Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (28-03-2017, 09:47)
Çoban şirkət sahibi olub, milyonçuya çevrilib - sensasion gəlişmə

Azərbaycanlı çoban şirkət sahibi olub, milyonçuya çevrilib
Qərb mediası “Azərbaycan Dəmir Yolları” QSC-nin adı qarışan korrupsiya cinayətini araşdırmaqda davam edir.

Mediatv.az:   İsveçin nəhəng nəqliyyat infrastrukturu şirkəti “Bombardier Transportation” Azərbaycanda dövlətin balansında olan dəmir yolu şirkətində siqnal sisteminin quraşdırılması layihəsində 56.8 milyon dollar paya sahib olub. “OCCRP”nin (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) reportyorları bu şirkətlə bağlı araşdırmaları çərçivəsində böyük bir korrupsiya sxemini üzə çıxarıblar.

“OCCRP” reportyorlarının Azərbaycanda gerçəkləşdirdikləri araşdırmalar zamanı bəlli olub ki, 56.8 milyon dollarlıq paya sahib olan şirkətin sahibi ölkəmizin İranla sərhədyanı kəndində yaşayan sadə bir kəndçidir. Həyətində toyuq-cücəsi də kəm deyil. 44 yaşlı elektrik Elxan Əliyev Bakıdan 250 kilometr uzaqlıqda, İranla sərhəddə kənddə sadə fermer həyatı yaşayır. Bu şəxs kağız üzərində Kanada, İsveç, Rusiyanın tanınmış şirkətləri, eləcə də Azərbaycan hökuməti ilə güclü siyasi əlaqələri olan “Trans-Siqnal-Rabitə” MMC-nin sahibidir.

2013-cü ilin əvvəllərində heç bir yerdə adı olmayan “Trans-Siqnal-Rabitə” MMC “Azərbaycan Dəmir Yolları” QSC ilə 340 milyon dollarlıq müqaviləni udmaq üçün İsveçin nəqliyyat infrastrukturu nəhəngi “Bombardier Transportation AB” və onun Rusiyadakı törəmə şirkəti ilə konsorsium yaradıb. Bu irimiqyaslı layihədə Asiya ilə Avropanı birləşdirən beynəlxalq nəqliyyat dəhlizinin Bakı-Böyük Kəsik dəmir yolu xətti hissəsində 503 km boyunca siqnal sistemi quraşdırılması nəzərdə tutulurdu.
“Düzünü desəm, mən bu şirkətin sadəcə təsisçisiyəm. Mənim bu şirkəti idarə edənlərlə bir əlaqəm yoxdur. Bu haqda danışa bilmərəm. Mən heç nə bilmirəm” - Elxan Əliyev reportyorlara belə deyib.

Onun yaşadığı evi jurnalistlər belə təsvir edirlər - suyu giriş qapısının çölündəki qaz sobasının üzərində qaynadılan, toyuqların qaqqıldadığı və həyətinin arxasında inəklərin ot yediyi - sadə kəndli evinə baxanda bu rəqəmlərə inanmaq çox çətindir.

Reportyorlar Əliyevin evinə baş çəkəndə anası qapını açıb və üzr istəyərək deyib ki, oğlu kənddəki tibb məntəqəsində işdədir. Elxan Əliyev bu şirkətin çoxmilyonluq dollar sövdələşmələri həyata keçirməyindən xəbərsizdir.

Sövdələşməyə əsasən, “Trans-Siqnal-Rabitə”nin payı 44 mln AZN (o zamankı məzənnə ilə 56.8 mln dollar) idi. Görüləcək işlərə qatarların yolboyu monitorinqinin aparılmasına şərait yaradan və nəqliyyat nəzarət mərkəzi ilə əlaqəni təmin edəcək fiber-optik kabellərin, siqnal ləvazimatlarının quraşdırılması daxil idi. “Trans-Siqnal-Rabitə” MMC-nin arxasında duran və gəlir əldə edərək varlanan real güc isə gizli saxlanılır. Amma “OCCRP” şirkət haqqında məlumatları nəzərdən keçirəndə məlum olub ki, şirkət “Azərbaycan Dəmir Yolları” QSC-dəki şəxslərlə sıx bağlıdır. Faktiki olaraq 340 mln. dollarlıq tenderdə 56.8 mln. dollarlıq pay “otkat” kimi həmin güclü şəxslərə ötürülüb.

