Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (19-02-2021, 18:05)
Əli Kərimli və Osmanqızı “demokratiyası”nın süqutu - niyə dalaşdılar?

Əli Kərimli və Osmanqızı “demokratiyası”nın süqutu
Dünya hətta 1 il əvvəki dünya deyil. Tamamilə yeni şərtlər, reallıqlar, təzə tendensiyalar, fərqli yanaşmalar formalaşıb. Demək olmaz ki, bunun əsas səbəbi pandemiyadır. Təbii, bu bir ildə əlbəttə, koronovirus bəlası dünyada yeni qaydalar formalaşdırdı, sərhədlərin qapanması, əlaqələrin azalması, biznesin məhdudlaşması müxtəlif problemlər ortaya çıxardı. Buna uyğun olaraq da yeni yaşam, əlaqə mexanizmləri formalaşdı. Şübhəsiz, təfəkkürlərdə, tərzlərdə də müəyyən dəyişiklər baş verdi.

Ancaq söhbət heç də son bir ildən getmir. Ümumiyyətlə, Yer üzündə son 10-15 ildəki proseslər göstərir ki, siyasi-ictimai, iqtisadi, sosial baxımından həyat və şərtlər bir başqadır.

Bütün ağıllı, dərk etmə, adekvat reaksiya vermək qabiliyyəti olan şəxslər, qüvvələr, iqtidarlar, müxaliflər mövcud reallıqlar çərçivəsinə keçid alırlar. Çünki bu çərçivədən kənarda qalmaq özünüməhv deməkdir, reallıq hisslərinin itirilməsidir. İnkişaf etmək, cəmiyyətə, ölkəsinə, dünyaya, proseslərə hər hansı təsir etmək istəyən şəxslər və qüvvələr müasir dünyanın yenilənən, dəyişən şərtlərini mütləq nəzərə alırlar.
Məşhur “yalnız ölülər və dəlilər dəyişmir” prinsipi indi daha çox hakim olmalıdır şüurlarda.

Dünya ilə yanaşı, bizim ölkəmizdə də əksər ictimai-siyasi təşkilatlar, şəxslər fəaliyyətlərini mövcud tendensiyalara uyğun qururlar.
Baş verənlər göstərir ki, praqmatizmin alternativi qətiyyən yoxdur. Meydanda qalmaq, faydalı olmaq, özünü yaşatmaq istəyən hər hansı bir qüvvə və fiqur təfəkküründə inqilab etməyi bacarmalıdır. Əks təqdirdə bilirsiz nə olacaq? Nə olacağını Əli Kərimli nümunəsində əyani görmək mümkündür...

Əslində, cəmiyyətə bəllidir bu adamın siyasi davranışları, kimliyi, nəçiliyi, mahiyyəti. Demokrat cildinə girməklə deyil ki. Ötənlərdə biz də çox duyurmuşuq. Bu dəfə isə onun hansı təfəkkürün sahibi olmasından nə iqtidar təmsilçisi danışıb, nə də də bizlər. Öz dostu, ən yaxın adamı, tərəfdaşı, sirdaşı, ortaq proje yapdıqları Sevinc Osmanqızı danışıb.

O Osmanqızı ki, neçə ildir Amerikadadır, oradan anti-Azərbaycan təbliğatı aparır. Hətta Tovuz döyüşləri, 44 günlük Vətən Müharibəsi dövründə də bu adam Azərbaycana qarşı projenin içərisində oldu, erməni lobbisinin maraqlarından çıxış etdi gizli və aşkar... Bu haqda internet resurslarında kifayət qədər tənqid edildi də. Googledə axtarış verib baxmaq mümkündür. Bu adamın əl-ələ, baş-başa verib Azərbaycanda özünə seçdiyi portnyor isə Əli Kərimli, onun monopliyasında saxladığı Milli Şura idi. Neçə ildir beləcə mehriban, şad-xürrəm davam edirdilər.

