Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (25-06-2020, 15:58)
Arzu Rəhimovun kantoru belə işləyir... - GİLEY

 Azərbaycanda müddətli həqiqi hərbi xidmət keçmiş şəxs yenidən əsgərliyə çağırılıb.
Mediatv.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad rayonunda qeydə alınıb.

Belə ki, rayonun Adnalı kənd sakini, 1992-ci il təvəllüdlü Emil Adışirin oğlu Əmirlinin yaşadığı ünvana müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırış vərəqəsi gəlib.

E.Əmirli bildirib ki, Beyləqan rayonunda “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətini başa vurub və təxris olunub:

“Mən Beyləqandakı hərbi hissələrdən birində 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına qədər 18 ay müddətli həqiqi hərbi xidmət keçmişəm. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən yaşadığım evə həqiqi hərbi xidmət keçmək yenidən çağırış gəldi və hərbi xidmətə getməyim üçün ilkin tibbi müayinədən keçmək tələb olundu. Bu azmış kimi, mənə xəbərdarlıq məktubu da göndəriblər ki, tibbi müayinədən keçməsəm, 50 manat cərimə olunacağam”.
Emil deyir ki, mövcud məsələ ilə bağlı hələ bir neçə il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı məlumat verib və hərbi biletini də təqdim edib:

“Buna baxmayaraq, hər üç aydan bir mənə bu çağırış vərəqəsini göndərirlər”.

Qeyd edək ki, Emil Əmirli mövcud faktın hüquqi müstəvidə həll olunmasından ötrü məhkəməyə müraciət etməyə hazırlaşır.

Arzu Rəhimovun kantoru belə işləyir...
Arzu Rəhimovun kantoru belə işləyir...
шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024