Sosial (10-01-2015, 20:06)
Özünü yandıran gəncin intihar səbəbi açıqlandı - Rəsmi
Baş Prokurorluq yanvarın 8-də Yasamal rayonunda baş verən intihar hadisəsi ilə bağlı mətbuat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mediatv.az-ya daxil olan məlumatda bildirilir ki, yanvarın 8-də saat 12 radələrində Bakı şəhər sakini Kamran Ağayevin Yasamal rayonu ərazisində meyitinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilib, o cümlədən mərhumun ailə üzvləri və digər yaxın qohumları şahid qismində dindiriliblər. İlkin ehtimallara görə, K. Ağayevin intihar etməsinə səbəb onun idman-mərc oyunlarında uduzması ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi olub. Lakin intiharın səbəblərinin müəyyənləşdirilməsi istiqamətində digər fərziyyələr ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, yanvarın 8-də Yasamal rayonunda Mirzağa Əliyev 108 ünvanında sökülmüş evin otağında 1 kvadratmetr sahədə məişət tullantıları yanıb və 1 nəfərin yanmış cəsədi aşkar edilib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025