Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (13-02-2018, 14:45)
Sabiq başçının müdhiş biznes siyahısı-təfsilat

 

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi tanınan, Quba və Göyçayın keçmiş icra başçısı Mübariz Ağayev yenə də qalmaqalla gündəmə gəlib

Mediatv.az realmedia.az-a istinadən xəbər verir ki  Prezidentin onu vəzifədən çıxarmasından sonra Z.Məmmədovun qudasına etdiyi xahişi nəzərə alan kənd təsərrüfatı nazir Heydər Əsədov M.Ağayevə bir şöbə həvalə elədi.

Bilgilərə görə, nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini, Lizinq sektorunu müdiri olan M.Ağayev isə bu vəzifədə haray-həşir qoparıb.

Bəxtiyar və Mədinə adlı şəxslərdən Səbail rayon Polis İdarəsinə şikayət edən M.Ağayev bunu onların pul istəməsi ilə izah edib.

M.Ağayev faktı qaynar.info-ya təsdiqləyərək bildirib ki, sözügedən şöbənin əməkdaşları olan Bəxtiyar və Mədinə fevralın 7-də onun otağına girərək səs-küy salıblar.

Nəticədə sektor müdiri polisə müraciət etmək məcburiyyətində qalıb. Toplanmış materiallar araşdırılması üçün aidiyyatı üzrə Səbail RPİ-nin 39-cu polis bölməsinə göndərilib.

“Otağıma hücum edən şəxslər ana və oğuldurlar və eyni zamanda bizim şöbənin əməkdaşlarıdır. Gəlib məndən pul tələb ediblər və bildiriblər ki, xəstəmiz var, kömək elə.

Mən də onlara pul verməkdən imtina etdim. Dedim məndə pul var? Onlar da üstümə hücum çəkdilər. Mən də polisə şikayət etmək məcburiyyətində qaldım”.

Lakin hadisənin detalları incəliyinə qədər açıqlanmayıb. Şöbə işçilərinin sektor müdirindən pul istəməsi səbəbi, otaqda hay-küy salmalarının təfərrüatı xəstəllərinin olması ilə aydınlaşır.

Hər halda xəstəsinin müalicəsi üçün pul istəyən adamlar əsla qışqırıb bağırmırlar, əksinə, yalvararaq, sakitcə, xahiş edirlər.

Ancaq nazirliyin sektor müdiri öz əməkdaşlarından polisə müraciət dib. Utanverici, rəzil bir faktdır.

İki nəfər onun qəbuluna gələrək yardım istəyir, xəstəsi olduğunu söyləyib imdad diləyir, məmur isə onlara kömək etmək yerinə polisə verir.

Məmurlar tez-tez prezident İlham Əliyevin əsgərləri olduqlarını söyləyirlər. Di gəl ki, prezident ona müraciət edən, kömək diləyən vətəndaşları polisə vermir.

Heydər Əliyev Fondu, Prezidentin Ehtiyat Fondu hər zaman müalicəyə ehtiyacı olanlara köməklik göstərir, müalicə xərclərini qarşılayır. Amma M.Ağayev “məndə pul var?” deyib özünü yoxsul məmur kimi təqdim etməyə çalışır.

Bu xüsusda əldə etdiyimiz məlumatlara görə, M.Ağayevin “məndə pul var?” deməsi biznes obyektlərinin siyahısı açıqlanan yerdə sabun köpüyünə çevrilir.

Keçmiş icra başçısının Göyçay və Mingəçevirdə restoranları, çörək sexi, obyektləri fəaliyyət göstərməkdədir.

Obyektlərdən biri kimi Göyçay Çörək Kombinatıdır. Göyçayda işləyən zaman həmin kombinatı su qiymətinə özəlləşdirib. Hal hazırda isə vergi belə ödəmir.

Digər biri Göyçay Şadlıq Sarayının qarşısındakı çayxanadır. «Şirvanmest» deyilən ərazidə süni göllə əhatə edilmiş restoran da onundur.

Deyilir ki, Bakının ən bahalı və prestijli yerlərindən sayılan “Varovski”də Mübariz Ağayevin qiyməti 2 milyon manatdan artıq olan 3 mərtəbəli mülkü var.

Bundan əlavə olaraq BDU-nin yeni korpusunun yanında inşa edilən “novostroyka”da 300 kvadrata yaxın olan mənzilinin olduğu deyilir.

Göyçay rayonunda rəsmi olaraq başqa insanların adına sənədləşdirilən, əslində isə Mübariz Ağayevə məxsus olan onlarla mağazalar, iaşə obyektləri və şadlıq evi var.

Onu da deyək ki, M.Ağayevin Qubadan Göyçaya icra başçısı gətiirilməsi və bu vəzifədə qısa müddət qalmasının səbəbi MTN işi olub.

Sabiq icra başçısının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri onun Göyçayla vidalaşmasına səbəb olub.

İntihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev müsahibəsində də dolayısı ilə bu faktı təsdiqləyib. İsmayıl Əliyev bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib:

“Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən.

İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”.

 

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024