Sosial / Slayd (18-06-2014, 20:09)
Yeni rəis Tağı Əhmədovu belə qabaqladı - Qərar
İyunun 17-dən Bakı Metropolitenində qatarlar yay qrafikinə uyğun hərəkət etməyə başlayıb.
“Mediatv.az”ın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən bildiriblər ki, yay qrafikinə keçid sərnişin sıxlığının azalması ilə əlaqədardır. Belə ki, qış vaxtında metropolitendən təxminən 700 min sərnişin istifadə edirdisə, indi bu rəqəm 400-450 minə enib.
Məlumatda, həmçinin bildirilir ki, mövsümlə əlaqədar qatarlar arasında interval da artıb. Hazırda qatarlar sərnişinlərin sıxlığı nəzərə alınmaqla 4-6 dəqiqə intervalla hərəkət edir. Günün pik saatlarında isə hərəkət qrafiki qışda olduğu kimi qalır.
Qeyd edək ki, Tağı Əhmədovun metropoliten rəisi olduğu vaxtlarda Bakı Metropoliteni yay vaxtına adətən iyulun 1-dən keçirdi – yəni, tələbələrin yay semestr imtahanlarından sonra. 2013-cü ildə də bu, belə olub. Metropolitenin bu ilin fevralında təyin olunmuş yeni rəisi Zaur Hüseynov isə bu qərarı ilə T.Əhmədovu iki həftə qabaqlayıb. Çünki iyulun 1-nə hələ iki həftə qalıb.