Sosial / Slayd (8-02-2017, 11:10)
Arzuman Əliyevin çoxsaylı daşınmaz əmlaklarına niyə həbs qoyulmadı? - ŞİKAYƏT VAR
Mediatv.az: Bakı (Az 1053) Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev7/19,mən.,141- ünvanda yaşayan Məmmədova Gülsüm Əsgər qızı tərəfindən DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narazı vətəndaş yazır:
"Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə işinə baxılan Arzuman İsa oğlu Əliyev 11 noyabr 2016-cı il tarixində 11 il müddətinə azadlıqdan məhrum edildikdən sonra Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şikayət hazırda sədrlik edən hakim İlqar Murquzovun icraatında baxılmaqdadır.
Mərhum həyat yoldaşım Məmmədov Vahid Rza oğlu 2015-ci ilin əvvəlində Naxçivan şəhərində ona məxsus olan mülkü satıb 50000 (əlli min) manat pul düzəltmişdi ki, Bakıda dolanmaq üçün bir iş qursun. Elə bu arada Vahidin dostu diplomatik nümayəndəliklərdən birinin rəhbəri olan şəxslə söhbət əsnasında məlum olur ki, onun “VİKTORİYA-313” Mənzil Tikinti Kooperativin rəhbəri olan həmyerlisi (əslən Naxçivandan olan) Arzuman Əliyevlə işbirliyi qurmasını məsləhət görür. Vahidin dostu qeyd edir ki, Arzuman həm də geniş əlaqələrə və biznesə malik adamdır. Hazırda onun MTK-sının tikintisində bir az maliyyə sıxıntısı var ki, o özü maraqlıdır ki, pul tapıb binaları vaxtında təhvil versə xeyli qazanc əldə edəcəkdir. Hər üçü görüşüb razılaşırlar ki, Vahid əlində olan nağd 50000 manatı Arzumana versin ki, o da MTK-nın sifarişi əsasında gətirilmiş 70 ton armaturu alıb tikintini davam etdirsin. Arzuman hətta Vahidi verdiyi pulun əvəzi olaraq tam arxayın salmaq üçün ona tikilməsi nəzərdə tutulan 1-ci binanın 1-ci blokunun 2-ci mərtəbəsindən 101,16 kvadrat metr sahəsi olan mənzilin ona verilməsinə dair 11mart 2015-ci il tarixində MTK-nın satış müdiri olmuş əmisioğlu Əliyev Vüqar Allahverdi oğlunun adından müqavilə də bağlayıb təqdim edir. Aradan bir müddət keçməmiş A.Əliyev saxlanılır və barəsində istintaq araşdırması gedir. Sonradan bizə məlum olur ki, Arzuman Əliyev 2013-cü ildən sonra aldatdıqları qohumu və iş adamları olan Rüfət Vəliyev, Nazim Tahirov, Elbrus Məmmədov və Etibar Kərimova qarşı törətdiyi dələduzluq faktları ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində dələduzluq maddəsi üzrə cinayət işi başlanaraq istintaqa cəlb edilir. Elə bu səbəbdən onun “VİKTORİYA-313” MTK-dakı işləri dayanır. Prokurorluğun apardığı istintaq zamanı məlum olur ki, həqiqətən də Rüfət Vəliyev SOCAR-da hüquq şöbəsinin rəisi təyin olunmaq arzusu ilə tanıdığı və qohumlarının işbirliyində olduğu
Arzuman Əliyevə rüşvət kimi 50 min manat, yəni 62 min ABŞ dollarından artıq pul verir və aldadılır. Etibar Kərimov isə qohumu olan Arzuman Əliyevin yağlı vədlərinə inanıb ucuz ev almaq eşqinə düşür və ona 230 min manat verir, o da aldadılır. Nazim Tahirov və Elbrus Məmmədov isə hər ikisi Arzuman Əliyevlə biznesə girişirlər və Arzuman Əliyevin onlardan dəmir boruları bazar qiymətindən 10 faiz artığına alacağına inanıb aldanılmaları sübuta yetirilir. Arzuman Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə ittiham olunur. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Arzuman Əliyev haqqında AR CM 178-ci maddəsi ilə, yəni dələduzluqda ittiham olunması ilə bağlı iş 1 ildən artıq davam etsə də nəticədə aldatdığ sahibkarları və məhkəməni sonda razı salacağıilə bağlı vədlərinə əməl etmir. Hakim sonda Arzuman Əliyevi 11 il müddətinə azadlıqdan məhrum edir.
