Siyasət (7-04-2021, 17:15)
Bu qədər ərazi minalardan təmizləndi - General

Mediatv.az Report-a istinadən xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.
O qeyd edib ki, verilən əmrə əsasən, mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər şəxsi heyət tərəfindən axtarılır və təmizlənir:
"Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən 4 729 (rəqəmlər hər gün dəyişir) hektar ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib. Minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün təyin edilmiş ərazi sahəsi xəbərdaredici nişanlarla hasara alınır. Minalardan tam təmizlənmə tapşırığı alan şəxsi heyət qoruyucu istehkam jiletləri ilə təchiz edilir. Gündəlik olaraq qrup rəhbərləri tərəfindən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Görülən tədbirlərə uyğun olaraq tapşırıq yerinə yetirilərkən bir yerə toplanmamaq, keçidlərdən kənar və yoxlanılmamış yerlərdə gəzməmək, minanın varlığını bilmədən qabaqcadan yoxlanılmamış məftili və başqa partlamayan maneələri yerindən tərpətməmək, irəli, geri çəkməmək, ancaq keçid və cığır işarələri ilə işarələnmiş sahələrdə hərəkət etmələri tapşırılır".

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
14 07 2025
14 07 2025
14 07 2025
14 07 2025