Sosial / Slayd (8-11-2014, 17:09)
Nazirin menecer qızı (FOTO)
Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...
Ümumiyyətlə, məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...
"Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.
Budəfəki təqdimatımız Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qızı Suad Qarayeva haqqındadır.
O Əbülfəs Qarayev ki, 5 gündən sonra ad gününü, 58 yaşını qeyd edəcək. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun, Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasının aspiranturasının, Rusiya İdarəetmə Akademiyası nəzdində menecerlik və marketinq kurslarının məzunu olan Əbülfəs Qarayev əmək fəaliyyətinə Saatlı rayonundakı orta məktəbdə ingilis dili müəllimi kimi başlayıb. Sonralar, 80-ci illərdə Azərbaycan komsomolunda və partiya işində müxtəlif vəzifələr tutan Qarayev 90-cı illərin əvvəlində özəl struktrda çalışıb.
1994-2001-ci illərdə gənclər və idman naziri,2001-2006-cı illərdə gənclər, idman və turizm naziri postunu tutmuş Əbülfəs Qarayev 2006-cı ildən indiyə kimi mədəniyyət və turizm naziri vəzifəsində işləyir.
Suad Qarayeva nazir Əbülfəs Qarayevin yeganə övladıdır. O, Londonun Ali İqtisadiyyat Məktəbinin Fəlsəfə və Dövlət Siyasəti üzrə magistraturasını bitirib. Daha sonra aparıcı investisiya banklarında maliyyəçi vəzifələrində işləyərək uğurlu karyera qurmağa nail olub. Bunun ardınca Suad Qarayeva Mərkəzi Sent-Martin Kollecində müasir incəsənəti tədqiq etməklə və sonradan Qlazqo Universitetində Kristis Təhsil Proqramı üzrə Aktual və Müasir İncəsənət üzrə magistr dərəcəsini almaqla incəsənət aləminə qədəm basıb. Hazırda Londonda yaşayan S.Qarayeva bu şəhərdəki məşhur "Sotheby's" Hərrac Evində layihə meneceri vəzifəsində işləyir. O, YARAT müasir incəsənət təşkilatının sərgilər və daimi kolleksiyalar üzrə kurator direktorudur.
Təməli 2011-ci ildə qoyulan YARAT qeyri-kommersiya özəl təşkilatı Azərbaycan müasir incəsənətinin milli və qlobal səviyyədə dəstəklənməsi və təbliği ilə məşğuldur. YARAT təşkilatının əsas məqsədi Azərbaycanda və ölkədən kənarda qeyri-kommersiya incəsənət təsisatları ilə dialoqun qurulması və təcrübə mübadiləsinin aparımasıdır. YARAT Təşkilatı həmçinin incəsənətlə bağlı təhsil təşəbbüslərinin və beynəlxalq proqramların dəstəklənməsi məqsədinin güdür.
YARAT-ın təsisçisi isə ölkənin birinci xanımı Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın qızı Aida Mahmudovadır./Modern.az/
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024