Təhsil (5-04-2024, 10:45)
Fuad Nəcəfli gələndən Naxçıvanda təhsilin də günü qara olub...
Bir neçə gün əvvəl dia-az.info olaraq məlumat verdik ki, Babək rayon Nehrəm qəsəbə sakinləri kütləvi etiraz aksiyasına hazırlaşır. Buna səbəb təmiri bir neçə ay öncə başa çatmış 3 saylı orta məktəbin istifadəyə verilməməsidir. Həmin məktəb üç ildən artıqdır ki, təmir adı ilə bağlanıb. Bu səbəbdən məktəbin yaxınlığında yaşayan 600-ə yaxın şagird kilometrlərlə aralıda olan başqa bir məktəbə gedirlər.
Qeyd edək ki, əslində anoloji hal büün Naxçıvan ərazisində yaşanmaqdadır və məhz Fuad Nəcəfli MR-nın rəhbərliyinə gələndən sonra bütün bunlar baş verir. Bu barədə dia-az.info-ya yazan Naxçıvan sakinlərinin gileyində deyilir:
"Son illər bu nə oyundur bilinmir, ilin ortasında məktəbləri təmir,adıyla bağlayırlar 2-3 il şagirdlər paylanır müxtəlif məktəblərə. Bu həm şagirdin sağlamlığına, biliyinə, maddi durumuna mənfi təsir göstərir,həm də onsuz da çoxu kasıb olan valideyinlər üçün çix ciddi problem yaradır. Məqsəd nədir? Gələcəyi məhv etmək, savadsız, xəstə vətəndaş yetişdirmək? Ölkədə bu qədər tikinti şirkəti var yay tətili zamanı sürətli təmir işlərin həyata keçirə bilməzlərmi? Necə olur gölləri, dərələri zibillərlə doldurub üstündə saysız binaları 1 aya tikə bikirlər, məktəbi təmir edə bilmirlər? Nədən ölkəyə, vətəndaşa ziyan vurulmalıdır? Hər kəs öz vicdanı ilə bacardığı qədər dövlətə, ölkəyə kömək etməlidir"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024