Sosial (13-10-2016, 17:05)
Nəsimi rayonu üzrə 2016-cı ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
Mediatv.az xəbər verir ki, iclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, Nəsimi rayonunun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər, xüsusilə informasiya və rabitə, tikinti və xidmət sahələri üzrə 2016-cı ilin 9 ayı ərzində dinamik olmuşdur.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
Nəqliyyat. 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 253185.9 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2016-cı ilin yanvar- sentyabr aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 44720.0 min manatlıq rabitə xidməti göstərilmişdir.
Tikinti. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, da keçən ilin müvafiq dövrünə nisbətən 14.9 faiz çox olmuşur. İstifadə edilmiş vəsaitin 680379.3 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə xərclənmişdir ki, bu da kecən ilin müvafiq dövrünə nisbətən 55.9 faiz çox olmuşdur.
Ticarət. 2016-cı ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.8 faiz çox istehlak məhsulları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 321326.3 min manatlıq, yaxud 2015-ci ilin müvafiq dövrünün səviyyəsinin 73.1 faizi həcmində pullu xidmətlər göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2015-ci ilin yanvar- avqust ayları ilə müqayisədə 7.7 faiz artaraq 555.1 manata çatmışdır.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun sənayesində 372575.9 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 25 faizi məhsul istehsalının, 75 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 119969.4 min manatlıq və ya ümumi istehsalın 32.2 faizi qədər, qeyri-dövlət sektorunda isə 252606.5 min manatlıq və ya ümumi istehsalın 67.8 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehlakçılara 409833.5 min manatlıq və ya bütün sənaye istehsalının 110.0 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2016-ci il oktyabrın iyulun 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2615.0 min manat olmuşdur. 2016-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 253185.8 min manatlıq xidmətlər göstərilmişdir. 2016-ci ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələrində calışan işcilərin orta siyahı sayı 8834 nəfər, orta aylıq əmək haqqı 517.1 manat olmuşdur.
2016-cı ilin yanvar-sentyabr aylarında rayonda bütün maliyyə mənbələri hesabına 4381.7 min manat dəyərində əsas fondlar istifadəyə verilmişdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 909129.0 min manat məbləğində investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 14.9 faiz çoxdur.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 572751.3 min manat (63.0 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 336377.7 min manat (37.0 faiz) sərmayə yönəltmişlər.2016-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 680379.3 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1.5 faiz çox olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında podratcı təşkilatların gördükləri işlərin həcmi 569860.8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 55.9 faiz artmışdır.
Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 564162.2 min manat (99,1 faiz), dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 5698.6 min manat (0,9 faiz) olmuşdur.
2016-cı ilin yanvar- sentyabr aylarında tikintidə işçilərin orta siyahı sayı 7016 nəfər olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18.4 faiz çox olmuşdur. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 1007.4 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.9 faiz çoxdur.
2016-cı ilin yanvar- sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 617662.7 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 17.8 faiz çox əmtəə satılmışdır. Əmtəələrin 26.1 faizi hüquqi şəxslərin, 64.7 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.2 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur. Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 616426.9 min manatlıq və ya 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çox istehlak məhsulları satılmışdır.
Rayonun ticarət şəbəkəsindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 336663.9 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 280998.8 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 54.5 və 45.5 faiz təşkil etmişdir.
2016-cı ilin yanvar- sentyabr ayları ərzində əhaliyə 43108.5 min manatlıq və ya əvvəlki ilin eyni səviyyəsindən 7.6 % çox iaşə xidmətləri göstərilmişdir. İaşə dövriyyəsinin 8.2% hüquqi şəxs statuslu müəssisələrin, 91.8 % isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin iaşə fəaliyyəti nəticəsində formalaşmışdır.
Artımın 22.5 faizi hüquqi şəxslərin, 77.5 faizi isə fərdi sahibkarların fəaliyyəti sayəsində yaranmışdır.
Hesabat dövründə iaşə əmtəə dövriyyəsinin 100.0 faizi özəl müəssisələrin hesabına formalaşmışdır.
2016-cı ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 26.9 faizi azalaraq 321326.3 min manat olmuşdur. Ümumi həcmin 72.4 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 232511.3 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilmiş pullu xidmətlərin 5.3 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 304352.4 min manatlıq pullu xidmətlər göstərilmişdir.Əhaliyə göstərilən pullu xidmətlərin 6.4 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 20621.6 min manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz çox məişət xidmətləri göstərilmişdir. Məişət xidmətlərinin 98.8 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır
2016-cı ilin yanvar-avqust aylarında rayon üzrə işçilərin orta sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1.9 faiz artaraq 148745 nəfər, orta aylıq nominal əmək haqqının səviyyəsi isə 7.7 faiz artaraq 555.1 manat olmuşdur.
Cari ilin yanvar- avqust ayları üzrə işçilərin orta sayı və orta aylıq nominal əmək haqqı səviyyəsinin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dəyişməsi rayon üzrə aşağıdakı kimi xarakterizə olunur:
Rayon üzrə muzdla işləyənlərin sayı dövlət mülkiyyətində qeyri-dövlət mülkiyyətinə nisbətdə 2.3 dəfə, onlara hesablanmış əmək haqqı fondu isə 1.1% çox olmuşdur. Bir nəfərə orta aylıq əmək haqqı cari ilin 8 ayında rayon üzrə 555.1 manat o cümlədən dövlət mülkiyyətində 412.9 manat, qeyri-dövlət mülkiyyətində isə 884.2 manat təşkil etmişdir.
