Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (7-06-2021, 17:01)
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO

Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO

Məktəb təhsil ocağı olmaqla bərabər, təlim-tərbiyyə ocağı da sayılır.

Övladlarımızın uğurlu gələcəyinə doğru gedən yol məktəbdən başlayır. Məhz buna görə də böyük həvəslə, böyük ümidlərlə onları ali "müəllim" peşəsinə sahib insanlara etibar edib, məktəbə yola salırıq.

Lakin, təəssüflər olsun ki, "müəllim" adını daşıyan insanların yalnız hansı peşəyə sahib olduğunu bilirik. Hansı əqidəyə sahib olduğundan isə bixəbərik. Əslində o ali peşəyə o qədər güvənirik ki, əqidələri barədə ümumiyyətlə düşünmürük.

Nə yazıq ki, son zamanlar artıq ən böyük təhlükələr məktəblərdə yaşanır. Buna şagird intiharları, şagirdlər arasında kriminal cinayət hadisələri və sair. misal göstərmək olar.

Amma, təəssüf ki, bunlarla da bitmir. Hətta şagirdlərə qarşı təcavüz, şagirdlərin gözü qarşısında müəllimin nalayiq ifadələr işlətməsi, onları kobud ifadələrlə təhqir etməsi faktlarına belə rast gəlinir.

Bu kimi faktlardan biri də Qusar rayon Piral kənd orta məktəbində yaşanıb.

Belə ki, bir qrup Qusar rayon Piral kənd sakinlərinin və Piral kənd tam orta məktəbinin müəllimi Mikayılov Kamran Gerasim oğlu tərəfindən ombudsman aparatına və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət ünvanıb.

Bir nüsxəsi də “DogruXeber.az” informasiya agentliyinin redaksiyasına daxil olan müraciətdə iddia edilir ki, Qusar rayon Piral kənd tam orta məktəbinin müəllimi Qasımov İkram Rubert oğlu dərsdə şagirdlərin gözü qarşısında qeyri-etik ifadələr işlədir, şagirdləri döyür, nalayiq ifadələrlə təhqir edir.

Hətta, müraciətdə o da qeyd edilir ki, İkram müəllim bir şagirdi ağacla döyərkən, qolunu sındırıb.

Bütün bunlar barəsində dəfələrlə sakinlər tərəfindən DİN-nin 102 Xidmətinə, Qusar rayon Polis Şöbəsinə, həmçinin Daxili İşlər Nazirliyinə, Təhsil Nazirliyinə şikayət ərizəsi ilə müraciət edildiyi də müraciətdə vurğulanır.

Müraciəti olduğu kimi təqdim edirik.

Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO


P.S: Müraciət barəsində qarşı tərəfin də mövqeyini dinləmək məqsədilə haqqında şikayət olunan Piral kənd tam orta məktəbinin kimya müəllimi İkram Qasımov ilə də telefon əlaqəsi saxladıq.
İkram müəllim haqqında qeyd edilən iddiaları təkzib etdi və bildirdi ki, "Mən əsəbi olmuşam. Yalnız "əclaf" sözü işlətmişəm. O da insanlıq halı, əsəbi olub demişəm. Kamran müəllim əvvəl bizdə direktor idi. O vaxt onun işdən çıxarılmasında mənim də iştirakım olub deyə, o mənimlə qərəz aparır.”

P.S.S: Daha sonra sözügedən məsələ barəsində Qusar rayon təhsilinə cavabdeh qurum olan Qusar rayon Təhsil şöbəsinin müdir əvəzi Yuzbəy müəllim ilə də telefon əlaqəsi saxladıq və Piral kənd tam orta məktəbinin müəllimi Qasımov İkram Rubert oğlu haqqında redaksiyamıza müraciət daxil olduğunu bildirdik.

Tabeçiliyində olan təhsil ocağında baş verən xoşagəlməz hallar barəsində fikirlərini soruşduq.

