Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-12-2014, 18:29)
Gəncədə qanunsuz tikilmiş evlər sənədləşdirilir - Foto

Gəncədə yeni yaradılmış qəsəbələrdə infrastruktur layihələrin həyata keçirilməsi davam edir

 

"Mediatv.az" xəbər verir ki, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq 35 min əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yolunun çəkilişi, eləcə də qəsəbədaxili yolların, infrastrukturun yaxşılaşdırılması üzrə layihələrin həyata keçirilməsi davam edir. Bu gün Cavad xan qəsəbəsində qaz, işıq, su və kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar olaraq həmin infrastruktur layihələrin yeri müəyyənləşdirilib. Qəsəbədən keçəcək avtomobil yolunun üzərinə düşən qanunsuz tikililər sökülüb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Gəncə şəhər şöbəsinin müdiri Fədail Səlimovun verdiyi məlumata görə, şəhərin baş planına və şəhərsalma qaydalarına uyğun gəlməyən qanunsuz tikililər sökülür. Belə ki, qəsəbədə yolların eni 12 metr, baş yolların eni isə 16 metr olacaqdır. Digər qanunsuz tikilmiş evlər isə sənədləşdirilmək üçün qeydə alınır.
 
 

 



шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024