Təhsil (12-12-2022, 17:28)
Dövlət universitetlərində pullu təhsil niyə ləğv olunmur?
Ölkədə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələrində bir neçə ildir ki, dövlət sifarişli ixtisaslarla yanaşı ödənişli əsaslarla qəbul aparılır.
Dövlət ali təhsil müəssisələrində bu prosesə başladığında onunla əsaslandırıldı ki, ali təhsil ocağının maddi-texniki bazası möhkəmləndiriləcək. Bu gün ödənişli ali təhsil ocaqlarının da sayı kifayət qədərdir.
Ancaq dövlət ali təhsil müəssisələrinin ödənişli olması bimənalı qarşılanmır. Hazırda bir sıra xarici ölkələrdə dövlət universitetlərində ödənişli təhsilin olmadığı deyilir. Türkiyədə ümumilikdə 209 universitet-131 dövlət universiteti, 78 vəqf universiteti var. Həmin dövlət universitetlərinin bəzilərində ödəniş olsa belə, çox cüzi miqdarda olduğu deyilir.Ölkəmizdə isə bu rəqəmin kifayət qədər yüksək olduğu bildirilir.
Dövlət sifarişli ali təhsil müəssisələrində vətəndaşların ödənişli ali təhsil alması nə dərəcədə doğrudur və tamamilə ləğv edilə bilərmi?
Mediatv.az-ın məlumatına görə, təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, 2022-ci ildə bakalavr pilləsinə 51 min plan yeri ayrılıb, plan yerlərinin 51 faizi dövlət sifarişi, yəni pulsuz olub:
“Müqayisə üçün desək, 2018-ci ildə ali təhsil müəssisələrinin qəbul plan yerinin 31 faizi pulsuz idisə, hazırda 51 faizə qalxıb. Yəni ali təhsil müəssisələrinə qəbul olan tələbənin hər 2 nəfərdən biri pulsuz təhsil alır. Azərbaycanda pulsuz ali təhsil almaqla bağlı yanaşma digər ölkələrdən daha yaxşıdır.
Bu gün bizim ali təhsil müəssisələrimizə qəbul olmaq istəyən şəxslərin yüksək bal toplayanlarına dövlət pulsuz təhsil verir. Məsələn, I ixtisas qrupunda 19 min plan yerinin 15 mini pulsuzdur. Orada demək olar ki, pulluya qəbul olan olmur.
Yaxud IV ixtisas, yəni tibb ixtisasında 90 fazi pulsuzdur. Dövlət universitetlərinə yüksək balla necə ola bilər ki, eyni ixtisaslı mütəxəssis, məsələn, BDU-nun Tarix fakültəsinə pulsuz qəbul olur, eyni zamanda 200 balla Sumqayıt Dövlət Universitetində də pulsuz oxusun? Bu, doğru deyil. Azərbaycanda ödənişsiz ali təhsilə yanaşma tamamilə fərqli və müsbətdir. Ən yüksək bal toplayanlar dövlət sifarişli istədiyi universitetə gedib pulsuz oxuya bilir.
Məsələn, bir valideyn araşdırır ki, İqtisad Universitetində Kompüter mühəndisliyi, yaxud İnformatika təhlükəsizliyi ixtisası yaxşı deyil, ancaq Xəzər Universitetində yaxşıdır. O zaman həmin tələbə yüksək bal toplayıbsa, dövlət deyir ki, istədiyin yerdə get pulsuz təhsil al. Yəni, istər dövlət, istərsə də özəl olsun. Azərbaycanda ödənişsiz təhsilə yanaşma dünyada ən yaxşı nümunədir.
Məsələn, I ixtisas qrupunda 200 balla pulsuz da, ödənişli də oxuyanlar var. Biz buna yanaşmanı biliyin obyektiv qiymətləndirməsi istiqamətində etmişik. Məsələn, BDU-nun 24, ADİU-nun 18, ADPU-nun isə 18 min tələbəsi var və 3 universitet birlikdə 60 mindən çox tələbə edir.