Yuzbəy müəllim sualımıza çox aqressiv şəkildə elə sualla cavab verdi:

- Bəli bu məsələ olub. Əlbəttə ki, biz də xəbərdarıq. Özümüz araşdırımışıq. Sizin bunu içtimailəşdirməkdə məqsədiniz nədir?
Təhsili biyabır eləmək istəyirsiniz?"

Qeyd: Elə bu yayımımız vasitəsilə həm Yuzbəy müəllimin, həm də ona bu sualına görə haqq verənlərin diqqətinə çatdırırıq ki, “DogruXeber.az” İnformasiya agentliyi adından da bəlli olduğu kimi yalnız doğru və əsaslı xəbərlərin ünvanıdır. Hər zaman da doğruları çatdırdığı üçün kifayət qədər izləyici auditoriyası toplayıb, izləyicilərinin də hörmətini qazanıb.

Biz bütün redaksiyamıza daxil olan məlumatlar barəsində həmişə qarşı tərəfi də dinləməyə, yayımlanan materialda hər iki tərəfin mövqeyinə yer ayırmağa çalışmışıq.

Ümumiyyətlə ölkəmizdə heç kimə qarşı qərəzli deyilik, heç vaxt da olmamışıq !

Qaldı ki, Yuzbəy müəllimin sualındakı “təhsili biyabır eləmək" kəliməsinə. Onu demək istəyirik ki, biz təhsildən deyil, təhsil ocağında baş verən biyabırçılıqdan danışırıq. Təhsili biyabır edən də elə məsuliyyətsiz, kiminsə, nəyinsə xətrinə bu boyda biyabırçılığa göz yumanlardır. Pandemiya ilə əlaqədar olaraq online keçirilən dərslər də təhsil sahəsindəki boşluqları, bəzi müəllim adını daşıyan savadsız, məsuliyyətsiz şəxslərin hər kəsdə acı gülüş yaradan videogörüntülərini də az izləmədik.

Əslində təhsil ocaqlarında və ümumiyyətlə təhsil sahəsindəki mənfilikləri sayacaq olsaq söhbətimiz uzun çəkər deyə davam etmək istəmirik.

Qayıdırıq Yuzbəy müəllim ilə dialoqumuza.

Biz:
- Yuzbəy müəllim, əvvəla diqqətinizə çatdırırıq ki, redaksiyamızda bütün telefon danışıqları qeydə alınır.

Yuzbəy müəllim:
- Bunu əvvəlcədən deyərdiniz də... (Elə Yuzbəy müəllimin bu cavabı da pərdə arxasındakı fəaliyyətinə güzgü tutmuş olur. Siz hər zaman obyektiv olmusunuzsa, danışıqların yazılmasının sizin üçün nə fərqi var?)

Biz:
- Söhbətimizə hələ indi başlamışıq. Qaldı ki, 21-ci əsrdir. Texnologiya inkişaf edib. Biz bunu deməsək də özünüz bilməlisiniz.
Biz sizin müvəqqəti rəhbərlik etdiyiniz Qusar rayon təhsilinin işçisi Piral kənd tam orta məktəbinin müəllimi Mikayılov Kamran barəsindəki müraciətlə bağlı fikirlərinizi bilmək istərdik.

Yuzbəy müəllim:
- Bizim də xəbərimiz var. Məsələ belədir ki, Kamran müəllim əvvəl həmin məktəbdə direktor işləyib. O vaxtdan İkram müəllim ilə aralarında konfliktlər var.

Biz:

- Nə üstündə yaranıb o konfliktlər?

Yuzbəy müəllim:
- Sizin bu sualınız o qədər mürəkkəbdir ki, telefonla demək olmur. Orda çox böyük proseslər olub. Hətta iş ali məhkəməyə qədər getmişdi. O konfliktdən sonra Kamran müəllim direktor vəzifəsindən çıxarılıb. Daha vəzifəsinə qayıda bilmədi. İndi onların bir yerdə işləməsi gələcək üçün təhlükə ola bilər. İndi ona görə biz istəmirik bu məsələlər işıqlandırılsın ki, sonra söhbət böyüməsin.
İkram müəllimin işini başqa məktəbə köçürəcəyik. Artıq əmrini almışıq.

