Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-05-2014, 21:50)
Mübariz Pənahov Təhlükəsizlik xidmətinə rəis müavini təyin olundu

Mübariz Pənahov Təhlükəsizlik xidmətinə rəis müavini təyin olundu

Sədərək gömrük-keçid məntəqəsinin keçmiş müdiri Mübariz Pənahov uzun fasilədən sonra dövlət qulluğuna qayıdıb. 

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı AzPolitika.info yayıb. Məlumata görə, M.Pənahov ötən həftə ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.   Azərbaycanda hamının “Laba” ləqəbilə tanıdığı M.Pənahov Naxçıvanın ictimai-siyasi, eyni zamanda idman həyatında mühüm rolu olmuş şəxslərdəndən biri olub. Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri olduğu vaxtlarda onun mühafizəsinin təşkilində iştirak etmiş M.Pənahov etimad qazanaraq Sədərək gömrük-keçid məntəqəsinə müdir təyin olunmuş, 10 ilə yaxın bu vəzifədə çalışmışdı.    

2004-cü ildə MR rəhbərliyi ilə münasibətlərində yaranmış anlaşılmazlığa görə vəzifəsindən istefa verərək Bakıya köçən M.Pənahovun burda yüksək vəzifəyə təyinatı gözlənilsə də, bu barədə çoxsaylı məlumatlar öz təsdiqini tapmamışdı. Əksinə, o, kölgəyə çəkilərək bizneslə məşğul olmağa başladı.    

Bununla belə, Azərbaycan mətbuatının M.Pənahova marağı heç vaxt tam itmədi – bu illər ərzində o, dəfələrlə mətbuatın gündəmində ön sıralarda yer almışdı. Bunun da bir səbəbi cənab Pənahovun kifayət qədər böyük kapitala sahib olmasilə bağlıdırsa, digər səbəbi özünün şəxsi keyfiyyətləri – xarizması və Naxçıvan camaatı arasındakı populyarlığı ilə əlaqəli idi. Bu baxımdan, onun yenidən dövlət işinə qayıdacağı müəyyən qədər gözlənilən idi.   

M.Pənahovun vəzifəyə təyinatı onunla Naxçıvan rəhbərliyi arasındakı münasibətlərdə gərginliyin tam aradan qalxdığını göstərir. Bizə verilən məlumata görə, Pənahovun qısa müddətdən sonra daha yüksək vəzifəyə təyinatı da istisna deyil. 

Mübariz Pənahov “Qafqazinfo”ya faktı təsdiqləyib. O bidirib ki, kollektivə bu gün təqdim olunub və işinə başlayıb. Pənahov həmçinin məşğul olduğu sahənin dənizdə və quruda təhlükəsizlik xidmtini həyata keçirdiyini bildirib.

 

şərh yaz

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
20 05 2024
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024