Rəhmətlik yoldaşım Vahid Arzumanın təhlükəli dələduz olmasını bildikdə bərk sarsılır. Vahid çalışır ki, Arzumana verdiyi pulu geri alsın. Amma nə qohumları, nə də özü pulun hamısını deyil, yalnız hissə-hissə verə biləcəklərini bildirirlər. Vahid bir neçə dəfə Arzumanla onun MTK üzrə digər şəriki olan Nizamilə birlikdə görüşüb məsələni müzakirə edirlər. Lakin hər dəfə Arzuman yalan vədlər verməkdən başqa heçnə etmir. Bu ilin əvvəlində, yanvarın 20-dən sonra Vahid Arzumanla əlaqə saxladı və evə çox narahat gəldi. Yanvarın 26-da Vahid yatdığı yerdə, qəfil beyin insultu keçirərək dünyasını dəyişdi. O idmançı idi. Günaşırı idmanını davam etdirirdi. Heç vaxt xəstəliyi olmamış və müalicə almamışdır. Sadəcə Arzumanın digərləri kimi onu da açıq-aşkar etimadından süi-istifadə edərək aldatmasını heç cürə qəbul edə və bağışlaya bilmirdi. Fakt ondan ibarətdir ki, Arzuman dələduzluğuilə Vahidin ölümünə səbəbkar oldu.
Məsələilə bağlı oğlum Nihad Məmmədov məşğul olur. Arzuman onu da yalan vədlər verməklə süründürməyə başlayır. “VİKTORİYA-313” MTK-nın digər şəriki olan Nizami müəllim də qeyd edir ki, MTK-nın büdcəsini Arzuman tam dağıdıb. Pul yoxdur və Vahidin ailəsinə 50000 manatı qaytara bilmərik. Arzuman reallıqda tikilib istifadəyə verilən 2-ci binanın mənzillərinin hamısını və tikilməkdə olan 3-cü binadakı mənzillərin də çoxunu satıb pullarını kassadan götürüb mənimsəmişdir. Yəni, bu adam qoyduğu mayadan da artıq pul götürüb və indi o MTK-ya haradsa 1,5 (milyon yarım pul borcu var) Qalan mənzillərdən də bəzilərini vəd verdiyi adamlara və doğma bacısına hədiyyə edib. O “VİTORİYA-313” ü çıxılmaz vəziyyətə salıb. Pul verib mənzil gözləyən vətəndaşlar da gördülər ki, Arzuman həbs olunub, binalarda
gedən işlər dayanıb, başladılar şikayətlər etməyə. Budur, iki dəfə məsələ Abşeron rayon Prokurorluğunda araşdırılıb. Birtəhər işi yoluna qoymuşuq ki, biz binanı tikib şikayətçilərə təhvil verəcəyik. İndi ordan-burdan pul tapıb tikintini davam etdirirk. Biz necə Vahidin ailəsinə pul verə bilıərik.Bizdə bu iş üçün verəsi və ya qaytarası bir qəpik də pul yoxdur. Bu arada oğlum məsələni “VİKTORİYA-313” MTK-nın ofisində araşdırdığı zaman məlum olur ki, atası Vahidin adına müqavilədə qeyd olunan binanın heç tikintisinə başlamayıblar. Və iş fundament qazıldıqdan sonara dayandırılb. Yəni, aydın olur ki, Arzuman Əliyevin bizə 101 kv.m sahəsi olan mənzillə bağlı müqavilə də saxta imiş. Müqavilənin şərtlərində qeyd edilən öhdəliklərin heç biri “satıcı” adlanan tərəfdən yerinə yetirilməyib. Yəni, A.Əliyev ərim Vahidin etimadından süi-istifadə etməklə ona məxsus əmlakı 50000 manat pulu qaytarmaq və ya əvəzində mənzil vermək kimi sövdələşməsinə əməl etməyib. O bizim ailəyə qarşı dələduzluq törədib külli-miqdarda əmlakımızı mənimsəmişdir.