Biz:
- Aydındır.
Bəs bir təhsil müəssisəsində müəllimin şagirdlərin qarşısında söyüş ifadələr işlətməsi nə dərəcədə doğrudur?

Yuzbəy müəllim:
- Təbii ki, doğru deyil. Amma, heç kim cinayətkar doğulmur. İnsandır da. Əsəbləşib, ağzından çıxıb. Özü də səmimi etiraf edir. Yaxşı da müəllimdir. İkisi də yaxşı müəllimdir, amma aralarında yaşanan xoş deyil. Nazirlikdən də bizə deyiləndə niyə bu məsələ hələ də bitməyib, biz cavab verə bilmirik.

Biz:
- Yuzbəy müəllim, sizin cavablarınızdan belə görünür ki, siz İkram müəllimə haqq qazandırmağa çalışırsınız. Özünüz qeyd etdiniz ki, konfliktlər yaşandı və Kamran müəllim vəzifəsindən azad olundu. Bəs necə olur ki, şagirdlər arasında nalayiq ifadələr işlədən, şagirdləri təhqir edən, şagirdi döyüb, qolunu sındıran İkram müəllim hələ də o məktəbdə çalışır?

Yuzbəy müəllim özündən çıxaraq, daha da aqressiv şəkildə,:
- Siz bunu yazsaz əlinizə nə keçəcək. Mən daha cavab vermək istəmirəm. Biz lazım olanda cəzalandırırıq da.

Biz:
- İkram Qasımov hazırda həmin məktəbin müəllimidir. Hansı cəza metodu ilə cəzalandırmısınız?

Yuzbəy müəllim:
- Heç bir cəza növü. Siz İkram müəllimin üstünə düşməklə nə demək istəyirsiniz? Məncə sizə bu qədər məlumat kifayətdir.
Jurnalistinizi göndərin burda alsın məlumatı. Siz məni hövsələdən çıxarmaqla nə demək istəyirsiniz?!
Biz işimizi artıq başa çatdırmış. Nə etmək istəyirsiniz buyurun eliyin. Məndən artıq şeylər soruşmayın. Cavab vermək istəmirəm daha sizə. Sağ olun." - deyib, telefonu söndürdü.

Maraqlıdır, Qusar rayon Təhsil şöbəsində müdir əvəzi olan Yuzbəy müəllimə rayondakı təhsil ocağında baş verənləri soruşmaq "artıq sual" hesab olunursa, o zaman biz Təhsil şöbəsinin səlahiyyətli nümayəndəsinə hansı mövzuda suallar verməliyik?

Yuzbəy müəllim görəsən hansı səbəbdən israrla suallarımızı İkram müəllimin üzərindən yayındıraraq, onu müdafiə etməyə çalışırdı?
Bu suallarımız isə yəqin ki, cavabsız qalacaq.

Qaldı ki, Yuzbəy müəllimin təhsil sahəsindəki fəaliyyətinə, hələ müdir əvəzi (yəni müvəqqəti icraçı) olaraq, çalışdığı sahənin nöqsanları həll etmək yerinə ört-basdır etməyə çalışırsa, tam səlahiyyət sahibi olarsa necə fəaliyyət göstərəcəyini təsəvvür etmək belə istəmirik.

Redaksiyadan: Biz valideynlərin, həmçinin Kamran Mikayılovun şikayətini və qarşı tərəfin mövqeyini olduğu kimi dərc etdik.

Qeyd: Qusar rayon İcra Hakimiyyətində, Qusar rayon təhsil sahəsində, həmçinin Piralkənd orta məktəbində baş verənlər barəsində növbəti yayımlarımızda daha geniş məlumatlar dərc edəcəyik. Həmçinin, Qusar rayon İcra Hakimiyyəti ilə Qusar təhsilinin səmimi bağlantılarını da təfərrüatı ilə diqqətinizə çatdıracağıq.

Ümid edirik ki, sözügedən məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılıb, müvafiq addımlar atılacaq.

DogruXeber.az

Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO
Qusar təhsilinin iç üzü: Şagirdlər önündə ədəbsizlik nümunəsi // FOTO

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024