İndi isə dalaşırlar, bir-birlərinin ünvanına deməkdikləri ifadə qalmayıb. Niyə, səbəb nədir? Osmanqızı öz bu haqda açıqlama verib. O qədər xətinə bərk dəyiblər ki, hətta heç Əli Kərimlinin adını da çəkməyi ona qıymayıb.
Sevinc Osmanqızı qeyd edir ki, bu adama könüllü şəkildə ciddi dəstək verib, onu təbliğ edib, eyni maraqlardan çıxış edib. Efirindən onu düşürməyib. Ta o vaxta qədər ki, günlərin birində Osmanqızı verilişinə Əli Kərimlinin kontrolunda olmayan, digər qütbləri təmsil edən şəxsləri də çıxarmağa başlayıb. “Yazıq” qız söyləyir ki, qara günləri də elə bundan sonra başlayıb, Əli Kərimlinin dəstəsi onu çökdürəcəyini deyib, üstünə hücum çəkib.

Kifayət qədər inandırıcıdır. Bu, Ə.Kərimlinin köhnə şakəridir. Düşüncəsi, təfəkkürü qətiyyən dəyişmir. Zaman-zaman biz də bu adamın “terroruna” məruz qalmışıq. İstəyir ki, bütün media ona biyət etsin, kim müxalifət olmaq istəyirsə, ondan icazə alsın, başqa heç bir siyasi qütbün fikirlərini, açıqlamasını tirajlamasın. Məsələn, əgər bir sayt bu gün ondan müsahibə alıb, sabah fikirlərinə alternativ çıxışlar edən fərqli siyasətçini danışdırsa, olacaq “satqın”. Gərək tutuquşu kimi ancaq onu danışdırasan, media prinsiplərini onun gerizəkalılığına qurban verəsən. Yoxsa “xainsən”. Bizləri, onlarla medianı, saytı beləcə şantaja məruz qoymağa, şərləməyə, gözdən salmağa cəhd edib illər uzunu.
İndi artıq onu bütün ciddi media boykot edib. Bir özünün kontrolunda olan sayt, bir də Osmanqızının verilişində görünürdü. İndi Osmanqızı istəyib ki, başqaları ilə də kontakt qursun, Əli Kərimli ilə eyni çevrə olmayan digər adamları da efirinə çıxarsın. Bəlkə də missioner, anti-Azərbaycan fəaliyyətinə başqaları ilə də əməkdaşlıq uyğun bilinib.

Əli Kərimli də bundan bərk qeyzlənib. Təbii, bu həm onun vərdişidir, xarakteridir. Eyni zamanda heç şübhəsiz ki, burada onun maddi maraqlarına toxunan nələrsə də olmamış deyil. Axı Osmanqızı-Əli Kərimli cütlüyünün projesinə müxtəlif Qərb dairələrinin vəsait ayırması iddiası da var və sirr deyildi...

Xülasə, Osmanqızı-Kərimli “demokratiyası”, tərəfdaşlığı bu məqamda süqut edib, biabır olublar. Osmanqızı indiyədək cəmiyyətə demokrat kimi sırımaq istədiyi Əli Kərimlinin diktator olması yönündə təşviqata başlayıb. Təbii olaraq da Kərimli cəbhəsi onu xəyanətdə, satqınlıqda ittiham etməyə start verib. Beləcə, “möhkəm və səmimi” əməkdaşlıq, tərəfdaşlıq və sirdaşlıqlarının, ortaqlıqlarının zibili çıxıb.
Sonra da deyirlər ki, xalq niyə iqtidarı dəstəkləyir. Xalq axı görür nə baş verdiyini. Və dərk edir ki, cəmi bir veriliş üzərindən anti-Azərbaycan təbliğatı üçün ayrılan pulları bölüşdürmək üstündə boğuşan, saxtakar, “demokrat” adamlar iqtidar, səlahiyyət sahibi olsa, ölkəni hansı fəlakətə sürükləyərlər...

Bu adamlar təfəkkürlərinin 90-cı illərin anormal ideoloji xətlərində ilişib qaldığını, yeni dünya düzəninə, yeni tərzlərə, yanaşmalara, sivil qaydalara heç cür adaptasiya ola bilmədiklərini aydınca isbat edirlər, xalqa da duyururlar. Sağ olsunlar...
шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024