Son vaxtlar Arzuman Əliyev yenə də bizimlə tez tez əlaqə saxlayaraq pulunun və ya mənzilin reallıqda veriləcəyi vədlərini versə də biz artıq son aylar deyilənlərin təsdiqini görmədik. Bu sadəcə dələduzluğu sübuta yetirilən Arzumanın indi məhkəmədə işinin ağırlaşmaması üçün seçdiyi bir taktikadır. O ümid edir ki, bizi aldadıb yola verməklə pul gücünə canını məhkəmədən qurtaracaq. Və sabah harasa qaçıb gedəcək. Amma o yanılır. Biz inanırıq ki, hüquqi dövlətdə yaşayırıq və hüquqlarımız qanunvericilik əsasında qorunacaqdır.
Mətbuatın verdiyi məlumata görə məlum olur ki, Arzuman nəinki şəriki olduğu “VİKTORİYA-313”MTK-da , hətta 2007-ci ildən sonar SOCAR-ın adından istifadə etməklə biznes adamlarına qarşı irimiqyaslı dələduzluq əməlləri törətmişdir.Belə ki, , Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinin müstəntiqi Nazim Rəşidovun məhkəməyə təqdim etdiyi ittiham aktında göstərilib ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) yaxınlığı ilə tanınan Arzuman Əliyev və onun həmyerliləri hələ 2007-2008-ci illərdə həyata keçirdikləri dələduzluq əməlləri nəticəsində yuxarıda adları çəkilən iş adamlarının külli miqdarda əmlakını ələ keçiriblər. Lakin adları istintaq materiallarında dəfələrlə keçən Aləm Əkbərov (SOCAR-ın təchizat İdarəsinin müdiri Mehman Əkbərovun qardaşı) və Sərraf Məmmədzadə hələ də azadlıqdadırlar. Bu şəxslər A.Əliyevlə dostluq münasibətində olmaqla bərabər, həm də qohumdurlar.
Istintaq yolu ilə müəyyən olunub ki, A.Əliyev zərər çəkmiş iş adamı R.Vəliyevi Nizami rayonunun ərazisində olan Dövlət Neft Şirkətinin Hüquq Departamentində şöbə müdiri təyin etmək adı ilə ona məxsus külli miqdarda əmlakı ələ keçirib. Bundan başqa, o, həmin ilin yayında iş adamı, yaxın qohumu Etibar Kərimovun etibarından istifadə edərək ona küllü miqdarda ziyan vurub, bundan başqa, 2007-2008-ci illərdə təkrarən eyni məqsədlə, şəbəkənin digər üzvləri Aləm və Sərrafla əlbir olaraq iş adamları Nazim Tahirova və Elbrus Məmmədova qarşı cinayət törədib, onlara məxsus küllü miqdarda əmlakı mənimsəyərək talan ediblər.
Belə ki, dəstə üzvləri "Biləcəri Təmir Quraşdırma” QSC-nin sədri N.Tahirovun Rusiya Federasiyasından gətirdiyi dəmir boruları SOCAR-a satsa da, yalan vədlər
verərək onu aldadıb. Nəticədə zərər çəkmişə çatacaq 970.000 ABŞ dollarını ələ keçirərək sahibkara külli miqdarda ziyan vurublar. Onun gətirdiyi metal boruların satışı ilə bağlı söhbətlərdən birində N.Tahirovu A.Əliyevlə tanış edərək bildiriblər ki, Arzuman ARDNŞ-in təchizat işini aparan şəxslə bağlı adamdır. Söhbət əsnasında Arzuman gətirilmiş boruların SOCAR-a satılmasında N.Tahirova kömək edəcəyini və bu işin öhdəsindən gələ biləcəyini deyib. Hər iki şəxsin aralarında başlanılmış sövdələşmələr 2008-ci ilə kimi problemsiz davam edib. Yaranmış isti münasibətdən istifadə edən peşəkar Arzuman həmin il N.Tahirovu qohumu Sərraf Məmmədzadə ilə tanış edib və bildirib ki, o, ARDNŞ-nin Baş Təchizat Idarəsinin rəisi Mehman Əkbərovla daha yaxındır, onun vasitəsi ilə gətirilmiş boruları ARDNŞ-ə satmaq olar. Bundan sonra N.Tahirov razılaşma əsasında ölkəyə gətirdiyi 965 min ton dəmir borunu A.Əliyevə, o isə öz növbəsində həmin materialı Sərraf Məmmədzadənin köməkliyi ilə Neft-Qaz Tikinti Trestinə çatdırıb. Amma bu günədək boruların ARDNŞ-ə həmin şəxslərin hansı qiymətə satdığı nə ona, nə də istintaqa məlum deyil. Hətta bununla bağlı istintaq zamanı SOCAR-a dəfələrlə konkret sorğu göndərilsə belə, bu məsələ sirr olaraq qalır. Şirkətin Hüquq Departamenti istintaqa göndərdiyi cavablarında sadəcə boruların ARDNŞ-in müxtəlif strukturlarına satıldığını təsdiqləyir. Bu da araşdırılması vacib olan qaranlıq məqamlardan xəbər verir.
