Təhsil (16-04-2024, 15:18)
Bu il 700 bal toplayanların sayı çox olacaq
Mediatv.az DİM-ə istinadən xəbər verir ki, imtahan iştirakçıları arasında 39 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
Daha əvvəl martın 3-də keçirilən imtahanda isə 14 abituriyent 300 bal toplamaqla ən yüksək nəticə əldə etmişdi. Belə ki, ümumilikdə 3 və 10 martda keçirilən buraxılış imtahanında 53 şagird maksimum - 300 balı toplayıb. Bu, son illər buraxılış imtahanları ilə bağlı ən yüksək göstərici hesab olunur. Ekspertlər indiyə qədər belə rektord nəticənin qeydə alınmadığını söyləyirlər. Həmçinin bu il 700 bal toplayan abituriyentlərin sayının da ciddi şəkildə çox olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, ötən il 11-ci siniflərin buraxılış imtahanlarında maksimum – 300 bal toplayan olmayıb. 2023-cü ilin 5 və 12 mart tarixlərində keçirilən imtahanlarda ən yüksək nəticə 297.5 bal olub. 2022-ci ildə isə buraxılış imtahanlarında 2 nəfər maksimum nəticə əldə edib.