Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-11-2014, 00:01)
Binədəki aksiyayla bağlı İcra Hakimiyyətindən- Açıqlama

Bu gün Bakıda, Binə qəsəbəsi “Sovxoz ərazisi” adlanan yaşayış massivində sakinlərin etiraz aksiyası keçirməsi rəsmi qurumlar tərəfindən təkzib edilir. 

 

Mediatv.az ın məlumatına görə, ucnoqta.az-ın əməkdaşı məsələ ilə bağlı Xəzər rayon icra başçısının birinci müavini Vaqif  Həsənovla əlaqə saxlayıb. İcra başçısının müavini isə deyilənləri təkzib etdi: “ Orda yolun təmiri ilə bağlı elə bir qarşıdurma olmayıb. Dünən müraciət etmişdilər. Biz indi onun üstündə işləyirik. Həmin yol təmirdədi. Ümumiyyətlə, BŞİH tərəfindən yolun çəkilişi başlanıb. Sakinlərin narazılığı yolun son nöqtəyə çatmaması ilə bağlı idi. Amma məsələ həll olundu”. 

İcra başçısının 1-ci müavini polislə sakinlər arasında qarşıdurma yaşanmasını birmənalı təkzib etdi. Aksiyada saxlanılanlarla bağlı isə, heç bir məlumat verə bilməyəcəyini bildirdi.

Qeyd edək ki, sakinlər aksiyaya səbəb kimi yağan yağışdan sonra yaşayış massivinə gələn yolların keçilməz həddə çatmasını göstəririlər. 

Yayılan məlumatlarda o da bildirilirdi ki, səhər saatlarında başlayan aksiya normal keçsə də, polislərin müdaxiləsindən sonra ara qarışıb. Məlumata görə, hər şeyin normal davam etdiyi vaxt polislərdən biri yaşlı qadını dəyənəklə vurub, suyun içərisində sürüməyə başlayıb, daha sonra isə cavanlar dözə bilməyib və polislərlə qarşıdurma yaranıb. Hətta aksiyaçıların dağılışmadığını görən polis hadisə yerinə əlavə qüvvələr də cəlb edib, saxlanılanlar var.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024