Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-01-2021, 23:41)
Təhvil verilməmiş binaya sakinlərin köçməsinə kim icazə verib?

         
Mediatv.az xəbər verir ki Yanvar  4-dən 5-ə keçən gecə  MMC-nin Yasamal rayonu İsfəndiyar Zülalov 19 ünvanında inşa etdiyi 18 mərtəbəli binada yanğın baş verib. Yanğın qısa zamanda 18 mərtəbənin hamısını bürüyüb, internet, televiziya kabelləri yanıb külə dönüb. Yanğından iki gün keməsinə baxmayaraq, hələ də dəhlizlərdə nəfəs almaq mümkün deyil. Doğrudur, yanğında insan itkisi olmayıb, lakin binaya ciddi ziyan dəyib, sakinlər evlərini tərk etməli olub... Qış günü qazı olmayan binada işığın da kəsilməsi əsl faciədir. Bəri başdan qeyd edək ki, bina hələ təhvil verilməyib, amma sakinlərin yaşamasına icazə verilib. Hətta FHN də bundan xəbərdardır...  
           Yanğın baş verəndən 40 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə maşını hadisə yerinə gəlib və gec də olsa yanğının söndürülməsinə nail olublar. Lakin yanğının baş verməsi ilə bağlı heç bir araşdırma aparılmayıb, günahkarlar üzə çıxarılmayıb. Hətta o da məlum olub ki,  mərtəbələrdə ən adi yanğınsöndürmə avadanlığı, yanğın üçün nəzərdə tutulmuş su xətti də yoxdur. Amma FHN əməkdaşları gizli şəkildə ofisə baş çəkib çıxıb gediblər. Təbii ki, belə münasibət yeni daha ciddi “sınaqlara” yol aça bilər...
           Halbuki sakinlərin Mediatv.az-a bildirdiyinə görə,  binada yanğın əvvəldən gözlənilən olub, çünki binaya çəkilən elektrik kabelləri keyfiyyətsiz və dözümsüz olub. Üstəlik, binaya qaz verilmədiyindən xətlər hədsiz dərəcədə yüklənib, bu da yeni binada mənzil alan insanları çətin duruma salıb. Ən pisi isə odur ki, belə nəhəng qəzadan sonra rəhbərlikdən heç kəs sakinlərlə görüşməyib və qəza barədə onlara heç bir söz deməyib. Ona görə sakinlər şirkətə rəhbərlik edən “naməlum” Rauf barədə axtarışa çıxıblar. Nəhayət, uzunmüddətli zənglərdən sonra yeri-yurdu bəlli olmayan Raufla telefonla danışıblar və gözəgörünməz Rauf bir həftəyə binaya işıq veriləcəyini bildirib. Yasamal rayon İcra Hakimiyyəti isə artıq binanın yanğın baş vermiş hissəsinə elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı hesabat verib(?) Gəl, indi baş sındır! Nəyə inanasan gözünlə gördüyünə, yoxsa rəsmi dövlət strukturunun dediyinə!
           Ümumiyyətlə, bu binaları tikən “İnşaat konstruksiyaları” MMC əvvəldən müsbət imicə malik olmayıb. Prezident Aparatı onu haqqında ən çox şikayət gələn şirkət kimi təqdim edib. Eləysə sual doğur: necə olur ki, əhalinin ən çox narazı qaldığı bu şirkətə hamıdan çox pilot layihlər etibar olunur? Daha müəmmalısı isə həmin şirkətin Kaktus yaxınlığında inşa etdiyi binaların layihədə nəzərdə tutulduğundan bir neçə mərtəbə artıq olmasıdır. Məsələn, binanın 18 mərtəbəli olması nəzərdə tutulduğu halda, 20 mərtəbəyə çatdırılıb (2 mərtəbə artıqlaması ilə).  Çox qəribədir, gözdən tük qapan FHN bunları da görmək istəmir?
              Təbii ki, bu şirkətin fəaliyyəti ilə bağlı suallar çoxdur.  Məsələn, elə yanvarın 4-də yanğın baş vermiş 19 saylı binanın layihə üzrə 17 mərtəbəli olması nəzərdə tutulduğu halda, onun 18 mərtəbəyə çatdırılması heç kimi maraqlandırmır? Gərəsən, layihəni pozan və yaxud layihənin pozulmasına şərait yaradan dövlət orqanları yüzlərlə insanın taleyi ilə oynamaqlarının fərqində deyilmi? Belə görünür ki, yox! Əks halda yanvarın 4-dən 5-ə keçən gecə baş vermiş yanğına görə kimlərsə məsuliyyət daşıyardı!
            Təhvil verilməmiş binaya sakinləri kim buraxmışdır və niyə? O yanğın mənzillərə keçsəydi, çoxsaylı insan tələfatına kim cavab verəcəkdi? Bu və bir çox suallar!
          İnanırıq ki, yanğından sonra gizli şəkildə şirkətin ofisinə gəlib getmiş FHN əməkdaşları və Yasamal rayon İcra Hakimiyyəti bu sualları cavablandıracaq.
                                                                 Güney İbrahimi 
                                                                  (xüsusi müxbirimiz)шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024