Sosial (26-11-2014, 16:48)
Gəncədə 53.000 ağacəkmə kampaniyası davam edir
Gəncədə prezident İlham Əliyevin doğum günü münasibəti ilə keçirilən 53.000 ağacəkmə kampaniyası davam edir.
“Mediatv.az”-a daxil olan məlumata görə,Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalovun mətbuata verdiyi açıqlamada bildirilir ki, aksiyanın ilk günündən bu günə qədər şəhərdə 30.000-ə yaxın ağac əkilib: “Kütləvi surətdə davam edən ağacəkmə kampaniyası çərçivəsində hərgün ağac əkilir. Kampaniya Gəncənin hər yerini əhatə edir. Bu gün şəhərin Heydər Əliyev adına Park kompleksində davam etdirilən kampaniya çərçivəsində 4000 -ə yaxın ağacın əkilməsi nəzərdə tutulub. Kampaniya dekabr ayının 24-ə qədər davam edəcək”
Kampaniyada Gəncə şəhərində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri də iştirak edir.
Qeyd edək ki, aksiya zamanı əkilən ağaclara qulluq göstərilir və dibləri bərkidilir. Daha sonra ağaclar damcı suvarma sistemi ilə suvarılır. Bundan başqa əvvəllər əkilən ağaclara da aqrotexniki qulluğun göstərilməsi davam edir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025