Eyni aqibətlə başqa bir iş adamı Elbrus Məmmədov da üzləşib. Belə ki, SOCAR-ın Baş Təchizat Idarəsi rəisinin himayə etdiyi şəbəkə üzvləri yalan satmaqla sahibkarın 341 min 880 dollarını mənimsəyib. "Istintaq zamanı mötəbər sübutlarla təsdiq edilib ki, şəbəkə üzvləri A.Əkbərov, S.Məmmədzadə özlərini zərərçəkmişlərə (sahibkarlara) Dövlət Neft Şirkətində təsir imkanları olan şəxslər kimi təqdim ediblər və bu yolla da öz çirkin niyyətlərini həyata keçiriblər”- ittihamnamədə bildirilir.
Qeyd edək ki, soncu zərərçəkmiş Elbrus Məmmədov fiziki şəxs kimi metal biznesi ilə məşğüldür, SOCAR-a qonşu ölkələrdən metal avadanlıqlar gətirir, orada işləyən Arzuman Əliyev, şərikləri Sərraf Məmmədov və Aləm Əkbərova təhvil verirmiş. Lakin, dediyinə görə, verdiyi məhsulun müqabilində pullarını ala bilməyən E.Məmmədov 4 mərtəbəli evini “Express” banka girov qoyub, 700 min manat pul götürərək yenidən qonşu ölkələrdən dəmir borular gətirib. Malı Arzuman Əliyev və onun komandasına təhvil versə də, yenə pullarını tam ala bilməyib. Dediyinə görə, onu banka xeyli borclandıran A.Əliyev sonradan E.Məmmədova vəd verib ki, şəriki olduğu “Viktoriya 313” MTK-nın tikdiyi evdə ona mənzil verə bilər, o da qarşılığında prokurorluqda gedən istintaqı dayandırsın.
Lakin, sonra özü də E.Məmmədova qarşılıqlı iddia ilə çıxış edib. Beləliklə, bankdan götürdüyü vəsaitin də faizi ilbəil şişib, cərimələrlə birlikdə yüksək borclar yaranıb. Ev girovda olduğuna görə, özünün 4-4,5 milyon manat qiymətləndirdiyi mülkü “Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyevə ucuz satmağa məcbur olub.Alqı-satqı müqaviləsi E.Pirverdiyəvin arvadı Pərvanə Pirverdiyevanın adına reallıqda 2.3 milyon manata, sənəd üzrə isə 800000 manat dəyərində göstərilməklə alqı-satqı müqaviləsi bağlanıb. Yəni, Arzuman iş adamlarını SOCAR-ın adından istifadə etməklə, tora salıb və onların hamısını müflis edib.
Iddialara görə, istər A.Əkbərov, istər Ş.Məmmədzadə, istərsə də Arzuman Əliyev öz məlum məqsədlərini həyata keçirmək üçün müxtəlif adlar altında müəssisələr yaradaraq onların adlarından istifadə ediblər. Yəni, saxta müəssisələr yaradaraq iş adamlarından aldadıb aldıqları boru və avadanlıqları bu firmalarla SOCAR-ın idarələri arasında alqı-satqı müqavilələri bağlamaqla, 2-3 dəfə baha qiymətlə satışı
özləri həyata keçirib və SOCAR-dan köçürülmüş pulları da özləri mənimsəmişlər. Aldatdıqları iş adamlarına isə 1 qəpik də ödəniş etməyiblər.
