Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-01-2015, 20:27)
Bakıda cinayətkarın oğluna sədr postu verilir- Foto

Son illərin ən böyük mülkiyyət qalmaqalınən əsas qəhrəmanlarından olan Abşeron rayon Hökməli kəndinin sabiq bələdiyyə sədri Mirnemət Miradiyev barədə ilginc məlumatlar yayılıb. 

 

“Mediatv.az” aznews.az-a istinadən xəbər verir ki, “Sevil Massivi”ndəki qanunsuzluqlara görə haqqında cinayət işi açılmış və bu səbədən də vəzifəsindən azad olunan bələdiyyə sədri M.Miradiyev öz postuna oğlu Mirəziz Miradiyevi gətizdirir. 

Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Mirəziz Miradiyev Hökməli bələdiyyə üzvlüyünə namizəd olub və seçilən 11 nəfərin siyahısında onun da adı var. Məlumata görə, onun seçilməsi və yanvarın sonlarında keçiriləcək ilk iclasda sədr postunu tutması əvvəlcədən planlaşdırılıb. Bununçün bələdiyyəyə namizədlərin kimliyindən tutmuş onların toplayacaqları səslərə qədər hər şey dəqiqliklə hesablanıb. Bələdiyyə üzvlüyünə namizədliyini irəli sürnmüş şəxslərin əksəriyyəti illərdir bələdiyyə sədri işləyən M.Miradiyevin öz adamlarıdır. Məhz onların köməkliyi ilə bu ayın sonunda keçiriləcək sədr seçksində oğul Miradiyevin seçiləcəyi artıq qətiləşdirilib. Onun sədr postuna hazırlanması seçkidə topladığı səslərin sayında da özünü göstərir. Seçilənlərin SİYAHIsına baxdıqda görürük ki, o, 1398 səslə 11 nəfər arasında birincidir. Məlumatlı şəxslər bilir ki, sədr seçkisində adətən ən çox səs toplayan şəxs sədr seçilir. 

Xatırladaq ki, “Sevil Massivi”də aparılmış istintaq zamanı kooperativin təsisçisi Aynur Zeynalovun həmin kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda, Abşeron rayonu Hökməli bələdiyyəsinin sədri Mirnemət Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaqla həmçinin müəyyən edilib ki, "Sevil Massivi" MTK-nın məsul şəxsləri M.Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib.

İstintaqın bu qərarından sonra isə bələdiyyə üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda M. Mirsadiyevin bələdiyyə sədri vəzifəsindən çıxarılması barədə qərar qəbul olunub. Məlumatlı şəxslər iddia edir ki, M.Miradiyev oğlunu öz əvvəlki postuna gətirməklə əslində, özünün yarımçıq qalmış işlərini baş çatdırmaq, vəziyyətini daha da ağırlaşdıra biləcək saxta sənədləşdirmə işlərini ört-basdır etmək və nəhayət, sahibi olduğu ucsuz-bucaqsız torpaq sahələrini qoruyub saxlamağa çalışır.

Qeyd edək ki, M.Miradiyevin qanunsuz əməllərinə görə yüzlərlə məhkəmə işi açıq qalıb. Belə olan halda Abşeronun ən böyük kəndlərindən birini yenidən Miradəyevlərin əlinə keçməsi sakinlərin də ciddi etirazını doğurub.

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
21 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024