Sosial (8-12-2014, 18:21)
7 hakimi cəzalandırıldı
Azərbaycan Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Mediatv.az" xəbər verir ki, bu barədə virtualaz.org-a Şuradan bildirilib.
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiya və digər neqativ halların aradan qaldırılması ilə bağlı tapşırıqlarının icrası çərçivəsində həyata keçirilən tədbirlər, o cümlədən, bu məqsədlə məhkəmələrdə ardıcıl monitorinq və yoxlamaların keçirildiyi vurğulanıb, insanların haqlı narazılığını doğuran korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və sair qanun pozuntularına yol verən hakimlərin ciddi intizam məsuliyyətinə cəlb olunduğu bildirilib.
İclasda, icraatda olan intizam işlərinə baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqlarına görə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, həmin məhkəmənin hakimləri Fəqan Əhmədov və Şərafət Məmmədovaya töhmət verilməsi, məhkəmənin sədri Müseyib Hüseynova irad tutulması barədə qərarlar qəbul edilib, digər məhkəmələrdə keçirilmiş yoxlamalar nəticəsində bu kimi hallara yol vermələri aşkar edilmiş 3 hakim barədə intizam icraatları başlanılıb, məhkəmələrdə monitorinqlərin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025