Goranboyda içində hərbçilərin olduğu minik maşını aşıb.

Mediatv.az xəbər verir ki, hadisə Şəfəq kəndi yaxınlığından keçən yolda baş verib. "Vaz" 2115 markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Qəza zamanı xəsarət alan 2 nəfər Gəncə xəstəxanalarından birinə çatdırılıb.

Onların hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.