Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (23-05-2018, 10:49)
İCRA BAŞÇISININ DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO

 Məlum olduğu kimi, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsindən uzaqlaşdırılandan sonra onu postunda əvəzləmiş cənab Sahil Babayev bir sıra kadr dəyişikliyi həyata keçirib. Dolaşan xəbərlərə görə, Nazirlikdə kadr islahatı davam edəcək. Mediatv.az saytının redaksiyasına daxil olan informasiyada bildirilir ki, vəzifədən alınacaq şəxslər arasında Dövlət Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə (Səlim Müslümovun dayısının kürəkəni), həmçinin Dövlət Sosial Müdafiəsi Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi, Səlim Müslümovun qaynı Ağalar Xasayev, həmçinin nazirliyin Nəsimi rayon sosial müdafiəsi mərkəzinin rəhbəri Əsgər Əsgərov (Səlim Müslümovun bacısının həyat yoldaşı) və digər vəzifəli şəxslərin də adları çəkilir. Lakin S.Müslümovun qohum-əqrəbası təkcə onun rəhbərlik etmiş olduğu nazirlikdə və onun struktur vahidlərində deyil, başqa mühüm postlarda da qərar tutublar. Onların sırasında əlbəttə ki, ilk növbədə sabiq nazirin dayısı Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev yada düşür. Ə.Seyidəliyev bacısı oğlunun nazir postundan kənarlaşdırılmasına bu cür münasibət bildirmişdi: "Cənab prezident kimi vəzifəyə qoyursa, yaxud da vəzifədən çıxarırsa, bu, onun məsləhətidir. Bu cür məsələlərə hörmətlə yanaşmaq lazımdır”. Hərçənd, Ə.Seyidəliyev unudur ki, "Mən xalqımın xidmətçisiyəm" deyən dövlət başçısı İlham Əliyevə hörmət, ilk növbədə özündə məhz xalqa vicdanla xidməti ehtiva etməlidir. Ə.Seyidəliyevin özünün və yaxın adamlarının əməlləri isə bu məqsəd və məramdan xeyli uzaq görünür. Başçının bir qardaşı Mirfətulla Seyidəliyev "Kapitalbank"ın Ağsu rayon filialına rəhbərlik edir. Onun sələmçilik fəaliyyəti rayon əhalisi arasında ciddi narazılıq doğurur. Ənvər müəllimin digər qardaşı Mirzail Seyidəliyev rayonda sözün əsl mənasında qoçuluq edir. Mirzalı Seyidəliyevin oğlu "Kapitalbank"ın Bakıdakı filiallarından birinə "yiyələnib". Qardaşoğlu ailə-məişət münasibətləri müstəvisində də nümunəvi deyildir. Belə ki, onun rayonda bir gənc xanımı yoldan çıxararaq, sonradan paytaxta aparıb qeyri-qanuni saxladığı Ağsuda az qala uşaqdan-böyüyə hamıya bəllidir. Ağsunun icra başçısı dövlət qulluğu mövqeyindən sui-istifadə edərək, topladığı haram kapital hesabına rayonun ən iri sahibkarına çevrilib. Əsasən nəhəng istixana biznesinə malik olan Ənvər bəy başqa sahibkarlara "göz verib işıq vermir", ixtiyarındakı inzibati rıçaqlardan öz şəxsi mənafeyi üçün istifadə etmək yolu ilə azad rəqabət prinsiplərini pozaraq yerli iş adamlarını bazardan sıxışdırır, idarə, müəssisə, təşkilat rəhbərlərinin boynuna aylıq "tasqa" qoyur.Mediatv.az-a verilən məlumata görə Ənvər Seyidəliyevin 2 ədəd 1,5 ha ərazisi olan istixanası fəaliyyət göstərir(şəkildəkinin biri hasarın içərisində olan hər bir şəraitli istixana,digər istixana  isə şəkildən aydın görünür) .Eyni zamanda Ağsu çörək  MMC icra başçısına məxsusdur. Başçının yaxın qohumu, rayon mərkəzi xəstəxanasını baş həkimi Şəhrəbanu xanım da aylardır xəstəxananın"qapısını açmır",necə deyərlər xəstəxananı "distant" idarə edir.Bir sözlə, müşahidə olunmaqdadır ki, S.Müslümov görəvdən alınandan sonra Seyidəliyevlərin Ağsululara çəkdirdiyi zülm "ərşə dirənib". Bu mənfi tendensiyanın dərinləşməsi ondan xəbər verir ki, Müslümovun qohum-əqrəbaları yaxın vaxtda vəzifələrini itirəcəklərini duyaraq, "çemodan əhval-ruhiyyəsi"ndədirlər və qalan az vaxt ərzində varidatlarını mümkün olan qədər artırmağa çalışırlar. 

 Ardı var

 İCRA BAŞÇISININ  DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO
İCRA BAŞÇISININ  DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO
İCRA BAŞÇISININ  DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO
İCRA BAŞÇISININ  DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO
İCRA BAŞÇISININ  DOSYESİ ARAŞDIRILACAQMI?-FOTO

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024