Hüquqşünas və iqtisadçı ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, üzə çıxarılan çoxmilyonluq dollar mənimsənilməsi adi korrupsiya cinayətidir və Azərbaycanın hüquq-mühafizə orqanları məsələni araşdırmalıdır: “Burada Elxan Əliyev sadəcə, qurbandır. Onun adından istifadə ediblər. Düşünməyiblər ki, jurnalistlər gedib onu tapar, böyük bir maxinasiyanın, korrupsiyanın üstünü aça bilərlər. Əlbəttə ki, onu da hüquq-mühafizə orqanları çağırıb sorğulamalı, həmin şirkəti kimin təşəbbüsü ilə adına yaratdığını öyrənməlidirlər. Bu yolla bütün korrupsiya sxeminin arxasında dayanan, həmin sxemi çəkən, idarə edəni müəyyən edə bilərlər. Bu halda bilinər ki, 56.8 milyon dollar kimin cibinə axıb. Azərbaycanda belə məsələləri araşdırmaq elə də çətin deyil. Hamı bilir ki, hansı şirkətin arxasında kim dayanır. Lazım olanda kölgədə qalanı üzə çıxarmaqda çətinlik çəkmirlər. Burada söhbət çoxmilyonluq korrupsiyadan gedir və bununla Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məşğul olmalıdır. Çağırıb Elxan Əliyevi dindirməlidirlər. Vaxtilə Zülfüqarlı qardaşlarının əmlakları əllərindən alınıb, Lerikin dağ kəndindən olan bir çobanın adına rəsmiləşdirilmişdi. O dövrdə yerli media bu məsələnin üstünü açdı, bilindi ki, çoban bisavaddır və adına böyük zavodların olmasından xəbərsizdir. Ona, sadəcə, ayda 200-300 manat maaş veriblər. Yəni Azərbaycanda belə hallar əvvəllər də olub”.

Ə.Həsənov deyir ki, Azərbaycanda gələcəkdə belə halların təkrar olunmaması üçün maliyyə amnistiyasının verilməsi vacibdir: “Deyilməlidir ki, bu günə qədər oğurlanan pullara amnistiya verilir. Bundan sonra büdcədən pul oğurlayanlar isə çox ciddi şəkildə cəzalandırılacaq, əmlakları müsadirə ediləcək. Belə olmasa ölkədə korrupsiya cinayətlərinin qarşısını almaq çətin olacaq. Hər yeni yaradılan nəzarət qurumu əlavə korrupsiya cinayətinə yol açır, korrupsiyanın miqyasını daha da böyüdür. Korrupsioner bir yoxlayıcını yola salmaq üçün 5 manat xərcləyirsə, hər ikisinə nəzarət edənə - həm yoxlayıcıya, həm də yoxlanan quruma - 5 yox, 15 manat verməli olur. Nəticədə büdcədən 10 manat deyil, 30 manat oğurlanır. Bu gün Azərbaycanda olan böyük bizneslərin sahiblərinin əksəriyyəti ilkin kapitallarını düz yolla qazanmayıblar. Ümumiyyətlə isə bütün dünyada ilkin kapital həmişə şəffaf olmayıb. Çıxış yolu kimi Maliyyə Amnistiyası verilib. Azərbaycanda da gec-tez belə bir amnistiya verilməlidir ki, əllərində böyük maliyyə cəmləşdirən məmurlar kölgədən çıxsınlar, lerikli çobanın, İranla sərhədyanı kənddə yaşayan fermerin adına şirkət rəsmiləşdirməsinlər. Tenderə öz adları ilə qatılıb dövlətə xeyir versinlər. Əks təqdirdə, belə halların davamı gələcək. Bu dəfə ”Azərbaycan Dəmir Yolları" QSC-nin adı hallanırsa, gələn dəfə başqa bir dövlət qurumu oxşar korrupsiya cinayətində əsas fiqurant olacaq".

