Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (14-09-2021, 15:34)
“TAP tərəfdaşları nail olduqları uğurlarla fəxr etməlidir” - ABŞ səfiri

 "Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) istifadəyə verilməsindən sonra Avropada ilk iri enerji infrastrukturun yaradılmasına başlanılıb. Bu da xüsusilə ilə qeyri-Rusiya təbii qazının bazara gətirilməsi deməkdir".
Mediatv.az xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Cefri Payett Yunanıstanın Saloniki şəhərində keçirilən Cənubi-Şərqi Avropanın V Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, biz zamanlar bu kəmərin tikintisi və həyata keçirilməsi bir xəyal kimi görsənirdi: “Düşünürəm ki, artıq TAP tərəfdaşları, həmçinin Albaniya, Yunanıstan və İtaliya daxil olmaqla boru kəmərinin tikintisində nail olduqları uğurlarla fəxr etməlidir. TAP istifadəyə verilməsindən sonra Avropada ilk iri enerji infrastrukturun yaradılmasına başlanılıb. Bu da xüsusilə ilə qeyri-Rusiya təbii qazının bazara gətirilməsi deməkdir”.
Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.
2020-ci il dekabrın 31-dən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.
TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}