Bəli, Arzuman Əliyev indi də ümidlidir ki, onu himayə etdiyi və işbirliyində olduğu dəstə üzvləri onu inandırıblar ki, narahat olmasın, bütün dələduzluq əməllərini tək öz boynuna götürsün, biz iddiaçı sahibkarları sonda məhkəmə süründürməçiliyndən bezib qaçsınlar. Arzumanı da bundan sonra yüngül cəza ilə ilə azad etsinlər. Sonda isə dələduzluq yoluilə qazanılmış milyonlar yenə də Arzuman və dəstəsi arasında bölünsün. Vəssalam.Teatr beləcə qurtaracaq. Doğrudur, Arzuman Əliyev hazırda özünü çoxlu borca düşdüyünü qeyd etsə də, yenə də şəxsi sürücüləri, evdəki nökərləri ailəsinə qayğı göstərməklə məşğuldur. Yəni, hər şey öz axarıilə getməyindədir. Sadəcə Arzuman hazırda təcridxananın lüks otağında vaxtını keçirməklə çoxsaylı borclulardan yaxa qurtaqmaq istəyir. Budur, məhkəmə gedişləri zamanı məlum olmuşdur ki, Arzuman iddiaçılardan biri istisna olmaqla, qalanları pul əvəzinə mal-mülk verəcəyiilə bağlı çoxlu vədlər verərək onların şikayət ərizələrini geri götürmələrilə bağlı razılaşma əldə edilmişdir. Təkcə qohumu olan iddiaçı vəd edilmiş mal-mülklə yox, alacağı 700000manat pulun nağd formada ödənilməsini tələb edir. Bu da məhkəmənim uzanmasına gətirir. Vahid Məmmədov sağlığında Arzumanın yanına H.əliyev prospektində yerləşən müalicə aldığı müəssisəyə gedəndə ondan da xahiş etmişdi ki, 300000 ABŞ dolları var. İmkan varsa onun məhkəmədən azad edilməi üçün bir kanal tapsın. Təbii ki, Vahid bununla razılaşmamaışdır".
Daha sonra dia.az-a yazılan müraciətdə deyilir: "Bir daha xatırlatmaq istəyirəm ki, A.Əliyevin hələ təkcə bizə məlum olan çoxsaylı obyektləri bunlardır: Nizami rayonu, Ağ Ciyərlər Xəstəxanasının yanında 4 mərtəbəli əzəmətli villası, Nardaranda dəniz kənarında 2 ədəd özünə məxsus və ikisi də həmyerlisi olan Sədərəkli Mehmanla şərik olduğu villalar, bir ədəd Xızı rayonun Altıağac qəsəbəsindədəki möhtəşəm villası, 1 ədəd Bakıdakı özəl uşaq bağçası, Nəsimi rayonun Mirəli Qaşqay küçəsində hazırda ailəsinin yaşadığı çoxmənzilli yaşayış evi, “VİKTORİYA-313” MTK-sına məxsus 4 ədəd 13 mərtəbəli yaşayış binaları (hanıs ki, Masazır ərazisində yerləşən bu binalara bacısının əri Fizuli, digər qohumları Xəqani, Ələkbər və satış üzrə menecer əmioğlusu indi dərəhbərlik edirlər) və çoxsaylı torpaq sahələri. Amma bu gün qeyd edir ki, onun bizə qaytarmağa 1 qəpik də olsa pulu yoxdur. Ən maraqlısı budur ki, Bakı ağır Cinayətlər Məhkəməsində az qala il yarım davam edən məhkəmə prosesində hakim CM-nin 178.3.2 maddəsi üzrə təqsirləndirilən şəxsin əmlaklarına nədənsə həbs qoymağı “yaddan çıxarmışdır”
Ümid edirəm ki, SOCAR-dakı tərfdarlarının köməkliyinə arxalanaraq verdiyi apellyasiya şikayəti ilə tezliklə azadlığa qovuşacağını zənn edən Arzuman Əliyevin arzuları yəqin ki, gözündə qalacaqdır".