Sosial (6-08-2014, 13:17)
“Ermənistanın təxribatlarının nəticəsi ağır olacaq”
İKGF-nin Baş Katibi Türkiyənin aparıcı KİV nümayəndələrilə görüşdə cəbhədəki son hadisələrlə baglı sualları cavablandırıb.
“Ermənistan dünya güclərinin münaqişələrə ikili standartlarla yanaşmasından istifadə edir. Qəzzada baş verən hadisələrin eynisini Ermənistan Xocalıda törədib və dünya birliyi tərəfindən məsuliyyətə cəlb edilmədiyindən işgalçı siyasətini davam etdirir.”
“Yeni Şafak”ın məlumatına görə, bunu İslam Konfransı Gənclər Forumunun Baş katibi Elşad İskəndərov İstanbulda Qəzza hadisələrinə həsr olunmuş sosial media kampaniyası çərçivəsində keçirilən tədbirdə “Anadolu Ajansı” müxbirinin son günlər Ermənistan-Azərbaycan təmas xəttindəki hadisələrlə bağlı sualını cavablandırarkən bildirib. Toplantıya qatılan Türkiyənin aparıcı KİV nümayəndələrinin cəbhədəki son hadisələrin səbəbləriylə bağlı suallarını cavablandıran İKGF Baş Katibi qeyd edib ki, “Dünya birliyinin diqqətinin Qəzza hadisələrinə yönəldiyi bir vaxtda Ermənistanın bu təxribatı Azərbaycanı silahlı münaqişəyə sövq etməkdən ibarətdir”.
Ermənistanın təcavüzünün Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyinə qarşı yönəlmiş bir addım olduğunu bildirən E. İskəndərov bu günə qədər Ermənistanın BMT təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyini və dünya birliyinin ikili standartlarından yararlandığını vurğulayıb. Ermənistanın son təxribat hücumlarının nəticəsində Azərbaycanın verdiyi itkilərlə bağlı verilən suallara münasibət bildirən E.İskəndərov Türkiyə mediasının nümayəndələrinə şəhidlərimizlə bağlı verdikləri başsağlıqlarına görə təşəkkürünü bildirərək Azərbaycan ordusu tərəfindən erməni silahlı qüvvələrinin bütün hücümlarının dəf edildiyini xüsusi vurğulamışdır. “Son hadisələr bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu Ermənistanın istənilən təxribatına layiqli cavab vermək gücündədir. Təxribatlar davam edərsə Ermənistan bunun daha ağır bədəlini ödüyəcəkdir” deyə E.İskəndərov əlavə etmişdir.
Qeyd edək ki İKGF-nin sosial şəbəkələrdəki hesbında yayımlanan digər məlumata görə Türkiyə ictimai rəyində Ermənistan-Azərbaycan münaqişə xəttində baş verən son qarşıdurmalarla bağlı mövzuya artan marağı nəzərə alaraq E.İskəndərov həmçinin Türkiyənin “SkyTurk” kanalında qatıldığı xəbər proqramında da cəbhədəki son hadisələri şərh etmişdir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025