Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (15-09-2020, 16:55)
“Rusiya peyvəndi antikor istehsalını nümayiş etdirir”

 “Rusiyanın “Sputnik V” koronavirus peyvəndi lazımi təhlükəsizlik səviyyəsini və antikor istehsalını nümayiş etdirir”.
"Mediatv.az" xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Lancaster” Universitetinin molekulyar viroloji mütəxəssisi Dr. Muhammad Munir açıqlama verib.
““Lancet”də yayımlanan məlumatlara əsaslansaq, “Sputnik V” peyvəndi məqbul təhlükəsizlik səviyyəsini və dərin immunogen xüsusiyətini nümayiş etdirib. Araşdırmada iştirak edənlərin sayı nisbətən az olsa da, “Sputnik V”ni ümidverici bir namizədə çevirən xüsusiyyətlər var”,-deyə ingilis mütəxəssis qeyd edib.
Munir təkrar immunizasiya ilə mövcud immunitetin peyvəndin ikinci dozasının təsirini poza biləcəyi riskinin olduğunu, ancaq Rusiya istehsalı peyvəndin bunun qarşısını ala biləcəyini bildirib.
““Sputnik V”də olduğu kimi fərqli bir vektordan istifadə edilməsi bu problemin qarşısını alacaq”, -deyə Munir əlavə edib. Onun sözlərinə görə, peyvənd sınaqları qənaətbəxş aparılsa da daha yaxşı təşkil oluna bilərdi.
“Cinsiyyət bölgüsü və peyvənd sonrası nümunə götürülməsi daha yaxşı planlaşdırıla bilərdi, ancaq 18 ilə 60 yaş qrupu arasında aparılan testlər peyvənd sınaqlarının müsbət cəhətidir. Beləliklə, ümumilikdə bunun üçüncü mərhələ sınaqları üçün yaxşı bir başlanğıc və möhkəm təməl olduğunu deyə bilərik”,-deyə mütəxəssis yekunlaşdırıb.шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024