Sosial / Slayd (9-11-2016, 11:13)
İcra başçısı müavinindən yalvararaq üzr istəyib – ŞOK SƏBƏB
Xətai icra hakimiyyətində biabırçı qalmaqal$ Razim Məmmədov ötən həftə kollegiya iclasında 1-ci müavini Rafiq Quluyevi təhqir edib; qarşı tərəfin təpkisi əlbəyaxa dava həddinə çatıb; daha sonra başçı müavinindən üzr istəyib ...
Mediatv.az: Paytaxtın ən böyük rayonlarından biri olan Xətai rayonu haqda mediada vaxtaşırı xəbərlər dərc edilir. Bu xəbərlərin əksəriyyəti neqativ olur. Ən çox yaşıllığın məhv edildiyi rayon kimi də Xətai ilk sırada dayanır. Google axtarış portalında “Xətai yaşıllıq”, “Xətai ağac” sözləri ilə axtarış verdikdə, monitora ağacların kəsilməsindən, yaşıllıqların qırılmasından bəhs edən onlarla məqalə çıxır.
Bu rayonun icra hakimiyyəti başçısı Razim Məmmədov xalq arasında yaşıllıqlar terrorçusu, ağac qatili adı ilə də tanınır. Hələ mərhum prezident Heydər Əliyevin Azərbaycan SSR vaxtında Xətai rayonunda saldırdığı yaşıllıqların xeyli hissəsini Razim Məmmədov vəzifəyə gəldiyi ilk günlərdən başlayaraq məhv etdirib. Deyilənə görə, o, Xətai ərazisində satmadığı boş torpaq qoymayıb. Mətbuatda dəfələrlə yazılmasına baxmayaraq, Razim Məmmədov bu anti-humanist əməllərini dayandırmır. Onun Gəncə prospektində, M.Hadi küçəsində, Nobel prospektində və digər ünvanlarda sıralanan şam, küknar və zeytun ağaclarını, başqa yaşıllıq zolaqlarını gecə ikən məhv etdirib, yerini işbazlara külli miqdarda pul qarşılığında satdığı haqda da çox yazılıb.
Razim Məmmədov o məmurlardandır ki, indiyədək heç bir qəzet, sayt, agentlik əməkdaşı ona zəng edib, bir cümlə açıqlama ala bilməyib. Mediaya tam qapalı başçıdır. Baxmayaraq ki, Xətai əhalisi sayına görə paytaxtın ən iri rayonudur (01.01.2014-cü il tarixinə olan statistikaya görə, əhalisi 267.2 min nəfərdir), həmçinin ən çox problemi olan rayonlardan da biri məhz Xətaidir. Fəqət İH başçısı olaraq R.Məmmədov və aparatı jurnalistlərin heç bir sorğusunu cavablandırmır.
Amma Razim Məmmədovun son aylar başı dərddən açılmır. Mətbuatda onun haqqında ən müxtəlif məlumatlar dolaşır. Məsələn, bir neçə ay öncə qəzetlərdə yazılmışdı ki, R. Məmmədova qarşı qara maskalılar tərəfindən əməliyyat keçirilib. Bu cür əməliyyatlar adətən “yuxarılara” sayğısızlıq edən, bəzi tapşırıqları, tələbləri qulaqardına vuran məmurlara qarşı aparılır. Məsələn, 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da analoji əməliyyatla cəzalandırıldığına dair ciddi iddialar var. Bu barədə qəzetlərdə detallı məlumatlar gedib. Bildirilir ki, Razim Məmmədov da cızığından çıxdığı üçün bu cür sərt cəzayla qulaqburması alıb.
Razim Məmmədovun ən böyük cəzası isə bugünlərdə verilib. Onun ən yaxın çevrəsindən “Yeni Müsavat”a ötürülən məlumatda bildirilir ki, ötən həftə Xətai RİH-də keçirilən kollegiya iclasında qalmaqal yaşanıb.
Başçı özünün 1-ci müavini Quluyev Rafiq Çəpərxan oğlu ilə dalaşıb. R.Məmmədov müavinini hansısa tapşırığı vaxtında etmədiyi üçün danlamaq istədikdə, qarşı tərəfin sərt təpkisi ilə üzləşib. Mənbənin bildirdiyinə görə, Rafiq Quluyev icra başçısına hamının gözü qarşısında “bağırma, səndən qorxan yoxdur, özünü yığışdır, yoxsa sənin üçün pis olar”, deyib. Bundan sonra icra başçısı möhkəm qəzəblənib və 1-ci müavini iclasdan qovmaq istəyib. Şahidlərin bildirdiyinə görə, R.Quluyev iclası tərk etmək istəməyib. “Məni bu vəzifəyə cənab prezident qoyub, sən kimsən”, deyə etirazını bildirib. Mənbə iddia edir ki, bundan sonra tərəflər arasında az qala əlbəyaxa dava çıxsın. Kollegiya iclasında iştirak edən digər aparat üzvləri araya girməsəymiş, davanın qaçılmaz olduğu bildirilir.
“Yeni Müsavat”a daxil olan məlumatda daha sonra bildirilir ki, Rafiq Quluyev iclasdan çıxdıqdan sonra Prezident Administrasiyasında olub. O, kollegiya iclasında başçı tərəfindən ağır formada təhqir olunduğunu deyib. Sübut kimi iclasdan çəkilən videonun ortaya qoyulmasını təklif edib.
Mənbəmizin məlumatında deyilir ki, Rafiq Quluyev hakimiyyətdə çox böyük və qüdrətli bir klanın adamıdır. Onun incidilməsinə, təhqir edilməsinə, kollegiyadan qovulmasına həmin klanın böyükləri sərt təpki veriblər. Bundan sonra Razim Məmmədov bəlli bir ünvana çağırılaraq sonuncu dəfə xəbərdarlıq edilib. Onun nəzərinə çatdırılıb ki, ya işdən çıxarılacaq, var-dövlətinə, əmlakına əl qoyulacaq, oğul-uşağı, qohum-əqrəbası işdən çıxarılacaq, həbs ediləcək, ya da gedib 1-ci müavinindən üzr istəyib, onu işə qaytaracaq. Razim Məmmədovun qarşısında ağır bir tələb də qoyulub: “Get, kollegiyanı topla, həmin insanların qarşısında Rafiq Quluyevdən üzr istə”. Bundan sonra bərk qorxuya düşən Razim Məmmədov təcili kollegiya iclasını çağırıb və 1-ci müavin Rafiq Quluyevdən üzr istəyib. Şahidlərin deməsinə görə, R.Quluyev onunla bir yerdə işləməyin mümkün olmadığını deyib. Mənbə iddia edir ki, Razim Məmmədov hamının gözləri qarşısında Rafiq Quluyevə rəsmən yalvararaq, onu birtəhər yola gətirib.
Hələ 2015-ci ilin aprel ayında Xətaidə yanan binaya görə Razim Məmmədovun vəziyyətinin çətin olduğu deyilirdi. Bu hadisədən sonra onun yaxın vaxtlarda vəzifədən çıxarılacağı iddia olunur. Əgər Razim Məmmədovu öz müavinindən üzr istəməyə məcbur ediblərsə, bu, onun qələminin sındırıldığı anlamına gəlir. Görünür, onu da Salyanın sabiq icra başçısı Tahir Kərimovun acı sonluğu gözləyir.
Yazıda adları çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024