Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (9-12-2022, 17:57)
Masazırda məktəblinin döyülməsi ilə bağlı polis araşdırmalara başladı - AÇIQLAMA + YENİLƏNDİ


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Manset.az-a açıqlamasında bildirib ki, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində məktəblinin sinif yoldaşının atası və digər şəxslər tərəfindən döyülməsi ilə bağlı daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən təhqiqat araşdırması aparılır:
"Tərəflər polis orqanına  dəvət olunmaqla izahatları alınıb. Hadisə zamanı alınan xəsarətlərin dərəcəsini müəyyənləşdirmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma davam etdirilir".

12:32
Abşeron rayonu Masazır qəsəbəsində 8-ci sinif şagirdi Şirinov Məhəmməd Vüsal oğlunun vəhşicəsinə döyülməsi ilə bağlı detallar məlum olub.
Sinif yoldaşının atası və yaxınları tərəfindən döyülən azyaşlı "Stv xəbər"ə danışıb.
O bildirib ki, əvvəlcə sinif yoldaşı olan Ramazanla qəbiristanlıq tərəfdə dalaşıblar: "Əvvəlcə Ramazanla dalaşdıq. Məndən əl çəkmirdi, dalaşdım. Sonra atasına zəng etdi. Ramazanın atası, dayısı və iki nəfər məni döydülər. Mənə dedilər ki, səni betər günə qoyacağıq. Sonra kəllə vurdu. Özümü maşından çölə atdım. Dördü də məni döydülər".
Baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmalarına başlanılıb: "Zərərçəkən tərəfin izahatı alınıb və iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisəyə hüquqi qiymətin verilməsi üçün araşdırmalar davam etdirilir".шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
27 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024