlı “AzGerneft” MMC-nin direktoru Çingiz Həsənovun mövqeyini öyrənməyə çalışdıq. Lakin bizə təqdim olunmuş telefona cavab verən yoxdur. Onun da mövqeyini təqdim etməyə hazırıq. 
Şikayəti aidiyyəti qurumların mövqeyini öyrənməklə araşdırmaqdayıq... 

шаблоны для dle 11.2

Xəbər lenti
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
26 12 2024
25 12 2024
25 12 2024
25 12 2024