Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (7-02-2021, 18:57)
Hematologiya Mərkəzi qalib əsgərlərə cəmi 5 manat güzəşt edir?


 
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə nəticələnən Vətən müharibəsinin iştirakçılarına hörmət etmək hamımızın borcumuzdur. Dövlətimiz bu məsələdə əsl nümunə göstərir. Xatırlatmağa dəyər ki, dövlətimizin başçısı cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olmaqla bərabər, həm də Silahlı Qüvvələrimizin Ali Baş Komandanıdır. Özünün rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad edən şəhidlərin ailələrinin, qazilərin, veteranların sosial vəziyyətlərinin yaxşılaşdırılmasına yönəlik tədbirlər, bu qəbildən olan insanların problemlərinin həlli möhtərəm Prezidentimizin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri və birincisidir desək, heç də yanılmarıq.
Bəs hökumət, onun məmurları necə, rəşadətli döyüşçülərimizin qayğılarını yüngülləşdirmək üçün öz üzərlərinə düşən vəzifələri vicdanla yerinə yetirirlərmi? Müşahidələr göstərir ki, heç də həmişə və hər yerdə yox. Özü də nəinki tərxis olunmuş, hətta hələ də xidmətdə olan döyüşçülərə, onların ailə üzvlərinə münasibətdə laqeydlik, biganəlik göstərildiyinə dəlalət edən faktlara rast gəlinir. Belə faktlardan biri barədə Mediatv.az saytının redaksiyasına məlumat daxil olmuşdur.
 



  Müharibənin gedişində döyüşdə olan oğlundan ötrü narahatlıq keçirən ana savaşın tezliklə qələbəmizlə bitməsi, əsgərlərimizin, o cümlədən, öz oğlunun salamat qayıtması üçün gecə-gündüz dua edir, oruc tutub – namaz qılır. Onsuz da canı əhnəz olan ananın ac qalması, yuxu rejiminin pozulması, keçirdiyi stress üzündən qanında bütün kriterilər mənfiyə doğru dəyişir. Qadın Milli Hematologiya və Transfiziologiya Mərkəzində müalicə almalı olur. Bu Mərkəzin fəaliyyəti, oradakı vəziyyətlə bağlı az-çox məlumatı olanlar sözügedən tibb müəssisəsi haqda formalaşmış ictimai rəyi də bilirlər: “Allah heç kəsin yolunu ora salmasın!” Həmin ərəfədə bir neçə günlüyə evə məzuniyyətə buraxılan oğul – II Qarabağ müharibəsi döyüşçüsü növbəti analizləri verməyə hazırlaşan anasını Mərkəzə özü aparır. Ümid edir ki, ona bir qalib əsgər kimi yəqin əhəmiyyətli dərəcədə güzəşt ediləcək. Çünki müharibə dövrü bu gəncdə Azərbaycan səhiyyəsi, həkimlər barədə çox yüksək fikirlər formalaşmışdı. Gördüklərindən, eşitdiklərindən bilirdi ki, Azərbaycan həkimi güllə yağışı altında döyüş meydanından həm özümüzküləri, hətta həm də yaralı düşmən əsgərlərini daşıyır, özü də gülləyə, qəlpəyə, mərmiyə tuş gəlir, minaya düşür, şəhid, qazi olur. Və o da gün kimi aydındır ki, həkimlərin bunca fədakarlığı vətənpərvərlikdən və Hippokrat andına sadiqlikdən əmələ gələn məsələdir.
Mediatv.az xəbər verir ki,xəstə anasını müşayiət edən döyüşçümüzün Milli Hematologiya və Transfiziologiya Mərkəzində qarşılaşdığı hal onun şüurundakı səhiyyəmizin müqəddəsliyi haqda bütün müsbət stereotipləri alt-üst edir. Təsəvvür edin, analizin qiymətində ona yalnız 10 faiz (?) güzəşt düşdüyünü deyirlər və 58 manat əvəzinə 53 manat alırlar. Üstəgəl, bu gülünc güzəşt faizinin məhz TƏBİB tərəfindən müəyyənləşdirildiyini bildirirlər.
Çox təəccüblü, həm də məyusedici haldır, deyilmi?: Vətən uğrunda sinəsini sipər etmiş igid oğullarımıza, özü də məhz müharibənin yaşatdığı təşviş və həyəcanın fəsadından əziyyət çəkən əsgər analarına cəmi-cümlətani 10 faiz güzəşt edilir? Harda yazılıb, hansı qərarla qüvvəyə minib belə münasibət? Yoxsa, burda da lovxəbər Tarif Şurasının əli var? Hər halda redaksiya adından rəsmi sorğu məktubu ilə TƏBİB-dən bu məsələyə aydınlıq gətirilməsini xahiş edəcəyik.
İkinci ilginc məsələ pərişan olmuş döyüşçüyə onun analizə görə ödədiyi tibbi xidmət haqqının təsdiqi olaraq verilmiş “mədaxil qəbzi”nin “özəlliyi”dir. Maliyyəçi ekspertlərdən birinin rəyini öyrənmişik ki, publik hüquqi şəxs olan Mərkəzdən verilən həmin qəbzlə bərabər, ödəyiciyə kassa aparatından çıxan çek də təqdim olunmalı idi. Bu, dövlət vergi nəzarəti üçün vacib prosedurdur. Əks təqdirdə Mərkəzin mühasibatlığının nağd pul gəlirlərini uçotdan və vergidən yayındırması, mənimsəmələr üçün şərait yaranır.Döyüşçü odədiyi məbləğə görə kassa aparatından çıxmış çek tələb etsə də ona kassa aparatından çıxmış çek təqdim etmirlər və bildirirlər ki burada heç bir şəxsə kassa aparatından çıxmış çek təqdim olunmur.
Üçüncü ilginc məsələ isə, 2-ci Qarabağ döyüşçisi B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru ilə görüşüb etirazını bildirmək isdəyir.Direktorun köməkçisi bildirir ki,direktor şikayətçiləri ayda 1 dəfə qəbul edir.Qəbul vaxtı hər ayın 2-ci həftəsinin 1-ci iş günüdür, o da fevral ayının 15-nə təsadüf edir.Ged fevralın 15 -i gəlib etirazını bildirərsən.
Mövzuya qayıdacağıq.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024