Sosial / İqtisadiyyat (6-05-2019, 16:30)
Sahil Babayev: Azərbaycan dövləti öz vəsaiti hesabına əhaliyə dəstək göstərir

Mediatv.az-ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev irsi və sosial siyasət” adlı konfranda çıxışı zamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, 1993-2003-cü illərdə müşahidə edilən çətinliklərə baxmayaraq, pensiya və müavinətlər səkkiz dəfə, orta aylıq əməkhaqqı altı dəfə artırılıb:
“Biz xaricdən alınan kreditlərin hesabına ölkəmizin əhalisinə dəstək olmuruq, Azərbaycan dövləti öz vəsaiti hesabına əhalisinə dəstək göstərir. Ölkəmiz yoxsulluq səviyyəsini 5 faizə endirən 29 ölkədən biridir.
Digər tərəfdən, Azərbaycanda müsbət demoqrafik artım baş verir. Ölkədə əhalinin illik artımı - doğulanların sayı dünyasını dəyişənlərin sayını 2,5 dəfə üstələyir”.
Nazir bildirib ki, Azərbaycanda artıq minumum pensiyanın məbləği yaşayış minumumunu üstələyir:
“Azərbaycan minimum pensiyanın məbləğinə görə MDB məkanında Qazaxıstanla birlikdə ilk iki yeri paylaşır. Eyni zamanda, bu il işlə təmin edilməsi nəzərdə tutulan 38 min nəfərin 94 faizi, başqa sözlə, 35730 nəfəri artıq müvafiq işlərə cəlb edilib”.
“Ölkədə əmək fəaliyyətinin leqallaşdırılması istiqamətində aparılan tədbirlərin səmərəsi ilin sonuna qədər daha da çoxalacaq. 2019-cu ilin birinci rübündə əlilliyin təyinatı halları ötən ilin müvafiq dövrünə nisbətən 55 faiz azalıb”, - deyə Sahil Babayev qeyd edib.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025