2016-cı ilin III rübündə 650 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
2016-cı il oktyabrın 1-i vəziyyətinə rayonun əhalisi 219.4 min nəfər olmuşdur. Ərazisi 0,01 min kv. km, əhalinin sıxlığı 1 kv km-ə 21940 nəfərdir.
2016-cı ilin yanvar- sentyabr aylarında rayonda 1509 nəfərin doğumu və 797 nəfərin ölümü qeydə alınmışdır. Cari ildə 2015-si ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 7.1-dən 6.8-ə enmiş, ölənlərin sayı eyni səviyyədə qalmış, təbii artım 3.5-dən 3.2-yə enmişdir .
Rayonda 2016-cı ilin yanvar-sentyabr aylarında 728 nikah və 327 bosanma qeydə alınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4.0-dan 3.3-ə enmiş, boşanmaların sayı isə eyni səviyyədə qalmışdır.
2016-cı ilin yanvar sentyabr aylarında pasport xidmətləri tərəfindən daimi yaşamaq üçün rayona gələn 255 nəfər qeydə alınmışdır.
Cari ilin keçən dövrü ərzində RİH başçısının Sahə inzibati ərazi dairələrində abadlıq-quruculuq işləri, vətəndaşları narahat edən məsələlər və onların müraciətləri ilə bağlı məsələlərin baxılması və həlli istiqamətində işlər davam etdirilmişdir.
Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri 2016-cı ilin 9 ayı ərzində Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini rəhbər tutaraq fəaliyyət göstərmişdirlər.
2016-cı ilin yanvar ayından başlayaraq nümayəndəliklər tərəfindən ev təsərrüfatı kitablarında toplanmış məlumatların dəqiqləşdirilməsi prosesi aparılmış və bu işlər mütəmadi olaraq davam etdirilmişdir.
Nümayəndəliklər hesabat dövrü ərzində əraziyə xidmət göstərən Mənzil Kommunal İstismar Sahələri ilə sıx əlaqədə fəaliyyət göstərmiş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam və göstərişlərinin icra edilməsində onların fəaliyyətlərinin koordinasiya edilməsinə çalışmışdırlar.
Rayon İcra Hakimiyyəti Başçısının göstərişinə uyğun olaraq ərazinin sanitar vəziyyəti daimi nəzarətdə saxlanılmış, ərazidə aparılan qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə tədbirlər görülmüş, nəticələri barədə Rayon İcra Hakimiyyətinə mütamadi olaraq məlumat verilmişdir.
Hesabat dövrü ərzində nümayəndəliklər istər rayon İcra Hakimiyyəti tərəfindən, istərsə də bilavasitə vətəndaşlar tərəfindən nümayəndəliyə göndərilmiş məktub, ərizə və müraciətlərin obyektiv araşdırılmasına,qanunla müəyyən edilmiş müddətdə icrasına çalışmışdırlar.
Bu gün ölkədə makroiqtisadi göstəricilərin dinamikasında müşahidə olunan dəyişikliklər iqtisadiyyatın sosial yönümlü inkişafının təmin edilməsi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və məşğulluğun inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir.
Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətlərinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin yay tətili günlərində rayonda yaşayan aztəminatlı, şəhid və Qarabağ veteranı ailələri, həmçinin valideyn himayəsindən məhrum olmuş uşaqların yay tətili günlərinin səmərəli və maraqlı keçirilməsi üçün silsilə tədbirlər keçirilmişdir.
Uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Eldar Quliyevin “Dərvişin qeydləri” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Məktəbli gənclərin Vətənə, Bayrağa, Torpağa hörmət ruhunda tərbiyə olunması, şagirdlərdə hərbçi peşəsinə olan marağın daha da artırılması məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti Dövlət Sərhəd Xidməti ilə birlikdə yeni layihənin həyata keçirilməsinə başlamışdır. Belə ki, 13-20 iyul tarixlərində Nəsimi rayonundakı orta məktəblərin 9-11-ci sinif şagirdləri üçün Şəki Sərhəd Dəstəsinin “Laza” sərhəd zastavasının bazasında “Sərhədçi” yay istirahət düşərgəsi təşkil olunmuşdur. 18-26 iyul tarixlərində isə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin yay istirahət düşərgələrində istirahətlərinin təşkilinin davamı olaraq Quba şəhərində “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil olunmuşdur.
Tətil günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün orta məktəb şagirdlərinin bir sıra muzeylərə ekskursiyaları təşkil olunmuşdur.
İyul və avqust aylarında məktəblilərin yay tətilinin və asudə vaxtın səmərəli təşkil olunması istiqamətində görülən tədbirlərin davamı olaraq 500 nəfər Nəsimi rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən Muzeylərə - C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinə və Azərbaycan İstiqlal Muzeyinə və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə ekskursiyası təşkil olunmuşdur. Həmçinin yay tətili günlərində məktəblilərin “Üfüq” gəmisində gəzintisi və Novxanı AQUAPARK əyləncə mərkəzində istirahəti təşkil edilmişdir.
Kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verilən Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Milli Mətbuatın 141 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, Azərbaycan Mətbuat Şurası və TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.(ardı var)
