Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-01-2021, 15:50)
ABŞ Dövlət katibinin Avropaya səfəri ləğv olundu - Pompeo ilə görüşmək istəməyiblər

 ABŞ Dövlət Departamenti müddətini baş vurmaqda olan prezident Donald Tramp administrasiyasının son böyük xarici səfərini ləğv edib. Dövlət Departamenti yanvarın 12-də bildirib ki, dövlət katibi Mayk Pompeonun Brüsselə və onunla qonşu Lüksemburqa ikigünlük səfəri hakimiyyətin növbəti administrasiyaya “rəvan və qaydalı” şəkildə ötürülməsinə mane olmamaq məqsədilə qrafikdən çıxarılıb.
Yeni prezident seçilmiş Co Bayden vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq. Xəbər verilir ki, səfərin ləğv edilməsi yanvarın 6-da Konqres binasında baş vermis zorakılıqlara görə Trampın vəzifədən uzaqlaşdırılması cəhdlərindən sonra baş verir. Demokrat millət vəkillərinin təşəbbüsü ilə irəli sürülmüş bu məsələyə dair qətnaməyə səsvermə Nümayəndələr Palatasında yanvarın 12-də keçirilməliydi.
Pompeo Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq və Belçika liderləri ilə görüşməli, daha sonra Lüksemburqa qısa səfər etməliydi.
Bir Lüksemburq rəsmisi adının çəkilməməsi şərtilə AFP agentliyinə deyib ki, Pompeonun səfəri Lüksemburqun xarici işlər naziri Jan Asselborn Tramp barəsində “kriminal” və “siyasi piromanyak” (bilərəkdən yanğın törətməklə müşayiət olunan psixi pozğunluq - red) sözlərini işlədəndən sonra təxirə salınıb.
Pompeonun özü 3 noyabr seçkisində Trampın məğlubiyyətinə baxmayaraq prezidentin ikinci müddətə hakimiyyətdə qalacağını söylədiyinə görə tənqid olunur. Pompeo Konqresdə baş verən zorakılığı pisləsə də, Trampı dəstəkləməkdə davam edir.шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024