Hamısı pulsuz olsa, dövlət kifayət qədər ədalətli olmayacaq. Yəni az balla da kimsə gedib orada oxuyacaq. Ancaq yüksək balla kimsə gedib özəldə pullu oxuyacaq. Azərbaycanda yanaşma tamamilə ədalətli və əlçatandır ki, kim yüksək biliyə malikdirsə, onlar ödənişsiz təhsili istədiyi ali təhsil müəssisəsində alırlar. Türkiyədə də belə deyil. Müəyyən plan yeri ayrılır və yüksək balla ora qəbul olurlar, digərləri ödənişli əsaslarla oxuyurlar.
Ölkədə 51 ali təhsil müəssisəsi var. 187 min ali təhsil müəssisələrinin bakalavr pilləsində, 60 min orta ixtisas təhsili müəssisəsində təhsil alanlar var. Hazırda ölkədə 130 min ödənişli əsaslarla təhsil alır. Sadəcə bizdə pullu təhsilin illik ödənişi yüksəkdir. Ancaq bir universitet tamamilə pulsuz olsun, bu ədalətli deyil. Kimsə dövlət universitetində 200 balla pulsuz oxusun, digəri 250 balla özəl universitetdə pullu oxusun, bu ədalətli deyil. İxisas qrupları üzrə ən yüksək bal toplayanlar pulsuz oxuyurlar”.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirdi ki, dövlət sifarişli yerlərinin sayı hər il artırılır:
“Artıq ali təhsil müəssisələrinə qəbul üzrə aparılan müsabiqədə dövlət sifarişli təhsil alanların sayı 50 faizə çatıb. Bu gün nəinki dövlət təhsil müəssisələrində, özəl təhsil ocaqlarında da pulsuz təhsil alanlar var. Dövlət ali təhsil müəssisələrində ödənişsiz təhsilin bərqərar olması dövlət büdcəsinin bu istiqamətdə mühüm pay ayırmasından asılıdır.
Hazırkı vəziyyətdə bunu etmək o qədər real deyil. Çünki dövlət Qarabağda quruculuq işlərinə başlayıb. Hər il onsuzda dövlət büdcəsindən təhsil sahəsinə müəyən qədər vəsait ayrılır. Bununla yanaşı həmin yerlədə məktəblərin, kolleclərin tikintisi əlavə xərclər tələb edir.
Bir neçə ildən sonra dövlət sifarişli qəbulu 50 faiz deyil, 65-70 faiz həddinə çatdıra bilərik. Dövlət başçısı tərəfindən tapşırıq əsasında hər il müəyyən qədər dövlət sifarişli yerlərin sayı artırılır. Ancaq qonşu Türkiyəni nəzərdə tuturuqsa, orada dövlət təhsil müəssisələrində ödənişli təhsil alanlar var. Avropa ölkələrində də eyni situasiyadır. Burada qəbul imtahanlarının şərtlərində belə bir proses formalaşdırmaq olar ki, dövlət sifarişli təhsil almaq istəyən şəxslərin sayı artsın.
Yəni müəyyən bir limit qoymaq olar ki, baryeri aşanlar dövlət təhsil müəssisəsində təhsil ala bilər. İkinci təhsil almaq istəyənlər, yaxud digərləri ödənişli əsaslarla təhsil ala bilər. Bu qarşıdakı dövrdə tənzimlənən prosesdir. Hazırkı dövrdə dövlət yalnız o addımı ata bilər ki, müəyyən qədər təhsil haqqlarında özəl və yaxud dövlət universitetlərinə tapşırıq verilə bilər və əhalinin maddi durumu, yaşayış səviyyəsini nəzərə alaraq illik təhsil haqları artırılmasın. Bütün universitetlərdə dövlət sifarişli təhsil alan tələbələrin olması real səslənmir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024