Ekspert deyir ki, ümumilikdə Azərbaycanda dövlət büdcəsindən ayrılan vəsaitlərə nəzarət mexanizmi şəffaf deyil. Büdcə pullarına ictimai nəzarət sıfırdır: “Büdcə vəsaitinə nəzarət etmək üçün yaradılan qurumlar nəzarəti həyata keçirə bilmirlər və ya bunu etmək istəmirlər. Belə qurumaların əvəzinə bir sayt yaradılsın və həmin sayta büdcədən ayrılan vəsaitlərin necə xərclənməsi haqda məlumatlar yerləşdirilsin. Məsələn, ”X" rayonundakı icra hakimiyyəti büdcə vəsaiti hesabına alınan malları haradan, neçə alması haqda ayda 1-2 dəfə məlumat yerləşdirsin. Bu gün büdcədən maliyyələşən elə təşkilatlar var ki, adi 30-40 qəpiklik qələmi 3-4 manata rəsmiləşdirirlər. Yəni qiymətlər elə şişirdilir ki, buna heç bir dövlətin büdcəsi davam gətirməz. Bu baxımdan, “Azərbaycan Dəmir Yolları” QSC-də baş verən böyük korrupsiya cinayəti də adi haldır. Nə qədər büdcə vəsaitlərinin xərclənməsi örtülü bazar olacaqsa, belə hallar da var olacaq".

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC Dünya Bankından irimiqyaslı dəmiryol infrastruktur layihələri üçün 2 milyard dollar - 670 milyon dollar həcmində iki dəfə kredit də daxil olmaqla - kredit götürüb. Azərbaycan hökuməti və dövlət neft şirkətin olan SOCAR-dan bu yöndə yüz milyonlarla dollar ayrılıb. Azərbaycan Türkiyəyədək uzanan Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstana düşən hissəsini maliyyələşdirdiyindən investisiyalar Gürcüstana da yönləndirilib.

“Bombardier”in təqdim etdiyi tender düzəlişlərində “Trans-Siqnal-Rabitə”güclü biznes şirkəti kimi təsvir olunur. Həmin sənədlərdə şirkətin Bakıda ofisinin, yüksək ixtisaslı işçi heyətinin, Azərbaycan və qonşu Gürcüstanda siqnal quraşdırmaq sahəsində təcrübəsinin olduğu deyilir.

“OCCRP”nin reportyorları tenderlərlə bağlı məlumat bazasında “Trans-Siqnal-Rabitə” MMC-nin adına rast gəlməyib, nə şirkətin tarixi haqqında, nə də şirkətin rəsmi internet səhifəsi daxil olmaqla, biznes fəaliyyəti haqqında məlumat tapılıb. 
Amma 2016-cı il noyabrın 11-də Prezident Administrasiyasının rəsmi orqanı olan “Xalq qəzeti” elan dərc edib: “Trans-Siqnal-Rabitə” MMC-nin 2007-ci ildən 2013-cü il daxil olmaqla, bütün mühasibat sənədləri itdiyi üçün etibarsız sayılır. Sənədləri tapan şəxsi mükafat gözləyir".

“OCCRP”nin reportyorları ofisi tapmaq və icraçı şəxslərlə görüşmək ümidi ilə Azərbaycanda “Trans-Siqnal-Rabitə”nin rəsmi qeydiyyatda olduğu Qaradağ rayonunda - Bakının Lökbatan qəsəbəsinin 28 May küçəsində olublar. Onlar həmin ünvanda köhnə, yamaqlı, peyk antenlərinin quraşdırıldığı və paltar qurutmaq üçün çoxlu iplərin bağlandığı binaya rast gəliblər. Orda 56.8 milyon manatlıq bir sövdələşməni udan şirkətin ofisindən əsər-əlamət olmayıb.

Göründüyü kimi, Qərb mediası bu korrupsiya işinin izini buraxmır. Bu araşdırmalar “Azərbaycan Dəmir Yolları” QSC-yə qədər uzanır və hələ ki izlər orada itir. Böyük korrupsiya cinayəti isə ortalıqdadır və araşdırılmalıdır.

Xatırladaq ki, 56 milyonluq korrupsiya faktı Arif Əsgərov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri olduğu dövrlərdə baş verib. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024