Təhsil (14-09-2024, 09:13)
Azərbaycanda distant təhsilin diplomu niyə tanınmır? - “Yeni parlament...”
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “onlayn” formada təhsillə bağlı xəbərdarlıq edib.
Belə ki, bəzi kütləvi informasiya vasitələrində, eləcə də bəzi xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında vətəndaşlarımız qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” şəkildə müxtəlif xarici ölkələrin universitetlərində təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.
Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların diqqətinə çatdırır ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.
Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması), 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.
"Xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq", - müraciətdə qeyd olunub.
Maraqlıdır ki, Azərbaycanda niyə distant təhsil qanunla tanınmır? Bütün dünyanın distant və onlayn təhsildən faydalandığı zamanda bu məsələ ölkəmizdə niyə müzakirəyə çıxarılmır?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, xaricdə magistratura, doktorantura təhsili almaq üçün xüsusi şəbəkələr var:
"Peşəkar olsa da, xaricdə təhsil almağa istiqamətləndirən bəzi şirkətlər var ki, xüsusilə oğlanlara qarşı xüsusi kampaniya aparır. Belə ki, oğlanlara onlayn təhsillə hərbi xidmətdən möhlət hüququ alacaqlarını bildirirlər.
Milli Məclisdə bu məsələ 2 dəfə müzakirəyə çıxarılıb, lakin qərar qəbul edilməyib. Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununda distant təhsil anlayışı yoxdur. Ona görə də xaricə distant təhsil almaq üçün gedənlərin əksəriyyəti diplomlarını tanıda bilmirlər və onlara hərbi xidmət üçün verilən möhlət hüququ əllərindən alınır".
Təhsil eksperti bildirib ki, Azərbaycanda hələlin ancaq əyani və qiyabi təhsil mövcuddur:
"Buna görə də distant təhsil alanların diplomlarının tanınması ilə bağlı müraciətlər öz hüquqi əsasını tapmır. Ümid edirik ki, yeni seçilmiş parlament ilk iclaslarının birində bu məsələyə baxacaq. Çünki dünyanın əksər ölkələrində distant təhsil var və diplomlar da tanınır".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024