Təhsil (9-09-2024, 12:05)
BDU-da nöqsanlar iki təhsil ekspertini üz-üzə qoydu - TƏFƏRRÜAT
Hesablama Palatası Bakı Dövlət Universitetində 100-lərlə nöqsan aşkarlayıb. Tribunainfo.az bildirir ki, bu barədə təhsil eksperti Etibar Əliyev yazıb. Rəsmi məlumatda deyilir:
Universitet tərəfindən 2023-cü ildə müəllimlərin vəzifə maaşı kimi müəyyən olunmuş məbləğ Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının məbləğinə bərabər olmuş, bu zaman 2023-cü il üçün dinamika nəzərə alınmamışdır.
Universitetin müəllim-professor heyətinin əməyinin ödənişi ilə bağlı tətbiq edilən bu yanaşma son nəticədə elmi və pedaqoji fəaliyyətin motivə olunması istiqamətində müəyyən risklər yaratmışdır.
Əməyin saathesabı ödənişi sistemi də düzgün təşkil edilməmiş, prosesin bütün mərhələlərində nöqsanlara yol verilmişdir. Belə ki, saathesabı qaydada dərs deyən şəxslərlə Universitet arasındakı münasibətlər hər hansı formada tənzimlənməmiş, onlarla əmək müqaviləsi bağlanmamışdır.
Bir sıra kafedraların professor-müəllim heyətinin tərkibində elmi adı və dərəcəsi olan əməkdaş çalışmamış, ümumi kafedra sayının 81,0%-ində cəmi mühazirə saatlarının 27,6%-i, xüsusilə bakalavr pilləsini əhatə etməklə, saathesabı ödəniş əsasında elmi adı və elmi dərəcəsi olmayan əməkdaşlar tərəfindən tədris edilmişdir.
Dərs yükü normalarına əməl olunmaması, bir sıra hallarda xüsusilə elmi vəzifəsi və dərəcəsi olan müəllim heyətinin dərs yükündə auditoriya saatlarının az nəzərdə tutulması dərslərin keyfiyyətinə təsir edən risk amilləri olaraq qiymətləndirilmişdir.
Təhsil eksperti Kamran Əsədov Hesablama Palatası ilə razılaşmayıb. Onun sözlərinə görə, Hesablama Palatasının Bakı Dövlət Universiteti (BDU) ilə bağlı hesabatında qeyd olunan nöqsanlar reallıqdan uzaqdır və bir sıra yanlış təsəvvürlərə əsaslanır: “Əvvəla, BDU-da müəllimlərin vəzifə maaşlarının Dövlət Statistika Komitəsinin 2022-ci il üçün elan etdiyi ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqına bərabər olması məsələsinə toxunaq. Burada nəzərə alınmalıdır ki, universitetlərin maliyyə məsələləri dövlət büdcəsi ilə tənzimlənir və müəllimlərin maaşlarının hesablanmasında illik iqtisadi göstəricilərin dəyişkənliyi nəzərə alınır. Bununla belə, müəllimlərin əməkhaqqının müəyyənləşdirilməsində təkcə nominal rəqəmlər deyil, həmçinin universitetin daxili büdcə strategiyası və dövlət tərəfindən təyin olunmuş normalar da əsas götürülür.
İkincisi, saathesabı ödənişlərin düzgün təşkil olunmaması və əmək müqavilələrinin bağlanmaması ilə bağlı iradlar da yanlış təsəvvür yaradır. BDU-da saathesabı dərs verən şəxslərlə bağlanan əmək müqavilələri və onların əməyinin qanunvericiliyə uyğun şəkildə tənzimlənməsi məsələsi diqqət mərkəzində saxlanılır. Universitet, qanunla müəyyən edilmiş qaydalara uyğun olaraq, hər bir əməkdaşın hüquqlarını qoruyur və onlarla lazımi sənədlər bağlanır. Əgər bu sahədə hər hansı problem və ya nöqsan yaranıbsa, bu, sistematik yox, təcrid olunmuş hallardır.
Üçüncüsü, kafedralarda elmi adı və dərəcəsi olmayan əməkdaşların dərs deməsi ilə bağlı iddia da reallıqdan uzaqdır. Universitetlərdə tədris fəaliyyətində elmi dərəcəyə malik olmaq tələb deyil, lakin keyfiyyət və tədris nəticələri əsas göstəricidir. Müəyyən dərs yükü vəzifələrinə uyğun şəkildə təyin olunmuş müəllim heyəti tərəfindən icra olunur və bu işin keyfiyyətinə dair əsas göstəricilər tələbə nəticələri və tədris prosesinin effektivliyidir.
Hesablama Palatasının hesabatında qeyd olunan digər nöqsanlar da təhlil edilməli və kontekstual olaraq yenidən qiymətləndirilməlidir. BDU, ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olaraq, tədris və elmi fəaliyyətin keyfiyyətini qorumaq və inkişaf etdirmək üçün davamlı olaraq islahatlar həyata keçirir. Bu prosesdə zaman-zaman müəyyən çətinliklər və tənqidlər ola bilər, lakin bu, universitetin təhsil keyfiyyətinə sadiqliyini və mütərəqqi yanaşmasını kölgə altına almır”.
Ona cavabında isə Etibar Əliyev deyib ki, iradlarınızı Hesablama Palatasına bildirin: “Mən deputat olduğum dövrdə şahidi olmuşam ki, bu qurumun bütün hesabatları mötəbər xarakter daşıyır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024